Month: April 2024

  • Судьи смогут учитывать календарь адвоката при назначении даты судебного заседания

    В Азербайджане судьи смогут учитывать календарь адвоката при назначении даты судебного заседания.

    Об этом заявил председатель президиума Коллегии адвокатов Анар Багиров во время публичной презентации “Электронного ордера адвоката” и других электронных услуг.

    По его словам, в “Личном кабинете” адвоката уже появился электронный календарь, где будет отражаться график его работы.

    “В ближайшее время этот календарь будет интегрирован в электронную информационную систему суда и судьи получат возможность учитывать календарь адвоката при назначении дел. Следующий этап будет связан со следственными органами. Работа над электронным уголовным процессом уже ведется. Принято решение о создании рабочей группы. Мы надеемся, что Коллегия адвокатов будет представлена в этой рабочей группе и наши адвокаты смогут воспользоваться электронными возможностями на всех стадиях уголовного процесса”, – сказал Багиров.

  • Məhkəmə hakimləri iş təyin edərkən vəkilin təqvimini nəzərə ala biləcək

    Məhkəmə hakimləri iş təyin edərkən vəkilin təqvimini nəzərə almaq imkanına malik olacaq.

    Bunu Vəkillər Kollegiyasının sədri (VK) Anar Bağırov “Elektron vəkil orderi” və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı zamanı deyib.

    Onun sözlərinə görə, “vəkil kabineti”ndə vəkilin iş cədvəlini əks edən elektron təqvim artıq istifadəyə verilib:

    “Bu təqvim qısa zamanda məhkəmə işlərinin təyin edilməsi zamanı elektron məhkəmə informasiya sisteminə inteqrasiya ediləcək və hakimlər də iş təyin edərkən vəkilin təqvimini nəzərə almaq imkanına malik olacaq. Növbəti mərhələ də istintaq orqanları ilə bağlı olacaq. Artıq elektron cinayət prosesi üzərində iş gedir. Artıq bununla bağlı İşçi qrupu yaradılması barədə qərar qəbul edilib. Ümid edirik ki, Vəkillər Kollegiyası da həmin İşçi qrupunda təmsil olunacaq və cinayət prosesinin bütün mərhələlərində vəkillərimiz elektron nailiyyətlərdən istifadə edə biləcəklər”.

  • Prezident İlham Əliyev: “Azərbaycan Praqa və Alma-Ata bəyanatlarına sadiqdir”

    “Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiqdir”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

    Dövlətimizin başçısı, həmçinin aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanmasının, qeyri-inklüziv xarakter daşımasının və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmamasının Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını vurğulayıb.

  • На востоке Китая семь человек погибли из-за сильного ветра с градом

    Жертвами сильного ветра с градом в восточной китайской провинции Цзянси стали 7 человек, еще порядка 93 тыс. пострадали.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил провинциальный штаб по борьбе с наводнениями.

    Согласно данным ведомства, с 31 марта в зоне бедствия оказались 9 городов и 54 уезда. Экстренными службами в безопасные места было эвакуировано свыше 800 человек. Градом побило сельскохозяйственные культуры на площади 5,7 тыс. га, более 90 строений полностью разрушены или получили серьезные повреждения.

    По предварительным оценкам, удар стихии нанес провинции прямой экономический ущерб на сумму 150 млн юаней (около 21,1 млн доллара).

  • Çində güclü külək və dolu nəticəsində 7 nəfər ölüb

    Çinin şərqində yerləşən Tszyansi əyalətində 7 nəfər güclü külək və dolunun düşməsi nəticəsində ölüb, 93 minə yaxın insan isə zərər çəkib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə əyalətin daşqınlara qarşı mübarizə qərargahı məlumat yayıb.

    Qeyd edilib ki, martın 31-dən 9 şəhər və 54 rayon təbii fəlakət zonasındadır. Təcili yardım xidmətləri 800-dən çox insanı təhlükəsiz yerlərə təxliyə edib. Dolu 5,7 min hektar sahədə kənd təsərrüfatı bitkilərini məhv edib. Bundan başqa, 90-dan çox tikili tamamilə dağılıb və ya onlara ciddi ziyan dəyib.

    İlkin hesablamalara görə, təbii fəlakət əyalətə 150 milyon yuan (təxminən 21,1 milyon ABŞ dolları) məbləğində birbaşa iqtisadi ziyan vurub.

  • В России в ДТП с автобусом пострадали 15 человек

    Автобус столкнулся с грузовым автомобилем марки “Камаз” в Петушинском районе Владимирской области РФ. В результате аварии 15 человек пострадали, погибших нет.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в пресс-службе министерства здравоохранения региона России.

    “В результате аварии пострадали 15 человек. В Петушинскую районную больницу госпитализированы пятеро: четверо находятся в травматологическом отделении (состояние средней степени тяжести) и еще один пострадавший – в реанимации (состояние тяжелое стабильное). Погибших нет”, – говорится в распространенном сообщении.

    Отмечается, что у 10 пострадавших выявили ушибы разных частей тела. Их осмотрели и отпустили домой. “В Петушинскую районную больницу направлена бригада врачей санитарной авиации ОКБ”, – добавили в пресс-службе.

