Month: April 2024

  • Tayvanda 6,1 maqnitudada zəlzələ baş verib

    Tayvanda 5,6 maqnitudada zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

    Məlumata görə, zəlzələ ocağı 15 km dərinlikdə olub və təxminən 350 min əhalisi olan Xualyan şəhərindən 26 km şimal-şərqdə yerləşib. Sunami təhlükəsi, dağıntılar və ya insan tələfatı barədə xəbər verilmir.

    Öz növbəsində adanın meteorologiya xidməti zəlzələnin 6,1 maqnitudada baş verdiyini bildirib.

    Bundan əvvəl Tayvanın şərq sahillərində maqnitudası 4,9-a çatan silsilə təkanlar qeydə alınmışdı.

  • Kür çayında suyun səviyyəsi azalıb

    Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb, Kürəkçay-Toğana, Gəncəçay-Zurnabad və Əsrikçay-Əsrik Cırdaxan məntəqələrində isə dəyişməyib.

    Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlı, Zabuxçay-Bozlu məntəqələrində suyun səviyyəsi 2, Tərtərçay-Vəngdə 1 santimetr artıb. Bərgüşadçay-Əliquluuşağı, Bəsitçay-Rəzdərədə və Tutqunçay-Comərddə suyun səviyyəsi 1 santimetr azalıb, Tərtərçay-Kəlbəcər məntəqəsində isə dəyişiklik müşahidə olunmayıb.

    Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo və Lənkərançay-Sifidor məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

    Naxçıvan Muxtar Respublikası ərazisindən axan Gilançay-Nürgüt məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb, Naxçıvançay-Qarababa, Əlincəçay-Ərəfsə məntəqələrində isə suyun səviyyəsi dəyişməyib.

    Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi saniyədə 498 kubmetr qeydə alınıb ki, bu da ongünlük normanın 70 faiz təşkil edir.

    Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi 148 kubmetr/saniyə olub. Bu da ongünlük normanın 83 faizinə bərabərdir.

    Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb, su sərfi saniyədə 279 kubmetr təşkil edib. Bu da ongünlük normanın 34 faizini təşkil edir.

    Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10, Kür-Salyanda 1, Kür-Bankədə isə 3 santimetr azalıb.

  • Gürcüstan əhalisi azalır

    2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır.

    Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb.

    Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır – 1 258 500 min nəfər.

    Ölkə əhalisinin orta yaşı 38, orta ömür uzunluğu 75 ildir.

    Mənbə: Sputnik Georgia

  • Bakı metrosunda sərnişin öldü

    Bakı metrosunun “Memar Əcəmi” stansiyasının keçidində 65 yaş civarında bir xanım epilepsiya tutmasından dünyasını dəyişib.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Qeyd olunub ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.

  • В Армении перевернулся автобус из Ирана, есть погибшие

    В Армении автобус из Ирана попал в аварию.

    Согласно информации Спасательной службы МВД Армении, автобус упал в овраг в районе села Верин Хотанан на дороге Горис – Гафан (РА).

    По предварительным данным ведомства, погибли 3 человека, еще 6 получили травмы.

    Отмечается, что автобус имел государственный регистрационный знак Ирана.

    Источник: Sputnik Армения

  • Ermənistanda İrana məxsus avtobus aşdı: Ölənlər var

    Ermənistanda İrana məxsus avtobus qəzaya uğrayıb.

    Məlumata görə, avtobus Qoris-Kapan yolunun Verin Xotanan kəndi yaxınlığında dərəyə yuvarlanıb.

    Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin ilkin məlumatlarına görə, qəza nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb.

    Bildirilir ki, avtobus İran dövlət qeydiyyat nişanlı olub.

    Mənbə: Sputnik

  • İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

    İmişli-Biləsuvar avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

    AZƏRTAC xəbər verir ki, qəza səhər saatlarında İmişli-Biləsuvar avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb.

    “Toyota Prado” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində Ramil Bəhlul oğlu Vəliyev və Adil Kamil oğlu Sadıqov ölüblər, avtomobildə olan sərnişinlər Fatma Şərifova, Ramil Abdullah, Vüsal Muhəmməd müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib. Kəllə beyin travması alan Fatma Şərifova Bakı şəhərində olan xəstəxanalardan birinə təxliyə olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • “Krokus” terroruna görə daha bir nəfər həbs edildi – FOTO

    Rusiyada “Krokus Siti Holl”dakı terror aktında iştirak etməkdə şübhəli bilinən daha bir şəxs həbs edilib.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu, sayca 12-ci şübhəli şəxsi olan Tacikistan vətəndaşı, 21 yaşlı Cumaxon Kurbonovdur.
    Qeyd edək ki, o, bundan əvvəl Moskvada xırda dələduzluğa görə həbs edilib

    Rusiyada qeyri-rəsmi işləyən C.Kurbonov yataqxanada yaşayıb.

  • Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə Məlumatı

    Daha bir ağır cinayət isti izlər əsasında açılıb.
     
    Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.
     
    Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərəçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.
     
    Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
     
    Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir.
     
    Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

  • Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

    Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.

    Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

    Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərərçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

    Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.