Month: April 2024

  • “WhatsApp”dan yeni funksiya: Artıq istifadəçiləri işarələmək mümkün olacaq

    “WhatsApp” sosial platformasında statuslarda istifadəçiləri işarələmək mümkün olacaq.

    “WhatsApp”ın yeni funksiyası sayəsində istifadəçilər status yazılarında digər insanları işarələyə biləcəklər.

    Bu funksiya Instagram hekayələrində mövcud olsa da, indiyə qədər WhatsApp-da etiketləmə imkanı yox idi.

    “WhatsApp” hazırda status yeniləmələrində insanları “şəxsi” qeyd etmək funksiyası üzərində işləyir. Digər istifadəçilər artıq bu etiketi görə bilməyəcəklər.

    “WhatsApp” üzərində işlədiyi yeni funksiya ilə bağlı heç bir açıqlama verməyib.

    Yeni funksiyanın istifadəçilərin müəyyən kontaktlarla qarşılıqlı əlaqəsini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.
    //azxeber

  • İraqın şimalında hava əməliyyatı: 6 terrorçu zərərsizləşdirildi

    İraqın şimalındakı Metina və Qara bölgələrində aşkarlanan 6 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin sosial media hesabında edilən paylaşımda bildirilib.

    Paylaşımda həmçinin, bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizə əməliyyatlarının əzm və qətiyyətlə davam edəcəyi vurğulanıb.

  • Türkiyəli müğənni əməliyyat olundu

    Mahnıları, rəqsləri və enerjisi ilə adından söz etdirən Aydilge bu dəfə səhhətindəki problemlə gündəmə gəlib.

    Omba sümüyündə olan yırtığa görə müğənni Aydilgə əməliyyat olunub.

    Əməliyyatdan əvvəl xəstəxana yatağından çəkdirdiyi video ilə pərəstişkarlarına müraciət edən Aydilgə pərəstişkarlarından ona dua etmələrini istəyib.
    //azxeber

  • “Qaçqınkom”un departament direktoru cərimələndi

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov cərimələnib.

    “Qaynarinfo” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

    Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

    192.4-cü maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

    Səbuhi Əhmədov dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Binəqədi Rayon Məhkəməsində baxılacaq. İş hakim Aynurə Sadıqovanın icraatındadır.

    Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb.

  • Taksi fəaliyyəti üçün lazım olan sənədlər AÇIQLANDI

    Taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin alınması üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) https://e-xidmet.ayna.gov.az/ portalı üzərində elektron qaydada müraciət etməlidirlər. E-xidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür.

    Median.Az AYNA-ya istinadən xəbər verir ki, icazənin alınması üçün AYNA-ya ərizə təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

    1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (EHİS-dən inteqrasiya edilir);

    2. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən inteqrasiya edilir);

    3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti (EHİS-dən inteqrasiya edilir);

    4. Sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələri (EHİS-dən inteqrasiya edilir);

    5. Hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri (EHİS-dən inteqrasiya edilir);

    6. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

    7. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri;

    8. Taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə;

    9. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;

    10. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).

    “Dövlət rüsumu haqqında” Qanuna əsasən, buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.

    Buraxılış vəsiqəsini aldıqdan sonra hüquqi və ya fiziki şəxslər sistemə daxil olaraq, heç bir əlavə sənəd yükləmədən mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduqları nəqliyyat vasitələrinə icazənin əlavəsi olan buraxılış kartı üçün müraciət edə bilərlər.

    Buraxılış vəsiqəsinin alınması üçün sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.

  • Ötən ay üç aptekdə nöqsan aşkarlanıb

    Mart ayında 15 aptekdə yoxlamalar aparılıb.
    Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, mart ayı ərzində yoxlamalar Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 14 aptekdə baş tutub, üç aptekdə nöqsan aşkarlanıb.

    İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.

  • Polşada güclü qasırğa baş verib: Ölənlər var

    Polşada qasırğa nəticəsində beş yerli sakin həlak olub.

    Bu barədə Malopolska voyevodalığının yanğınsöndürmə briqadasının nümayəndəsi kapitan Hubert Çepla məlumat verib.

    Qeyd olunub ki, qasırğa ölkənin cənub bölgəsində baş verib.

    Verilən məlumata görə, ikisi uşaq olmaqla ümumilikdə beş nəfər ölüb.

    “Onların hamısı qasırğa küləyinə görə yıxılan ağacların altında ölüb”, – deyə Şepla vurğulayıb.

    Ölkədə xilasetmə funksiyalarını yerinə yetirən bütün yanğınsöndürən dəstələri 140 dəfə hadisə yerinə gediblər. Qasırğa zamanı küləyin sürəti saatda 130 kilometrə çatıb.

    Mənbə: osnmedia.ru

  • Bakıda iki narkokuryerdə heroin və metamfetamin aşkar olunub

    Paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Təbriz Quliyev və Hüseyn İsmayılov saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı T.Quliyevdən iki kiloqram heroin, 300 ədəd psixotrop tərkibli metadon həbi, H.İsmayılovdan isə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Dindirmə zamanı H.İsmayılov “Baba” adı ilə tanıdığı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

    Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.

  • Tikinti işləri zamanı ağaclara ziyan vuran şəxs barəsində protokol tərtib olunub

    Bakının Binəqədi rayonu, Həmzə Babaşov küçəsində, “Zeytun bağı” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

    Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparılarkən dörd zeytun ağacının sərt budandığı müəyyən edilib.

    “Faktla bağlı restoranın səlahiyyətli nümayəndəsi Rəfael Manafov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Aparılan tikintinin qanunauyğun olub-olmadığının araşdırılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunub”, – deyə xidmət rəisi vurğulayıb.

  • Подозреваемый в убийстве малолетней дочери в Сумгайыте: У меня были психологические проблемы – ВИДЕО

    Ахмет Туран Ешиль (1984 г.р.), подозреваемый в умышленном убийстве малолетней дочери в сумгайытском поселке Гаджи Зейналабдин, рассказал о случившемся.

    Мужчина заявил Baku TV, что инцидент произошел по психологическим причинам.

    “В тот момент у меня были психологические проблемы. У меня был стресс, мы не ладили с женой. Кроме того имелись и трудности с финансами”, – добавил он.

    Отметим, что 31 марта в Сумгайыте на берегу моря был найден труп Зейнаб Йешиль. Стало известно, что гражданин Турции Ешиль Ахмет Туран забрал ребенка из дома под предлогом прогулки. После чего он привез малышку на побережье, чтобы убить ее. Задумав утопить дочь, мужчина заполнил ее одежду песком и камнями, а затем бросил в море. В результате ребенок погиб.

    Произошедшее зафиксировали установленные на территории камеры видеонаблюдения.

    Подробнее – в сюжете.