  • Rusiyada avtobus qəzası nəticəsində 15 nəfər xəsarət alıb

    Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonunda avtobus “KamAZ”la toqquşub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Regional Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb, ölən yoxdur.

    “Hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Beş nəfər Petuşinski rayon Xəstəxanasına yerləşdirilib: 4 nəfərin vəziyyəti orta-ağırdır, digər yaralı isə reanimasiyada, vəziyyəti ağırdır. Ölən yoxdur”, – məlumatda bildirilir.

    Qeyd edilir ki, 10 yaralının bədəninin müxtəlif nahiyələrində əzilmiş xəsarətlər var. Onlar müayinə olunaraq evə göndəriliblər.

  • İbrahim Nehrəmli ilə bağlı daha bir məhkəmə – İş adamı iddia qaldırdı

    Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı İbrahim Nehrəmlinin ləğv olunmuş “Avesta Construction” şirkəti məhkəməyə verilib.

    “Qaynarinfo”ya daxil olan məlumata görə, iddiaçı Eldar Bahadır oğlu Kərimovdur. Onun iddiasına Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Rauf Əhmədovun icraatındadır.

    “Avesta Construction” MMC 2016-cı ildə “Avesta Konsern” MMC-yə qoşularaq ləğv edilib. Media bu barədə məlumatı Dövlət Vergi Xidmətinə istinadən yayıb.

    “Avesta Konserni” MMC 18 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 320 manat olan şirkətin qanuni təmsilçisi Araz Ələsgər oğlu Nadirovdur. Şirkətin sahibi isə İbrahim Nehrəmlidir.

    O, həm də “Xəzər adaları” layihəsinin müəllifi kimi tanınır. İbrahim Nehrəmli bu layihənin icrasını başa çatdıra bilməyib. Daha doğrusu, Beynəlxalq Bankla bağlı kredit qalmaqalından sonra iş adamı layihənin icrasını dayandırıb. Məlumat üçün deyək ki, kredit qalmaqalında İbrahim Nehrəmli də əsas fiqurantlardan idi.

    Bir müddət əvvəl iş adamı Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi general Adil Əliyevlə məhkəmə çəkişməsinə görə gündəmə gəlmişdi.

  • Россия призвала Армению и Азербайджан восстановить трехсторонние диалоговые механизмы

    Россия призывает Армению и Азербайджан восстановить работу трехсторонних диалоговых механизмов.

    Об этом заявила на брифинге официальный представитель МИД РФ Мария Захарова.

    “Считаем, что давно пришло время восстановить ритмичную работу трехсторонних механизмов Россия – Азербайджан – Армения, – сказала дипломат. – Призываем партнеров проявлять политическую волю, возобновить контакты, доказавшие свою результативность в форматах, в рамках которых при содействии России был начат поиск эффективных решений самых непростых вопросов, включая делимитацию границы, разблокирование транспортно-логистичеких маршрутов в регионе, выработку мирного договора”.

    По ее словам, все территориальные споры и претензии между Баку и Ереваном должны быть урегулированы исключительно политико-дипломатическими методами в рамках двусторонней комиссии по делимитации армяно-азербайджанской границы. “Мы готовы со своей стороны оказать этому всяческое содействие”, – добавила она.

    “В отличие от Евросоюза и США, которые занимаются выбиванием уступок одной стороны и выдвижением угроз в адрес другой, мы всегда выступали за комплексное, компромиссное урегулирование имеющихся разногласий в интересах установления устойчивого мира и процветания на нынешнем Кавказе, – отметила Захарова. – Наше предложение остается на столе переговоров”.

    Источник: ТАСС

  • Rusiya Azərbaycan və Ermənistanı üçtərəfli dialoq mexanizmlərini bərpa etməyə çağırdı

    “Rusiya Azərbaycan və Ermənistanı üçtərəfli dialoq mexanizmlərinin işini bərpa etməyə çağırır”.

    Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

    “Hesab edirik ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ritmik işini bərpa etməyin vaxtı çoxdan çatıb. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və Rusiyanın yardımı ilə sərhədlərin delimitasiyası, regionda nəqliyyat və logistika marşrutlarının açılması və sülh müqaviləsinin hazırlanması da daxil olmaqla ən çətin məsələlərin effektiv həlli yollarının axtarışına başlanılması çərçivəsində daxili formatlarda effektivliyini sübut edən təmasları bərpa etməyə çağırırıq”, – deyə Zaxarova bildirib.

    Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və iddiaları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində ancaq siyasi və diplomatik üsullarla nizamlanmalıdır.

    “Biz öz tərəfimizdən buna hər cür kömək göstərməyə hazırıq”, – deyə Mariya Zaxarova əlavə edib.

    “Bir tərəf üçün güzəştlər əldə edilməsinə çalışan, digər tərəfə təhdidlər irəli sürülməsi ilə məşğul olan Avropa İttifaqı və ABŞ-dən fərqli olaraq həmişə Qafqazda davamlı sülh və rifahın bərqərar olması maraqları naminə mövcud fikir ayrılıqlarının hərtərəfli, kompromis həllinin tərəfdarı olmuşuq. Bizim təklifimiz danışıqlar masasında qalır”, – deyə o, qeyd edib.

    Mənbə: TASS