
Mikayıl Useynov prospekti, “Dəniz Mall”ın qarşısında avtomobillərdən birində yanğın baş verib.
Bu barədə Nəqliyyatın İntellektual İnkişafı Mərkəzi (NİİM) məlumat yayıb.
Bu səbəbdən Lökbatan dairəsi istiqamətində yolda sıxlıq yaranıb.


Mikayıl Useynov prospekti, “Dəniz Mall”ın qarşısında avtomobillərdən birində yanğın baş verib.
Bu barədə Nəqliyyatın İntellektual İnkişafı Mərkəzi (NİİM) məlumat yayıb.
Bu səbəbdən Lökbatan dairəsi istiqamətində yolda sıxlıq yaranıb.


Bakıda “Bravo” hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. Şahid Əhməd Məmmədov hadisədə istifadə edilən “Opel” markalı maşının sahibi olduğunu deyib:
”Təqsirləndirilən şəxslərdən heç birini tanımıram. “Opel” maşınının sahibi olmuşam. Onu da satmaq üçün bazara çıxardım. Ruhlan adlı biri maşını aldı. Nə üçün aldığını bilmirdim. Maşını satandan 8-9 ay sonra bu hadisə olub. Hadisədən xəbərim olmayıb”.
Daha sonra iş üzrə şahid Xandadaş Cəfərov ifadə verib. O, təqsirləndirilən Dəyanət Qüdrətovun əsgər yoldaşı olduğunu deyib:
”Təqsirləndirilən şəxslərdən sadəcə, Dəyanəti tanıyıram. Əsgərlikdə bir yerdə xidmət etmişik. Yanvar ayında ikimiz də tərxis olunduq. Tərxis olunandan sonra iki dəfə görüşmüşük. Bir dəfə də mənə yazdı ki, görüşək. Mən restoranda ofisiant işləyirəm. Yazdım ki, vaxtım yoxdur. Bir dəfə də yazdı ki, rayona gedəcəyəm, sonra görüşə bilməyəcəyik. Hadisəni törədəcəyindən xəbərim olmayıb. Hadisədən sosial şəbəkələrdən xəbər tutmuşam”.
Daha sonra hakim Azad Məcidov şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğunu deyib. Buna görə onun istintaqa verdiyi ifadə elan edilib:
”Fevral ayında Dəyanətlə ”WhatsApp”da danışırdım. Mənə hansısa yeri partladıb pul tutacaqlarını dedi. Onunla danışanda ona qorxaq dedim. Mənə dedi ki, bilirsən nə işlə məşğulam? Hələ əsgərlikdə olanda deyirdi ki, silahlı şou olacaq. Onda bildim ki, harasa silahlı basqın edəcək. Ad günüm olduğu üçün Salyana getmişdim. Onunla yenə mesajlaşırdıq. Mənə “AKS Lancaster-03” markalı silahın şəklini atdı, qundağı açıq idi. Dedi ki, tutulmasam, sənə qəşəng ad günü keçirəcəyəm. Tutulsam, da yanıma siqaret gətirərsən. Sonra yazdı ki, bu boyda Azərbaycanda kimdir məni tapan? Sonra məni İsmayıllıya qonaq dəvət etdi. Hadisə günü mənə mesaj yazmışdı. Yazmışdı ki, məni televizorda göstərsələr, xəbər elə. Bir az keçmiş yazdı ki, məni axtarırlar, sənə nə yazmışam hamısını sil. Dedi nömrəmi və telefonumu qıracağam. Yazdı ki, gəl metronun ”Koroğlu” stansiyasına görüşək, sonra görüşə bilməyəcəyik. Mən işdə olduğuma görə getmədim”.
Hakim verdiyi ifadələrin arasında nəyə görə ziddiyyət olduğunu X.Cəfərovdan soruşub. Şahid isə hadisədən uzun zaman keçdiyini, unutduğunu deyib, istintaqa verdiyi ifadəni isə təsdiqlədiyini bildirib.
Növbəti məhkəmə prosesi şahidlərin ifadələri ilə davam edəcək. Məhkəmə prosesi aprelin 17-də davam etdiriləcək.
Xatırladaq ki, hadisə ötən il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər – bir şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, üç şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, bir şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, bir şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər – Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi – Rövşən İsmayılova həmin məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də, onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən “AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatı, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.

Azərbaycanda universitet müəllimi vəfat edib.
Bu barədə Azərbaycan Kooperasiya Universiteti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Kooperasiya Universitetinin mədəni-kütləvi işlər üzrə təlimatçısı, Tərcümə kafedrasının baş müəllimi Aytən Hüseynova vəfat edib.
Народ Турции всегда рядом с Азербайджаном.
Как сообщает АПА, об этом сказал журналистам глава делегации Великого национального собрания Турции в ПА НАТО Мевлют Чавушоглу во время посещения Аллеи шехидов в Баку.
“Мы были рядом с братской страной во время Карабахской войны. Мы рядом и сейчас в решении вопроса мира. Об этом я сказал на встрече с Араратом Мирзояном”, – отметил Чавушоглу.
“Türk milləti olaraq hər zaman Azərbaycanın yanındayıq”.
APA xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib:
“Qarabağ müharibəsi zamanı da qardaş ölkənin yanında idik. İndi sülh məsələləri istiqamətindən də yanındayıq. Bunu Ararat Mirzoyanla görüşdə də demişəm”.

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.
President.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”nı imzalayıblar.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Konqo Respublikasının ətraf mühit, dayanıqlı inkişaf və Konqo hövzəsi naziri Arlette Soudan Nonault “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”nu imzalayıblar.

В городе Ханкенди за минувшие сутки обнаружено и изъято 8 единиц огнестрельного оружия.
Об этом сообщили в пресс-службе Министерства внутренних дел.
В частности, были обнаружены и изъяты 6 автоматов, 2 ружья, 3 гранаты, 5 запалов, 44 магазина для патронов, 10 снарядов, 1 690 патронов различного калибра и другие боеприпасы.
В других районах и городах республики у граждан были изъяты незаконно хранящиеся пистолет, 2 ружья, 3 магазина для патронов.

Ötən gün Xankəndidə səkkiz silah aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhəri ərazisindən altı avtomat silahı, iki tüfəng, üç qumbara, beş alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1 690 ədəd müxtəlif çaplı patron və digər sursat aşkarlanıb.
Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə respublikanın digər ərazilərində qanunsuz saxlanılan bir tapança, iki tüfəng, üç patron darağı aşkarlanaraq götürülüb.

4 апреля состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и президента Республики Конго Дени Сассу-Нгессо в расширенном составе.
Об этом сообщает President.az.
4 апреля началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и президента Республики Конго Дени Сассу-Нгессо в расширенном составе.
Об этом сообщает President.az.

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü keçirilib.
Bu barədə President.az məlumat yayıb.
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü başlayıb.
Bu barədə President.az məlumat yayıb.