Month: April 2024

  • Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb? – YENİ FAKTLAR

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının “SPEKTR MED” şirkəti ondan alınıb. Şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilsə də, daha sonra “Avromed” şirkətinə verilib.

    Bakupost.az-a TƏBİB sədri olduğu dövrdə Ramil Bayramlının “Spektr Med” şirkəti vasitəsilə həyata keçirdiyi əməliyyatlarla bağlı yeni məlumatlar daxil olub.

    Belə ki, R.Bayramlı pandemiya dövründə vəzifəsindən sui-istifadə edərək, dövlət satınalmalarını “Spektr Med” şirkəti vasitəsilə həyata keçirib. O, TƏBİB sədri kimi laboratoriya cihazları və reaktiv-reagent istehsal edən məşhur şirkətlərin xarici nümayəndələri ilə şəxsən görüşərək “Spektr Med”i tərəfdaş kimi tanımalarını tələb edib. Ramin Bayramlı bunun qarşılığında həmin şirkətlərlə laboratoriya cihazları və digər tibbi avadanlıqların alqı-satqısı ilə bağlı iribüdcəli müqavilələr bağlanacağını vəd edib.

    Beləliklə, pandemiya dövründə Azərbaycanda dəyəri milyonlarla dollarla ölçülən avadanlıqların alınması faktiki olaraq, Ramin Bayramlıya məxsus olan “Spektr Med” vasitəsilə həyata keçirilib.

    Əldə etdiyimiz məlumata görə, həmin illərdə 650 bahalı tibbi cihaz və digər avadanlıqlar alınıb. Bu alqı-satqı əməliyyatları nəticəsində qısa müddət ərzində “Spektr Med”in büdcəsi 70 milyon manata yüksəlib.

    Qeyd edək ki, R.Bayramlının TƏBİB rəhbərliyindən uzaqlaşdırılmasında bu məsələnin də ciddi rol oynadığı vurğulanır.

    R.Bayramlı 2021-ci il sentyabrında 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub.

  • Скончался убивший с особой жестокостью жену Рамиз Тахвели – ФОТО

    Скончался бывший арт-директор Buta Palace Рамиз Тахвели, признанный виновным в убийстве жены.

    Как сообщает Qafqazinfo, он умер недавно в психиатрической больнице, где проходил лечение.

    Отметим, что в 2018 году Р.Тахвели умышленно убил свою 30-летнюю супругу Аделю Тахвели, сбросив ее с балкона их квартиры.

    Дело рассматривалось в Бакинском суде по тяжким преступлениям. Согласно приговору, Тахвели был признан виновным по предъявленному ему обвинению. Однако в связи с пребыванием в невменяемом состоянии он был освобожден от наказания и помещен на принудительное лечение в психиатрическую больницу.


  • Arvadını xüsusi amansızlıqla qətlə yetirən Ramiz Taxveli vəfat edib – FOTO

    Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxveli vəfat edib.

    “Qafqazinfo”nun məlumatına görə, Taxveli bu yaxınlarda müalicə aldığı psixiatriya xəstəxanasında dünyasını dəyişib.

    Qeyd edək ki, Rasim Taxveli 2018-ci ildə 30 yaşlı həyat yoldaşı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb.

    İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.


  • FHN Xəzər rayonunda qanunsuz tikililəri söküb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Xəzər rayonu ərazisində qanunsuz tikililəri söküb.

    “Report” xəbər verir ki, söküntü işləri rayonun Zirə və Şüvəlan qəsəbələrində tikintiyə icazə sənədləri olmayan kənd təssərrüfatı, eləcə də yaşayış təyinatlı tikililərdə aparılıb.

    Məlumata görə, qanunsuz zəbt edilən ərazilərdə bir neçə dəfə söküntü işləri aparılsa da, yenidən tikinti işləri həyata keçirilib.

    FHN-in Tikintidə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin İnzibati Xətalar, Tikintiyə Nəzarət sektorunun müdiri Kərim Ağayev bildirib ki, tikintidə dövlət nəzarəti dayandırma və söküntü qaydaları birbaşa FHN-in səlahiyyətindədir. Prezidentin fərmanına əsasən, qanunsuz tikintiyə qarşı mübarizə istiqamətində Şəhərsalma və Arxitektura Komitəsi, icra hakimiyyətləri və polis qanunsuz tikililərə qarşı reydlər keçirir.

