Month: April 2024

  • Sabah Bakıda 18, bölgələrdə 23 dərəcə isti olacaq

    Aprelin 5-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.

    Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-74 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

  • “Apple” məhsullarında kütləvi nasazlıq yaranıb

    “Apple”ın əksər xidmətləri ilə bağlı problemlər yaranıb.

    Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

    Qeyd olunur ki, yaranan nasazlıqlar tez bir zamanda aradan qaldırılıb.

    Bütün dünya üzrə istifadəçilər bir neçə “Apple”ın xidmətlərindən istifadə edərkən problemlərlə qarşılaşıblar. Müvəqqəti olaraq “App Store”, “Apple TV”, “Apple Music” və digər xidmətlərdə xəta baş verib.

    “Apple”ın saytındakı məlumata görə, üç tətbiqdə bəzi kiçik problemlər hələ də müşahidə edilsə də, əvvəllər problem yaşanan xidmətlərin əksəriyyəti yenidən normal işləyir.

    Uğursuzluğun səbəbi barədə hələlik rəsmi məlumat yoxdur.

    Mənbə: Downdetector

  • Göyçayda icra başçısı haqda iddialar səsləndirən şəxs cəzalandırıldı

    Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

    “Qafqazinfo”nun məlumatına görə, artıq həmin müraciət araşdırılıb.

    Məlum olub ki, “Facebook”da “Fərid M” adlı profillə icra başçısı haqqında müxtəlif iddialar yazan şəxs 1990-cı il təvəllüdlü Məhəmmədəli S. imiş.

    İcra başçısı rayonun kəndlərindən birinin sakini olan Məhəmmədəli S. barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, gəncin Cinayət Məcəlləsinin 148-ci (böhtan) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.

    Məhkəmə prosesində Məhəmmədəli S. “Facebook” səhifəsində Göyçay Rayon İcra Hakimiyyəti başçısının bəzi şadlıq evlərindən 10 min manat tələb etməsi ilə bağlı yazdığı fikirləri rayon sakinlərindən eşitdiyini deyib. O, icra başçısının Göyçay çayının sahilində yerləşən, vətəndaşlara məxsus torpaq sahələrində ev tikmələrinə imkan vermədiyini iddia edib. Eyni zamanda tikilmiş evlərin kompensasiya ödənilmədən sökülərək yerində park tikilməsinə görə narazı qaldığını və bu səbəbdən belə bir addım atdığını qeyd edib.

    Məhkəmə Məhəmmədəli S.-nin gənc olmasını, birinci qrup əlilliyini, ilk dəfə cinayət törətməsini və digər halları nəzərə alaraq ona iki min manat cərimə cəzası verib.

  • Şamaxıda kişini cərəyan vuraraq öldürüb

    Şamaxıda 58 yaşlı kişini cərəyan vurub.

    Hadisə nəticəsində “Azərişıq” ASC-nin əməkdaşı olan 1966-cı il təvəllüdlü Arif Həmid oğlu Dəmirov vəfat edib.

  • ФСБ России объявила, что задержала троих пособников теракта в “Крокус Сити Холле”

    ФСБ России утверждает, что задержала в Москве, Екатеринбурге и Омске троих человек, подозреваемых в пособничестве террористам, устроившим теракт в “Крокус Сити Холле”.

    Двоих задержанных подозревают в том, что они переводили деньги на покупку оружия и автомобиля для предполагаемых исполнителей теракта в “Крокусе”. Третий фигурант подозревается в том, что занимался вербовкой пособников и финансированием исполнителей.

    Все трое задержанных – выходцы из центрально-азиатского региона. Их имена не раскрываются.

    ФСБ распространила видео, на котором, как утверждается, показано задержание новых фигурантов по делу о теракте в “Крокусе”. Двое задержанных “признали, что взяты за соучастие в теракте”, на самой видеозаписи об этом говорит один из задержанных, что говорит второй, до конца неясно.

  • “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı daha üç nəfər saxlanıldı

    Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omskda “Crocus City Hall”da baş vermiş terror aktında iştirak edən daha üç nəfəri saxlayıb.

    Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

    “Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omsk şəhərlərində 2024-cü il martın 22-də törədilmiş terror aktında iştirak edən bir Rusiya vətəndaşını və iki xarici vətəndaşı – Mərkəzi Asiya regionundan olan mühacirləri saxlayıb”, – deyə məlumatda qeyd olunub.

    Bildirilib ki, saxlanılanların ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər. Üçüncü şəxs isə terror hücumunda iştirak edən şəxsləri toplayıb və onu törədənləri maliyyələşdirib.

    Qeyd edək ki, bugünədək istintaq on müttəhimə qarşı ittiham irəli sürüb. Yusufzodaya gəlincə, o hazırda digər iş üzrə həbsdədir. Yakubconi qanunsuz miqrantlara qarşı əməliyyat zamanı polisə tabe olmadığına görə martın 26-da 12 sutkalıq həbs cəzası alıb.

    Mənbə: TASS

  • Bakıda üç evdən qiymətli antik əşyalar və 30 min manatlıq qızıl oğurlayanlar saxlanılıblar – VİDEO

    Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər üç vətəndaşın evindən 30000 manat dəyərində qızıl-zinət, iki ədəd mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə hadisələri törədən, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar. Onlar dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 aralığında onların mənzildə olmadıqlarını müəyyənləşdirib əmin olduqdan sonra oğurluq etdiklərini bildiriblər.

    T.Abbaslı və S.Hacıyevin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

  • Qohumları “Crocus” terrorçusunun hamilə arvadından və valideynlərindən üz çeviriblər

    Moskva vilayətində “Crocus City Hall”da 144 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərdən biri Dalerjon Mirzoyevdir. Onun vətənindən Rusiyaya getməsinə Novosibirskdəki qohumları kömək ediblər.

    Dalerjonu öz mənzillərində qeydiyyatdan keçiriblər və birlikdə yaşamağa icazə veriblər. Onun qohumlarının sözlərinə görə, Dalerjon üç həftədən sonra köçüb.

    Onlar növbəti dəfə Mirzoyevin adını terror aktından sonra eşidiblər və şoka düşüblər. Hadisədən sonra ailə yaşadıqları mənzildən köçməli olub.

    Mirzoyevin dörd uşağı ilə Tacikistanda olan hamilə arvadı isə terror barədə xəbər tutandan sonra halı pisləşib. O, hazırda reanimasiyada yatır.

    KİV-in qadının vəziyyəti ilə bağlı sualına Novosibirskdəki qohumlar çiyinlərini çəkiblər:

    “Biz onun həyat yoldaşının xəstəxanadan çıxıb-çıxmadığını bilmirik. Bu ailə ilə bütün əlaqəni kəsdik, artıq belə qohumlarımız yoxdur”, – deyə onlar bildiriblər.

    Mirzoyevin Tacikistandakı qohumları da qadının və valideynlərinin vəziyyətindən xəbərsiz olduqlarını deyiblər.

    “Onlarla nə baş verdiyini bilmirəm, bilmək də istəmirəm”, – deyə qohumlardan biri jurnalistin sualını cavablandırıb.

    Mənbə: Kp.ru

  • Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur – VİDEO

    Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur.
     
    Median.Az
    Trend-ə istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
     
    Qeyd edək ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.
     
    “Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınmışdır.
     
    Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.
     
    Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək”, – Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.

     

  • İsveçrə hökuməti Cenevrədə NATO-nun ofisinin açılmasına razılıq verib

    İsveçrə Federal Şurası (Hökumət) Cenevrədə NATO-nun beynəlxalq təşkilatlarla əlaqələr üzrə ofisinin açılmasına razılıq verib.

    Bunu İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer Alen Elçinqer bildirib.

    “2023-cü ilin sonunda NATO İsveçrəyə əlaqə bürosunun açılması ilə bağlı rəsmi müraciət edib. Federal Şura belə bir ofisin açılmasına prinsipial olaraq razılıq verib və Xarici İşlər Nazirliyi növbəti ofisin hazırlanmasına cavabdehdir”, – deyə Elçinqer qeyd edib.

    Elçinqer bildirib ki, ofisin açılış tarixi ilə bağlı əlavə məlumat veriləcək.

    Mənbə: Gazeta.ru