Month: April 2024

  • Azərbaycan Milli Konservatoriyası yenidən təşkil edilir

    Nazirlər Kabineti Azərbaycan Milli Konservatoriyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında qərar verib.

    Azərbaycan Milli Konservatoriyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

    Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Milli Konservatoriyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

  • Mənzilin qapısını açıq saxlayaraq yuxuya gedən ev sahibinin 18 500 manatını oğurlayan şəxs saxlanılıb

    Paytaxtın Nəsimi rayonunda naməlum şəxsin evlərdən birindən 18 500 manat oğurlaması barədə zərərçəkənin polisə şikayəti daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən Təbriz Əhmədov saxlanılıb. O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb.

    Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüqar Həsənov, Fərid İsgəndərov və Gülməmməd Musayev də saxlanılıblar. Həmin şəxslərdən iki kiloqramdan artıq marixuana, heroin və metamfetamin aşkarlanıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Экс-начальник пенитенциарной службы НАР приговорен к 10 годам лишения свободы

    Бывшего начальника пенитенциарной службы Нахчыванской Автономной Республики (НАР) Тофика Гасанова приговорили к 10 годам лишения свободы.

    Как сообщает Report, приговор по уголовному делу, возбужденному в Службе государственной безопасности, вынесен на заседании под председательством судьи Гусейна Мамедова в Нахчыванском суде по тяжким преступлениям.

    Также в соответствующие структуры будет направлен запрос для лишения Гасанова звания генерал-майора юстиции и медали “За Отечество”.

    Прокурор запросил для экс-начальника пенитенциарной службы 11 лет лишения свободы.

    Отметим, что Тофиг Гасанов был арестован в январе прошлого года по обвинению в получении взятки в крупном размере.

  • Azərbaycanda generala 10 il həbs cəzası verilib

    Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və hökm oxunub.

    “Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

  • DYP saxladığı avtomobilin sərnişinindən narkotik vasitə aşkarladı

    Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda nəzarət qaydasında saxlanılan avtomobilin sərnişini hərəkətləri şübhə doğurduğu üçün diqqət çəkib.

    Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən avtomobildən düşürülən Bakı şəhər sakini İsmayıl İsgəndərovun üzərindən əvvəlcə 8 qrama yaxın, sərnişini olduğu “Renault” markalı avtomobilə baxış zamanı isə dörd kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs sonrakı araşdırma üçün aidiyyəti üzrə təhvil verilib.

  • В Армении спор военнослужащих-контрактников закончился поножовщиной

    В Армении спор военнослужащих-контрактников закончился поножовщиной.

    Об этом сообщают армянские СМИ.

    “1-го апреля в 21:00 в микрорайоне, называемом “Турецкий район”, города Степанавана, на пересечении 2-го тупика улицы Хоренаци произошел инцидент.

    Согласно данным, участниками спора были военнослужащие-контрактники. В воинской части они поспорили о бытовых вопросах, после чего продолжили разговор на улице, и ситуация накалилась до того, что А.М. получил ножевое ранение, после чего его срочно доставили в больницу”, – говорится в сообщении.

  • Ermənistanda hərbçilər arasında mübahisə bıçaqlanma ilə bitdi

    Ermənistanda arasında mübahisə bıçaqlanma ilə yekunlaşıb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Bildirilib ki, hadisə Stepanavan şəhərinin “Türk məhəlləsi” adlanan mikrorayonda baş verib.

    Məlumata görə, mübahisənin tərəfləri müddətdən artıq xidmət edən hərbi qulluqçular olublar. Hərbi hissədə onlar məişət məsələsi ilə bağlı mübahisə ediblər, daha sonra küçədə söhbəti davam etdiriblər. Vəziyyət o həddə çatıb ki, A.M. bıçaqlanıb, bundan sonra o, təcili xəstəxanaya yerləşdirilib.

  • Baş Prokurorluq ailəsinin qətlində təqsirləndirilən Əhmədin “etiraf”ları ilə bağlı MƏLUMAT YAYDI – YENİLƏNİB

    Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun guya məhkəmədə verdiyi ifadənin detalları yayımlanıb.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.

    Qeyd olunan “ifadə”nin məzmunu Əhməd Əhmədovun ibtidai istintaqı aparan Xətai Rayon Prokurorluğunda dindirilərkən, eləcə də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılan zaman məhkəmə iclasında verdiyi ifadə ilə eynilik təşkil etmir.

    Odur ki, Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi bir daha xahiş edirik.

    * * * * *

    Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil.

    Bu barədə “TV Müsavat”a istintaqdakı mənbələr bildiriblər.

    Üç həftə boyunca davam edən ekspertiza hələlik onun psixi durumu ilə bağlı yekun rəyə gələ bilməyib. Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır.

    Belə ki, Ə.Əhmədov məhkəmədə sensasion etiraflar edib. Belə ki, ilkin istintaqda danışmaqdan imtina edən və özünün gərgin psixoloji durumda olduğunu nümayiş etdirməyə çalışan Ə.Əhmədov məhkəmədə ailə üzvlərini məqsədli şəkildə qətlə yetirdiyini boynuna alıb. Buna səbəb kimi atasının ailəyə məxsus mənzili bacısına verməsini göstərib.