    “Hazırda Xəzər rayonunun Zirə qəsəbəsində qanunsuz tikilinin sökülməsi ilə bağlı verilən qərarın icrasını həyata keçiririk. Avqust ayında tikilinin sökülməsinə qərar verilib. Bir neçə dəfə sökülsə də, sahibkar yenidən tikinti işlərini aparmağa cəhd edib. Torpaq kənd təssərrüfatı təyinatlıdır. Tikintiyə icazə sənədi yoxdur. Təxminən 6-7 hektarlıq ərazidə qanunsuz tikinti işləri aparılıb. Söküntü işləri davam etdiriləcək”, – deyə o bildirib.

  • Ötən ay xaricdə təhsil almış 58 nəfərin diplomu tanınmayıb

    Mart ayı üzrə 313 müraciətçinin 255-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 58 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

    Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 38, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 11, dövlət nümunəli olmayan diplom üzrə atı, ekvivalenti olmayan ixtisas üzrə iki, təhsil forması üzrə bir nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

    Bildirilib ki, ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 94, Rusiya Federasiyasından 78, Türkiyə Respublikasından 73, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 18, Gürcüstandan 18, Belarus Respublikasından beş, Polşa Respublikasından beş, Çin Xalq Respublikasından dörd, Macarıstandan üç, Amerika Birləşmiş Ştatlarından iki, Fransa Respublikasından iki, İsveçrə Konfederasiyasından iki, Koreya Respublikasından iki, Litva Respublikasından iki, Almaniya Federativ Respublikasından bir, İspaniya Krallığından bir, Malayziyadan bir, Niderland Krallığından bir, Qırğız Respublikasından bir müraciətin olduğu müşahidə olunur.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 44, iqtisadiyyat üzrə 34, menecment üzrə 27, biznesin idarə edilməsi üzrə 22, hüquqşünaslıq üzrə 11 müraciətçi qeydə alınıb.

  • Gömrük Komitəsinin həbsdə olan əməkdaşı azadlığa çıxdı

    Dövlət Gömrük Komitəsinin rüşvətə görə məhkum edilmiş əməkdaşı Elmar Mirzəyev azadlığa buraxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş sabiq gömrük prosedurları inspektoru cəzasının çəkilməmiş hissəsindən azad edilib.

    Yerli məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzanın 2/3 hissəsini çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.

    Qeyd edək ki, E.Mirzəyev və bir neçə gömrükçü 2021-ci ilin martında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda ittiham edilib, ən ağır cəza elə Mirzəyevə verilib. Digərləri qısa müddətə azadlıqdan məhrumetmə və şərti cəzaya məhkum ediliblər.

  • Инфляция в Турции в марте выросла

    Инфляция в Турции по итогам марта выросла на 3,16% и составила 68,5% в годовом исчислении в сравнении 67,07% месяцем ранее.

    Об этом сообщил Национальный институт статистики.

    Источник: Haber Global

  • Türkiyədə inflyasiya 69 faizə yaxınlaşır

    Türkiyədə inflyasiya rəqəmləri açıqlanıb.

    Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) açıqlama verib.

    Təşkilatın açıqladığı rəqəmlərə görə, mart ayında inflyasiya aylıq 3,16 faiz təşkil edib. İllik olaraq isə bu rəqəm 68,50 təşkil edib.

    Mənbə: Haber Global

  • Malatyada zəlzələ: Ətraf ərazilərdə də hiss olunub – FOTO

    Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib.

    Məlumata görə, səhər saat 10:48-də yerin 13,9 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Malatyanın Doğanşehir rayonu olub və ətraf ərazilərdə də hiss olunub.

    Dağıntılar və tələfat barədə hələlik bir məlumat verilməyib.

  • Число погибших детей при теракте в “Крокусе” увеличилось до шести

    Шесть детей погибли в результате трагедии в “Крокусе”. Пятеро пострадавших остаются в больнице, двое из них в тяжелом состоянии.

    Об этом сообщила журналистам уполномоченный при президенте Российской Федерации по правам ребенка Мария Львова-Белова.

    Ранее было известно о пяти погибших.

    “На данный момент у нас данные о шести погибших детях, семеро пострадавших. Двое уже лечатся дома, пятеро находятся в больнице: двое в тяжелом состоянии, трое – в средней степени тяжести. Детей я навещала, постоянно на связи с главврачами больниц, всем необходимым дети обеспечены, прогнозы положительные”, – сказала она.

    Источник: ТАСС