Month: April 2024

  • Sumqayıtda azyaşlı uşağını öldürən ata DANIŞDI: “Psixoloji problemlərim var idi” – VİDEO

    Sumqayıtda dəniz sahilində qızı 1 yaşlı Zeynəb Yeşili suda boğaraq qəsdən öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan hadisə ilə bağlı danışıb.

    O, Baku TV-yə hadisənin psixoloji səbəbdən baş verdiyini bildirib:

    “O an psixoloji problemlərim var idi. Sıxıntılarım var idi, yola getmirdik”.

    Qeyd edək ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib. Həmçinin, atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb.

    Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.

    Daha ətraflı süjetdə:

  • Diqqət: Xəstə uşaqların adından pul yığan dələduzlar peyda olublar

    Sosial şəbəkələrdə xəstə uşaqların adından pul yığan dələduzlar peyda olublar.

    Sosial şəbəkələrdə Təzəgül adlı qadın 12 yaşlı nəvəsi Zəhra Dəmirovanın drepanotalassemiya xəstəliyindən əziyyət çəkdiyini bildirərək yardım istəyib.

    Sosial şəbəkə istifadəçiləri xəstə üçün yardım kompaniyasına başlayıblar.

    Yardım üçün müraciət edən qadın nəvəsinin xəstəlik kağızlarını, valideyninin şəxsiyyət vəsiqəsini paylaşıb. Eləcə də pul yığılacaq bank kartını və mobil telefon nömrəsini yardım xəbərində qeyd edib.

    Məlumat yayımlandıqdan sonra, Zəhra Dəmirovanın anası Aynur Dəmirova xəbərin onlara aid olmadığını, bank kartının və nömrənin yalan olduğunu bildirib.

    Hazırda faktla bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlanıb.

  • Perunun prezidenti evinə polis basqın etdikdən sonra altı naziri vəzifəsindən azad edib

    Peru Prezidenti Dina Boluarte dəbdəbəli saat qalmaqalı ilə bağlı evində axtarış aparıldıqdan dərhal sonra altı naziri dəyişib.

    Qeyd olunur ki, bu, ölkə siyasətinə daha da qeyri-sabitlik əlavə edib.

    Daxili işlər naziri Viktor Torres bazar ertəsi istefa qərarını açıqlayıb, ardınca təhsil naziri və qadın məsələləri üzrə nazir istefa veriblər. Onların hər biri Boluarteni dəstəkləyərək polisin prezidentin evinə basqınını “lazımsız” adlandırıblar.

    Torres jurnalistlərə verdiyi açıqlamada, istefasının ailə və sağlamlıq problemləri ilə əlaqədar olduğunu bildirib. Digər iki nazir isə istefalarının səbəblərini açıqlamayıb.

    Bazar ertəsi axşam Boluarte, istehsal, ticarət və kənd təsərrüfatı nazirləri də daxil olmaqla, kabinetində üç əlavə istefa barədə məlumat verib. Bir gündə o, hökumətin 19 üzvündən altısını dəyişib.

    Xatırladaq ki, martın 30-da Boluartenin evində axtarış aparılıb. Polis qapını qırıb. Buna səbəb mətbuatda prezidentin bir neçə “Rolex” saatına sahib olması ilə bağlı xəbərlər göstərilib. Polis siyasətçini rüşvətxorluqda şübhəli bilib. Lakin axtarışın həyata keçirilməsi ilə nazirlərin işdən çıxarılması arasında birbaşa əlaqənin olub-olmadığı barədə məlumat verilmir.

    Mənbə: Reuters

  • В Тертерском районе три человека подорвались на мине

    2 апреля на территории села Чайлы Тертерского района взорвалась мина.

    Об этом говорится в совместной информации пресс-служб Министерства внутренних дел, Генеральной прокуратуры и Агентства Азербайджанской Республики по разминированию.

    Было отмечено, что Полад Исмайылов (1969 г.р.), Арзуман Тагызаде (1992 г.р.) и Эльмир Багиров (2006 г.р.) подорвались на мине, когда пасли скот на неочищенной от мин территории на бывшей линии соприкосновения.

    По данному факту в прокуратуре Тертерского района ведется расследование.

    МВД, Генпрокуратура и Агентство по разминированию еще раз призывают граждан соблюдать правила безопасности, избегать незнакомых мест и обращать внимание на предупреждающие знаки.