    Ə.Əhmədov məhkəmədə bildirib ki, Rusiyada yaşayan ərindən boşanaraq Bakıya gələn bacısı öncə valideynlərinə məxsus evdə onlarla birgə yaşayıb, sonra isə atası ailəyə aid olan evlərdən birini bacısına verib. Ə.Əhmədovla valideynləri arasında ilk mübahisə o zaman başlanıb. Ə.Əhmədov bildirib ki, ailənin böyük oğlu olaraq buna qarşıdır və qız övladın, yəni, bacısının bu evlər üzərində heç bir haqqı yoxdur. Valideynləri ona da ayrıca ev aldıqlarını, hətta hazırda yaşadıqları evin də gələcəkdə Ə.Əhmədova veriləcəyini desələr də bu, onu sakitləşdirməyib.

    Ə.Əhmədov məsələni dəfələrlə bacısı ilə danışıb çözməyə çalışıb. Amma bacısı yaşca ondan böyük olduğunu və ərindən ayrıldığı üçün evsiz-eşiksiz qaldığını əsas gətirərək ona bu məsələyə qarışmamasını söyləyib. Beləcə, bacı-qardaş arasında bir neçə dəfə ciddi münaqişə yaranıb. Valideynləri isə qızlarına əsla Əhmədlə bir araya gəlməməsini, onunla bu söhbətləri telefon xaricində etməməsini tapşırıblar. Amma qətldən bir gün öncə Ə.Əhmədov son sözünü atasına söyləyib və “mən bu işi burada qoymayacağam” deyib.

    Ə.Əhmədovun məhkəmədəki bu etirafı isə onun ailəsini qətlə yetirməsinin məqsədli bir plan olduğunu üzə çıxarıb. Məhkəmədə Ə.Əhmədovun planlı şəkildə, intiqam məqsədilə ailə üzvlərini qətlə yetirdiyini etiraf etməsi istintaqın gedişinə də təsir göstərəcək kimi görünür. Belə ki, Ə.Əhmədov ifadəsində əsla “özümdə deyildim”, “necə oldu bilmirəm” kimi fikirlər səsləndirməyib.

    Ailə üzvlərini mərhələli şəkildə, bir-bir, ardıcıllıqla öldürməyi necə planlaşdırmışdısa, o cür də qətlə yetirdiyini etiraf edən Ə.Əhmədovla bağlı ekspertizanın rəyi də birmənalı deyil. Ekspertlərin ilkin qənaətinə görə, burada psixoloji pozğunluq, affekt halında cinayət törətmək kimi bir hal yoxdur. Təqsirləndirilən şəxsin şüurlu etirafı isə onunla bağlı sualları arxa plana qoyub. Belə ki, burada söhbət xüsusi amansızlıqla, məqsədli şəkildə silsilə qətldən gedir.

  • AYNA taksi fəaliyyəti üçün avtomobillərə 15 il məhdudiyyətinin tətbiqi qaydasına aydınlıq gətirib

    Azərbaycanda taksi fəaliyyəti üçün avtomobillərə 15 il məhdudiyyətinin hansı qaydada tətbiq ediləcəyinə aydınlıq gətirilib.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əgər avtomobil 2010-cu il istehsalıdırsa, o halda bu il iyulun 1-dək həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə alınmalıdır.

    Belə olan halda, bir ildən – yəni avtomobilin yaşının 15 ili tamamlanmasından sonra həmin nəqliyyat vasitəsinin taksi kimi fəaliyyət göstərməsi mümkün olmayacaq.

    Əgər vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək.

    Qeyd edək ki, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı isə 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.

  • Рамин Байрамлы заработал 70 млн манатов во время пандемии? – НОВЫЕ ФАКТЫ

    Бывший председатель Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы продал компанию SPEKTR MED. Сначала она была зарегистрирована на имя физического лица, а затем передана ООО Avromed.

    В bakupost.az поступила новая информация об операциях, проведенных Р.Байрамлы через компанию SPEKTR MED во время пребывания на посту главы TƏBİB.

    Так, Рамин Байрамлы злоупотреблял служебным положением во время пандемии, осуществляя государственные закупки через свою компанию. Он как председатель TƏBİB лично встречался с иностранными представителями известных компаний, производящих лабораторное оборудование и реагенты, и требовал от них признать SPEKTR MED партнером. Взамен экс-председатель обещал заключить с этими компаниями крупные контракты на закупку и продажу лабораторного и другого медицинского оборудования.

    Таким образом, во время пандемии закупка оборудования стоимостью в миллионы долларов в Азербайджане фактически осуществлялась через принадлежащую Р.Байрамлы SPEKTR MED.

    По имеющейся у редакции bakupost.az информации, в те годы было закуплено 650 дорогостоящих медицинских приборов и другого оборудования. В результате этих операций купли-продажи за короткий срок бюджет SPEKTR MED вырос до 70 млн манатов.

    Отметим, что данный вопрос также сыграл серьезную роль в отстранении Рамина Байрамлы от руководства TƏBİB. Он был освобожден от должности председателя TƏBİB 12 сентября 2021 года по собственному заявлению.