Month: April 2024

  • Kür çayında naməlum kişi meyiti tapılıb

    Kür çayının Neftçaladan keçən hissəsində kişi meyiti tapılıb.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb.

    Hazırda meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər görülür.

    Faktla bağlı araşdırma aparılır.

  • Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Bakının Binəqədi rayonunda qazın verilişində məhdudiyyətlər olacaq.

    Bu barədə oxu.az-a “Azəriqaz” İB-dən bildirilib.

    Məlumata görə, 7-ci Mikrorayon, Abay Kunanbayev küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 05.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Abay Kunanbayev, Fərman Məlikov, Süleyman Sani Axundov, İlham Hacıyev küçələrində və Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Eyni zamanda, Biləsuvar rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

    Biləsuvar qaz paylayıcı stansiyadan qidalanan daşıyıcı kəmərdə yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar 19 yaşayış məntəqəsi olmaqla 16 000 abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • Avropa Komissiyasının prezidenti İlham Əliyevə zəng edib

    Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    AZƏRTAC xəbər verir ki, telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.

    Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

    Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib.

    Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

    Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.

  • Azərbaycanda uşaq bağçalarına işə götürülən müəllimlərin sayı AÇIQLANDI

    2023-cü ildən bu günədək imtahanda uğur qazanan 300-ə yaxın tərbiyəçi-müəllim uşaq bağçalarında işlə təmin olunub.

    Median.Az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

    O bildirib ki, 2022-ci ildə bu göstərici 200-ə yaxın olub.

    Şöbə müdiri həmçinin agentliyin qarşıdakı hədəflərini də açıqlayıb:

    “Əsas məqsədlərimizdən biri məktəbəqədər təhsilə cəlb olunanların sayını artırmaqdır. Lakin sayın artması keyfiyyətin də artırılması deyil. Biz bu işdə həm də keyfiyyətin artırılmasını hədəfləyirik”.

  • Популярная американская исполнительница Николь Шерзингер выступит в Баку

    Популярная американская поп/R&B-певица, вокалистка группы The Pussycat Dolls Николь Шерзингер примет участие в международном музыкальном фестивале в Баку.

    Согласно информации, мероприятие пройдет с 23 по 28 июля.

    Отмечается, что суперзвезда выступит на одной сцене со знаменитым канадским певцом, 16-кратным обладателем премии “Грэмми”, одним из самых успешных продюсеров в истории популярной музыки Дэвидом Фостером, концерт которого на фестивальной сцене состоится 27 июля.

    Напомним, что народный артист Азербайджана EMIN включил в свой последний англоязычный альбом Now or never дуэт с Н.Шерзингер – новую версию хита легендарного Элвиса Пресли Love me tender.

  • Nikol Şerzinger Bakıda səhnəyə çıxacaq

    Məşhur pop/R&B müğənnisi, “The Pussycat Dolls” qrupunun vokalisti Nikol Şerzinger iyulun 23-dən 28-dək “Sea Breeze Resort”da keçiriləcək “Dream Fest 2024” Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

    ABŞ-li super ulduz musiqi əfsanəsi Devid Foster və dostları ilə eyni səhnədə çıxış edəcək.

    Qeyd edək ki, iyulun 27-də festivalın səhnəsində 16 dəfə “Qremmi” mükafatı laureatı, kanadalı müğənni, musiqi tarixinin ən uğurlu prodüserlərindən biri Devid Fosterin konserti olacaq.

    Nəzərinizə çatdıraq ki, Azərbaycanın xalq artisti Emin Ağalarovun ən son ingilisdilli albomuna N.Şerzingerlə olan duet də daxildir. Onlar əfsanəvi Elvis Preslinin “Love me tender” hitinin yeni versiyasını birgə ifa ediblər.

  • Президент Казахстана посетит с визитом Узбекистан

    Президент Казахстана Касым-Жомарт Токаев по приглашению своего узбекского коллеги Шавката Мирзиёева 5 апреля посетит Узбекистан с визитом.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу узбекского лидера.

    “В ходе переговоров, которые пройдут в древнем городе Хиве, будут рассмотрены актуальные вопросы дальнейшего укрепления узбекско-казахстанских отношений стратегического партнерства и союзничества, а также расширения многопланового сотрудничества”, – говорится в сообщении.

    Отмечается, что в ходе переговоров лидеры уделят особое внимание “наращиванию объемов взаимного товарооборота, развитию кооперационных связей в ключевых отраслях экономики, практической реализации инфраструктурных проектов в области транспорта и энергетики, активизации программ гуманитарного обмена”.

    В пресс-службе добавили, что главы государств также обсудят вопросы региональной повестки.

  • Qazaxıstan Prezidenti Özbəkistana səfər edəcək

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə aprelin 5-də Özbəkistana səfər edəcək.

    Median.Az bu barədə Özbəkistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir.

    “Qədim Xivə şəhərində baş tutacaq danışıqlarda Özbəkistan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, çoxplanlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı cari məsələlər müzakirə olunacaq”, – məlumatda vurğulanıb.

    Qeyd edilib ki, danışıqlar zamanı liderlər qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına, iqtisadiyyatın əsas sahələrində kooperasiya əlaqələrinin inkişafına və s. məsələlərə xüsusi diqqət yetirəcəklər.

    Mətbuat xidməti əlavə edib ki, dövlət başçıları regional gündəlikdəki məsələləri də müzakirə edəcəklər.

  • Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 2 dəfəyə yaxın artıb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 294,2 milyon manat təşkil edib.

    Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

    Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 97,3 % və yaxud təxminən 2 dəfəyə yaxın çoxdur.

    “Rəqəmsallaşdırılan dövlətsatınalmaları rəqabətli və etibarlı satınalma prosesinin həyata keçirilməsinə, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəldilməsinə xidmət edir”, – deyə M.Abbasbəyli qeyd edib.

  • Завтра в Азербайджане воздух прогреется до 23 градусов

    5 апреля в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Будет преобладать умеренный юго-западный ветер. Температура воздуха ночью составит 6-11°, днем – 13-18° тепла. Атмосферное давление понизится с 763 до 760 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-74%, днем – 45-50%.

    В районах Азербайджана преимущественно без осадков, однако вечером в северных и западных районах местами ожидаются осадки, в отдельных местах интенсивные, возможны грозы и град.

    Ночью и утром временами ожидается туман. Будет преобладать умеренный восточный ветер. Температура воздуха ночью составит 6-11°, днем – 18-23° тепла, в горах ночью 2-7°, днем – 10-15° тепла.