Month: April 2024

  • Masallıda yol-nəqliyyat hadisəsi: Dörd nəfər xəsarət alıb

    Masallıda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un cənub bürosunun məlumatına görə, hadisə ilə əlaqədar Masallı Rayon Mərkəzi Xəstəxanasına rayonun Sərçuvar kəndi ərazisində baş verən qəza ilə bağlı dörd yaralı daxil olub.

    Onlar 1953-cü il təvəllüdlü Gülxar Əziz qızı Mirzəyeva, 1964-cü il təvəllüdlü Gülnisə Seyid qızı Sucayeva, 1979-cu il təvəllüdlü Dilqəm Akif qızı Zülfiyeva və 1998-ci il təvəllüdlü Elçin Alışan oğlu Həsənzadədir.

    Yaralıların üçü reanimasiya şöbəsinə yerləşdirilib.

  • Генпрокурор: Мы поддерживаем сотрудничество прикаспийских государств для решения экологических проблем Каспия

    Проводится работа по оздоровлению окружающей среды, восстановлению и увеличению площади зеленых насаждений, обеспечению эффективного использования водных ресурсов и устойчивых источников энергии.

    Об этом генеральный прокурор Азербайджана Кямран Алиев сказал, выступая на пятисторонней встрече руководящих должностных лиц генеральных прокуратур прикаспийских государств на тему “Экологические правонарушения в акватории Каспийского моря: стратегии органов прокуратуры по защите морской среды”.

    Он напомнил, что с 11 по 24 ноября этого года в Баку пройдет СОР29 (29-я сессия Конференции сторон Рамочной конвенции ООН по изменению климата), что является успешным результатом государственной политики, проводимой в сфере экологии и окружающей среды.

    “Вызывает чувство гордости то, что в рамках этого престижного мероприятия Генеральная прокуратура Азербайджана планирует организовать сессию, посвященную мобилизации правоохранительных органов в борьбе с изменением климата. Генеральная прокуратура Азербайджана поддерживает сотрудничество прикаспийских государств по решению экологических проблем Каспийского моря”, – добавил К.Алиев.

  • Baş prokuror: “Ekoloji problemlərin həlli istiqamətində Xəzəryanı dövlətlərin əməkdaşlığını dəstəkləyirik”

    “Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır”.

    Bunu baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin “Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib.

    O bildirib ki, ətraf mühit və ekoloji sahədə aparılan dövlət siyasətinin uğurlu nəticəsidir ki, cari ilin noyabr ayının 11-dən 24-dək ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a Azərbaycan ev sahibliyi edəcək:

    “Qürurverici haldır ki, bu mötəbər tədbir çərçivəsində ölkəmizin Baş Prokurorluğu tərəfindən iqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiyanın təşkili planlaşdırılır.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində Xəzəryanı dövlətlərin əməkdaşlığını dəstəkləyir”.

  • Bakıda Türkiyə vətəndaşı bıçaqlanıb

    Bakıda Türkiyə vətəndaşı bıçaqlanıb.

    APA xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisində Türkiyə Respublikası vətəndaşı 2003-cü təvəllüdlü Evcil Abdulhakim Sabri oğlu tanışı 2003-cü il təvəllüdlü Elvin Taleh oğlu Məmmədov tərəfindən bıçaqlanıb.

    Elvin Məmmədov saxlanılıb, faktla bağlı cinayət işi başlanıb.

  • Посольство РФ: Азербайджан – важный стратегический партнер и надежный союзник

    Азербайджан – важный стратегический партнер, добрый сосед и надежный союзник России.

    Как передает Report, об этом говорится в сообщении посольства России в Азербайджане по случаю 32-летия со дня установления дипломатических отношений между странами.

    В дипмиссии отмечают, что в основе отношений между двумя государствами лежат принципы равноправия и добрососедства, вековые традиции дружбы и взаимного уважения.

    “Развитие взаимодействия между странами способствует укреплению стабильности и безопасности на Южном Кавказе и в Каспийском регионе. Активно развивается политический диалог на высшем уровне, по линии внешнеполитических ведомств, на уровне руководителей ключевых ведомств, а также парламентской линии.

    Успешно продвигается торгово-экономическое сотрудничество. Двусторонний товарооборот за 2023 год вырос на 17,5%. Россия остается одним из ведущих торгово-экономических партнеров Азербайджана. На территории Азербайджана реализуются различные инвестпроекты с российским участием. Расширяются контакты между предпринимательскими сообществами, в том числе по линии малого и среднего бизнеса. Важным элементом двустороннего взаимодействия является Межправительственная комиссия по экономическому сотрудничеству”, – говорится в сообщении.

    В посольстве также подчеркнули обоюдную заинтересованность в дальнейшем развитии российско-азербайджанского стратегического партнерства и союзничества.

  • Rusiya səfirliyi: “Azərbaycan mühüm strateji tərəfdaş və etibarlı müttəfiqdir”

    “Azərbaycan Rusiyanın mühüm “strateji tərəfdaşı, mehriban qonşusu və etibarlı müttəfiqidir”.

    “Report” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü münasibətilə yaydığı məlumatda deyilir.

    Diplomatik nümayəndəlik qeyd edib ki, iki ölkə arasında münasibətlər hüquq bərabərliyi və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır:

    “Dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Siyasi dialoq ən yüksək səviyyədə, xarici siyasət idarələri xətti, əsas qurumların rəhbərləri, eləcə də parlament xətti səviyyəsində fəal inkişaf edir”.

    “Ticarət-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. 2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi 17,5 faiz artıb. Rusiya Azərbaycanın aparıcı ticari-iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Bakıda Moskvanın iştirakı ilə müxtəlif investisiya layihələri həyata keçirilir. İki ölkənin sahibkarları arasında əlaqələr, o cümlədən kiçik və orta biznes vasitəsilə genişlənir. İkitərəfli əməkdaşlığın mühüm elementi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır”, – məlumatda qeyd edilib.

    Səfirlik, həmçinin, Rusiya-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyinin daha da inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu vurğulayıb.

  • Дорожная полиция Баку обратилась к водителям – ФОТО

    Столичным водителям рекомендовано быть осторожными при парковке автомобилей.

    Об этом говорится в обращении Управления государственной дорожной полиции города Баку в связи с погодными условиями.

    “Во избежание нежелательных ситуаций, которые могут возникнуть на дорогах из-за сложившихся погодных условий, просим не парковать автомобили вблизи рекламных щитов и неустойчивых конструкций, под деревьями, которые могут рухнуть на транспортное средство, а также рядом с местами проведения строительных работ”, – говорится в обращении.

  • Sürücülərə avtomobillərin park edilməsi ilə bağlı MÜRACİƏT: Təhlükə var – FOTO

    Paytaxt sürücülərinə avtomobillərini park edərkən diqqətli olmaq tövsiyə edilib.

    Bu barədə hazırda müşahidə olunan küləkli hava şəraiti ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində deyilir.

    “Mövcud hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, irihəcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı tövsiyə edirik”, – deyə müraciətdə qeyd olunur.

  • Почему пассажиров высадили на станции метро “28 Мая”?

    Из-за неисправности двери одного из вагонов поезда, следовавшего по “зеленой” ветке “Ази Асланов” – “Дарнагюль”, пассажиров высадили на станции метро “28 Мая” в соответствии с регламентом.

    Об этом сообщили в ЗАО “Бакинский метрополитен”.

    Отмечается, что поезд был снят с линии, вместо него на линию был выпущен другой состав, проблема была устранена в кратчайшие сроки.

  • Metronun “28 May” stansiyasında sərnişinlər niyə düşürülüblər?

    “Həzi Aslanov-Dərnəgül” (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq sərnişinlər metronun “28 May” stansiyasında düşürülüblər”.

    Bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib və yaranmış problem qısa müddətdə aradan qaldırılıb.