  • Tərtərdə mina partlayıb: Üç nəfər xəsarət alıb

    2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

    Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

    Bildirilib ki, 1969-cu il təvəllüdlü Polad Alış oğlu İsmayılov, 1992-ci il təvəllüdlü Arzuman Əhliman oğlu Tağızadə və 2006-cı il təvəllüdlü Elmir Elnur oğlu Bağırov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

    Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

    Azərbaycan Respublikası DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.

  • Güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Güclü külək ilə bağlı xəbərdarlıq edilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 4-də səhərdən axşamadək havanın dəyişəcəyi, şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

    Gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 4-də hava şəraitinin dəyişəcəyi, qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz ayrı-ayrı yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar zonalarında yağıntıların intensiv olacağı ehtimalı var.

    Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

  • Terror aktında zərərçəkənlər “Crocus”un sahiblərinə qarşı cinayət işinin başlanması üçün müraciət ediblər

    Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktında zərərçəkənlər konsert zalının sahiblərinə qarşı cinayət işinin başlanması üçün Rusiya İstintaq Komitəsinə (İK) ərizə ilə müraciət ediblər.

    Bu barədə rusiyalı vəkil İqor Trunov məlumat verib.

    Onun sözlərinə görə, zərərçəkənlər xidmət zamanı təhlükəsizliyə fikir verməyən iş adamlarının məsuliyyətə cəlb olunmasını istəyirlər.

    Ərizə aprelin 2-də İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə təqdim edilib. Onu “Piknik” qrupunun konsertini çəkməli olan çəkiliş qrupunun rəhbəri İvan Pomorin daxil olmaqla 11 zərərçəkmiş və terror aktında həlak olanların yaxınları imzalayıb.

    “Crocus City Hall” konsert zalının sahibinin oğlu Emin Ağalarov bundan əvvəl bildirmişdi ki, terror vaxtı evakuasiya çıxışları obyektdə normal işləyib. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər.

    Xatırladaq ki, martın 22-də Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Hadisə nəticəsində 550-dən çox insan yaralanıb, 144 nəfər həlak olub. Terrorçular həbs olunublar. İstintaq davam edir.

    Mənbə: RIA Novosti

  • Путин заявил, что РФ доберется до заказчиков теракта в “Крокусе”

    Президент России Владимир Путин пообещал, что РФ доберется до заказчиков теракта в “Крокус Сити Холле”.

    “Сейчас вы вместе с коллегами из других ведомств участвуете в расследовании кровавого теракта 22 марта. Нам важно установить не только непосредственных исполнителей, но и все звенья цепочки, конечных преступных бенефициаров этого злодеяния”, – обратился глава государства к участникам расширенного заседания коллегии МВД.

    “Мы безусловно до них доберемся”, – заверил Путин, говоря о заказчиках теракта.

    Источник: ТАСС

  • Putin söz verdi: “Crocus”da terror aktını sifariş edənlər mütləq tapılacaqlar”

    “Rusiya Federasiyası “Crocus”da terror aktını sifariş edənləri mütləq tapacaq”.

    Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında deyib.

    O bildirib ki, zəncirin bütün halqalarını tamamlamaq və terror aktını sifariş verən son ünvanı müəyyən etmək vacibdir.

    V.Putin, həmçinin qeyd edib ki, fövqəladə hallara qarşı hazırlıq artırılmalıdır.

    “Ölkədəki ictimai yerlər diqqətlə qorunmalıdır”, – deyə V.Putin vurğulayıb.

    Mənbə: TASS

  • Kriptovalyuta ilə maraqlananlar şokda: Səkkiz min “bitcoin” təsadüfən zibilliyə atılıb

    Böyük Britaniyada kriptovalyuta ilə maraqlananlar üçün şok hadisə baş verib. Belə ki, Uels sakini təsadüfən 8 min “bitcoin” şəklində rəqəmsal əmanət olan diski zibilə atıb.

    Kriptovalyutanın ümumi həcmi təxminən 1,5 milyard funt-sterlinq edir.

    Sözügedən disk Nyuport bələdiyyəsinin zibilxana poliqonuna düşüb. Diski tapmaq üçün 100 min tona yaxın zibili çeşidləmək lazımdır. Lakin yerli hakimiyyət diskin sahibinə zibilxanaya girməyi qadağan edib.

    Tullantı sahəsi hasara alınıb, mühafizə gücləndirilib.

    Britaniya sakini bununla əlaqədar məhkəməyə müraciət edib.

    Mənbə: Vesti.ru