Month: April 2024

  • Bu tarixdən hava kəskin dəyişəcək – qar yağacaq

    Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

    Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə,

    Azərbaycanın rayonlarında

    Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

    Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

  • Güləşçilərimizin Avropa Olimpiya Təsnifat turnirində ilk rəqibləri müəyyənləşib

    [spoiler][/spoiler]Sabah Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.

    Federasiyadan verilən məlumata görə, bu gün hər üç güləş növü üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

    Sabah yunan-Roma güləşi üzrə yarış keçiriləcək. Nihat Məmmədli (60 kq) 1/8 finalda Aleksey Masiklə (Ukrayna) qarşılaşacaq. İslam Abbasov (87 kq) eyni mərhələdə Avropa çempionu və dünya ikincisi Turpal Bisultanovla (Danimarka) mübarizə aparacaq. Murad Əhmədiyev (97 kq) 1/4 final yolunda Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcək. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.

    Aprelin altısında qadın güləşçilər xalçaya çıxacaqlar. Mariya Stadnik (50 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq. Titullu güləşçimiz yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək. Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Ş.Makedoniya) ilə qarşılaşacaq. Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir. Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristovayla üz-üzə gələcək.

    Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simyone Piroddu ilə güləşəcək. Hacı Əliyev (65 kq) eyni mərhələdə Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək. Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmanla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq. Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibiylə üz-üzə gələcək.

    Xatırladaq ki, hər çəkidə iki güləşçi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

  • Sevgisi nakam qalanlar, qovuşa bilməyənlər: Azərbaycanın subay məşhurları – SİYAHI + FOTO

    Deyirlər, subaylıq sultanlıqdır.

    Lent.az sultanlıq taxtından enməyən məşhurlarımız barədə məlumat verib.

    34 yaşlı aktrisa və aparıcı Kəmalə Piriyeva hələlik evlənmək arzusunda deyil.


    33 yaşlı müğənni Günay İbrahimli də hələlik həyatına heç kimi qəbul eləmir.


    55 yaşlı aşıq Telli Borçalı vaxtilə onu döyə biləcək güclü bir kişi ilə ailə quracağını desə də, hələ elə bir qoçaq tapılmayıb.


    40 yaşına çatan müğənni Azəri qızı Günel üç dəfə evlənməyə cəhd etsə də, nikah masasına oturmayıb.


    44 yaşlı aparıcı Nanə Ağamalıyevanın da könlünü ovlayan qəhrəman tapılmayıb


    62 yaşlı müğənni Şəbnəm Tapdıq da bu siyahıya daxildir.


    53 yaşlı müğənni və pedaqoq Teymur Əmrah da tənhalığa üstünlük verib.


    56 yaşlı müğənni Samir Bağırov da evlənməyən məşhurlarımızdandır


    44 yaşlı müğənni Samir Cavadzadə də subaylar karvanının üzvüdür


    40 yaşlı aparıcı Samir Bayramlı ailə qurmağı düşünsə də, hələlik evlənmir.


    54 yaşlı müğənni Mətanət Əsədova sevgilisi olduğunu desə də, ailəli deyil.


    Azərbaycan mədəniyyətində iz qoymuş bir çox klassik sənətkarlarımız da subay yaşayıb, dünyadan subay köçüblər.

    Xanəndə Seyid Şuşinski. 76 yaşında vəfat edib. Gəncliyində sevgi oxu daşa dəydiyindən ömürlük subay qalıb.

    İlk qadın bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayeva 63 yaşında Bakıda dünyasını dəyişib. Xanım bəstəkarın həmkarlarından biriylə cavabsız sevgi yaşadığı deyilir.

    Azәrbaycanın ilk pianoçu-pedaqoqu, SSRİ xalq artisti Kövkəb Səfərəliyeva 78 yaşında vəfat edib. 23 yaşında qəfil xəstəlikdən dünyasını dəyişən Asəf Zeynallı ilə sevgili olub, sevgilisinin vaxtsız ölümündən sonra heç kimə könül verməyib.

    Şair Məhəmməd Hadi də evlənməyənlər sırasındadır. O, 41 yaşında vəfat edib.

    Hüseyn Cavidin qızı Turan Cavid 77 yaşında vəfat edib. Ənvər Məmmədxanlı ilə sevgili olub. Atası xalq düşməni elan edildiyi üçün bu evlilik baş tutmayıb.

    Yazıçı Ənvər Məmmədxanlı 77 yaşında ailə həyatı qurmadan vəfat edib. O, Turan Cavidlə sevgili olub.

    Akademik Azad Mirzəcanzadə 80 yaşında vəfat edib. O da heç vaxt ailə həyatı qurmayıb.

    Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadə. 64 yaşında vəfat edib. O da heç vaxt evlənməyib.

  • Столтенберг: НАТО не станет частью конфликта в Украине

    НАТО не намерена отправлять войска в Украину и становиться частью конфликта.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил генсек НАТО Йенс Столтенберг на пресс-конференции по итогам заседания глав МИД стран альянса в Брюсселе.

    “НАТО не является стороной конфликта и не будет являться. НАТО предоставляет поддержку Украине для самообороны. У нас нет планов отправлять войска в Украину, таких запросов не было от Украины”, – сказал он.

  • Stoltenberq: NATO Ukraynadakı münaqişədə tərəf olmayacaq

    NATO Ukraynaya qoşun göndərmək və münaqişənin bir tərəfinə çevrilmək niyyətində deyil.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

    “NATO münaqişənin tərəfi deyil və olmayacaq. Alyans Ukraynaya özünümüdafiə üçün dəstək verir. Bizim Ukraynaya qoşun göndərmək planımız yoxdur, belə bir müraciət olmayıb”, – o deyib.

  • Ukraynada daha bir azərbaycanlı həlak oldu

    Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Məlumata görə, Əsgərov Faiq Tahir oğlu Ukraynada gedən döyüşlərdə ölüb.

    Qeyd edək ki, 35 yaşlı Faiq Şəmkir rayonunun Qapanlı kəndindən idi.

  • Hindistanın şimalında zəlzələ olub

    Hindistanın şimalında 5,2 maqnitudalı zəlzələ olub.

    Median.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

    Xidmətin verilənlərinə əsasən, yeraltı təkanların episentri Padam yaşayış məntəqəsindən 34 km cənubda yerləşib. Qeyd olunub ki, zəlzənin ocağı 21,3 km dərinlikdə olub.

    Tələfat və dağıntı barədə məlumat verilməyib.

  • Azərbaycanlılar, görün, ən çox nəyə pul xərcləyib

    Bu ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 8 milyard 555 milyon manat olub. Bu dövrdə xərcləmələrin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, qalanı isə digər mallarının alınmasına sərf olunub.

    Median.Az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

    O bildirib ki, xərcləmələrin strukturunda diqqəti çəkən məqam içkilər və tütün məmulatların alınmasına yönəldilən vəsaitin həcmidir:

    “İlk 2 ayda vətəndaşlar bu məqsəd ilə 440.4 milyon manat xərcləyiblər. 2024-cü ilin ilk 2 ayında kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına isə cəmi 109 milyon manat xərclənib. Yəni, Azərbaycanda içki və tütün məhsullarına kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınması ilə müqayisədə hər ay 4 dəfə çox pul xərclənir.

    Oksford Universitetinin son tədqiqatlarına görə, dünya əhalisinin ən azı 8 faizi tütün məhsullarının, 5 faizi isə spirtlik içkilərin istehlakından dünyasını dəyişir. Kompüterlər və telekommunikasiya avadanlıqları isə innovasiya və elmin inkişafı baxımından çox vacibdir. Belə görsənir ki, biz elmdən daha çox ölümə pul xərcləyirik”.

  • Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

    Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var.

    Median.Az xəbər verir ki, qəza Heydər Əliyev prospekti, 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb.

    Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu”, stansiyası istiqamətlərində sıxlıq yaranıb.

    Qəza nəticəsində iki nəfərin xəsarət aldığı deyilir. Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub.//report.az

  • Gürcüstanda qadınlar üçün seçki kvotası ləğv edilib

    Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda parlament seçkilərində partiya siyahılarında olan qadınlar üçün kvotaları ləğv edən qanunu təsdiqləyib.

    “Report” TASS-a istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, seçki məcəlləsində dəyişikliklərin lehinə 85, əleyhinə isə 22 deputat səs verib.

    Qanunvericiliyin dəyişdirilməsi təşəbbüsü müxalif “Girçi” siyasi qrupu tərəfindən irəli sürülüb. Seçki Məcəlləsinin hazırkı maddəsinə görə, parlament seçkilərində iştirak edən siyasi qüvvələrin partiya siyahılarında deputatlığa namizədlərdən hər dördündən ən azı biri qadın olmalıdır. Təşəbbüskarların fikrincə, Gürcüstanda qadınlar siyasi karyeralarında heç bir maneə ilə üzləşmirlər və özləri ilə əlaqəli xüsusi kvota tələb etmirlər, üstəlik, qanunvericilikdə kvotanın olması ölkədə qadınların guya sıxışdırıldığını göstərir.

    Qeyd edək ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılıb.