Sürücülərə avtomobillərin park edilməsi ilə bağlı MÜRACİƏT: Təhlükə var – FOTO

Paytaxt sürücülərinə avtomobillərini park edərkən diqqətli olmaq tövsiyə edilib.

Bu barədə hazırda müşahidə olunan küləkli hava şəraiti ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində deyilir.

“Mövcud hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, irihəcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı tövsiyə edirik”, – deyə müraciətdə qeyd olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *