Month: April 2024

  • Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ – FOTO/VİDEO

    Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb.

    Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

  • “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

    “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı “Toplum TV”nin əməkdaşı Cavid Ramazanovun saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, C.Ramazanov barəsində həbs növündən olmayan digər qətimkan tədbiri var:

    “O, cinayət işinə cəlb edilmiş şəxs olduğundan dindirilməsi üçün növbəti dəfə istintaqa dəvət edilib”.

  • Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var

    Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarından 30 min manat oğrulanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Zaur Teymurxanov müəyyən olunaraq saxlanılıb.

    Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdəki qanunsuz fəaliyyəti nəticəsində 19 nəfərin kartını taladığı məlum olub. Z.Teymurxanov bu yolla 30 min manata yaxın maddi vəsaiti dələduzluq yolu ilə ələ keçirərərk öz kart hesabına köçürüb.

  • Azərbaycan iki nazirə yeni səlahiyyət verilib – SƏRƏNCAM

    Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasından Rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ Rəhbər isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib və onlara həmin Fondda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilib.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifovdur.

  • Azərbaycanda hakim intihar etdi

    Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib.

    62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

    O, ağır xəstəlikdən – şəkərli diabet əziyyət çəkirmiş.

    Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib.

    Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

    1989-1993-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanası vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunda idarə prokuroru olub.

    2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb.

    İ.Dadaşov 2010-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi idi.

    Tanınmış hakim 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdi.

  • İlham Əliyev bir qrup sahibkarı təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Abdullayeva İlhamə Xanlar qızı

    Abuşov İlkin Əlimövsüm oğlu

    Ağazadə İlqar Bəhruz oğlu

    Bədəlov Mustafa Soltan oğlu

    Cavanşir Elman Bəşir oğlu

    Əhmədova Afət Adil qızı

    Hacıyev Sultanhəmid Hacı oğlu

    Hüseynov Yaşar Mirzəxan oğlu

    İsmixanlı Ramin Sultan oğlu

    Məmmədov Emin Ruslan oğlu

    Məmmədov Fuad Nadir oğlu

    Məmmədov Seymur Mikayıl oğlu

    Rzayev Emin Əjdər oğlu

    Tabasaranskiy Kənan Fikrət oğlu.

  • Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı

    Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, aprelin 20-də sözügedən ərazidə batan 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Президенты Гайаны, Суринама и Эквадора приглашены на COP29

    Посол Азербайджана в Бразилии, Гайане и Суринаме Рашад Новруз передал пригласительные письма для участия в 29-ой сессии Конференции сторон Рамочной конвенции ООН по изменению климата (COP29) лидерам Гайаны, Суринама и Эквадора.

    Об этом дипломат написал на своей странице в социальной сети Х.

    “Рад встретиться с моими дорогими коллегами из Эквадора, Гайаны и Суринама. В ходе встреч передал письма-приглашения на саммит мировых лидеров по изменению климата COP29 от Президента Азербайджана главам Гайаны, Суринама и Эквадора. Состоялись плодотворные обсуждения по двусторонним, региональным и многосторонним вопросам. Предстоит большая работа, чтобы сделать COP29 по-настоящему успешным”, – подчеркнул дипломат.

  • Üç dünya lideri Bakıya dəvət olunub

    Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunublar.

    Bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvadordakı səfiri Rəşad Novruzov özünün “X” hesabında paylaşım edib.

    Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Qayana, Surinam və Ekvador dövlət başçılarına dəvət məktubunu sözügedən ölkələrin səfirlərinə təqdim etdiyini bildirib.

    “Ekvador, Qayana və Surinamdan olan əziz həmkarlarımla görüşmək çox xoşdur. Onlara Azərbaycan Prezidentinin Qayana, Surinam və Ekvador prezidentlərinə COP29-a dəvət məktublarını çatdırdım. İkitərəfli, regional və çoxtərəfli məsələlər ətrafında səmərəli söhbət apardıq. Bu Zirvə görüşünün həqiqi uğur qazanması üçün hamımızı çox iş gözləyir”, – deyə diplomat qeyd edib.

  • Почти весь российский миротворческий контингент покинул Карабах

    Почти весь российский миротворческий контингент в Карабахе покинул регион.

    Об этом Reuters сообщает со ссылкой на источник в Минобороны Азербайджана. По словам источника, ожидается, что оставшаяся часть контингента покинет Карабах до конца мая.

    Также отмечается, что вся бронетехника миротворцев, в том числе 90 бронетранспортеров (БТР82А) и 380 единиц другой техники, выведена с территории Азербайджана.