Month: April 2024

  • Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

    Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, 1997-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Hüseynəliyev xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Зардабском районе задержан подозреваемый в незаконном обороте наркотиков

    В результате оперативных мероприятий, проведенных сотрудниками Зардабского районного отдела полиции (РОП), был задержан житель села Шахгусейнли Асиф Эминов, подозреваемый в незаконном обороте наркотиков.

    Как сообщили в ширванской региональной группе пресс-службы МВД, у него был обнаружен героин.

    По данному факту возбуждено уголовное дело. Решением районного суда в отношении А.Эминова избрана мера пресечения в виде ареста, расследования продолжаются.

  • Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

    Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

    Məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanıb.

    Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, A.Eminov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Названа причина рекордных ливней в Дубае

    Причиной рекордных ливней в странах Персидского залива стал климатический кризис. К такому выводу пришли аналитики организации World Weather Attribution (WWA).

    Мощные штормы обрушиваются на юго-восток Аравийского полуострова нечасто, как правило, попадая под влияние феномена Эль-Ниньо. Однако прошедшие 15-16 апреля дожди, по мнению экологов, усугубили выбросы парниковых газов. Чем теплее воздух, тем больше воды он удерживает, поясняют эксперты. В результате осадки стали интенсивнее на 10%-40% в сравнении с доиндустриальной эпохой.

    По данным Межправительственной группы экспертов ООН по изменению климата (МГЭИК), ливни по всему миру стали сильнее и чаще ввиду повышения температуры. При этом, как прогнозируют ученые, с каждым годом в Объединенных Арабских Эмиратах будет выпадать на 30% больше осадков. Таким образом, в WWA отвергли версию, согласно которой недавний шторм вызвали погодные манипуляции – программа засева облаков.

    В организации считают необходимым улучшить систему раннего предупреждения о наводнениях в регионе и отвода ливневых вод. Также местным властям рекомендуют нарастить метеорологическое сотрудничество между странами.

    15-16 апреля на страны Персидского залива обрушились небывалые ливни – такой объем осадков выпадает здесь в среднем за два года. В Омане разгул стихии не смогли пережить 18 человек, в том числе 10 школьников, которых унесло в автомобиле.

    В Дубае оказались затоплены крупные автомагистрали и одна из станций метрополитена. Международный аэропорт Дубая – крупнейший гражданский аэропорт ОАЭ и один из самых загруженных в мире – объявил о временном прекращении приема рейсов. Сотни туристов, которые не могли улететь на родину, застряли в воздушной гавани.

    Источник: lenta.ru

  • Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

    Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır.

    Bu qənaətə “World Weather Attribution” (WWA) təşkilatının analitikləri gəliblər.

    Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir. Lakin ekoloqların fikrincə, aprelin 15-16-da yağan yağışlar atmosferə atılan istixana qazlarının miqdarını daha da artırıb. Mütəxəssislər izah edirlər ki, hava nə qədər isti olsa, buludlarda su bir o qədər çox olar. Nəticədə, yağıntılar sənaye sektorunun inkişafından əvvəlki dövrlə müqayisədə 10-40 faiz daha intensiv olub.

    BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Qrupunun verdiyi məlumata görə, bütün dünyada yağıntılar temperatur yüksəldikcə daha da şiddətlənir və tez-tez olur. Eyni zamanda, alimlər proqnozlaşdırırlar ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hər il 30 faiz daha çox yağış yağacaq. Beləliklə, WWA son fırtınanın hava manipulyasiyası nəticəsində baş verdiyinə dair versiyanı – “bulud səpmə” proqramını təkzib edib.

    Mənbə: Bloomberg

  • Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s… – VİDEO

    Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur.

    Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür.

    Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar.

    Daha ətraflı Xəzər TV-nin süjetində:

  • Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

    Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc ziyarəti ilə bağlı xəbərdarlıq edib.

    Nazirlik zəvvarlara saxta şirkətlərin qurbanı olmamağı və müqəddəs səfərlərini yalnız səlahiyyətli şirkətlər vasitəsilə bron etməyi tövsiyə edib.

    Qeyd edilib ki, Həcc ziyarətinin müvafiq icazə olmadan həyata keçirilməsi qanun pozuntusudur. Nazirlik bildirib ki, Səudiyyə Ərəbistanında Həcc mərasimləri üçün bronlar rəsmi internet saytı və “Nusuk” proqramı vasitəsilə həyata keçirilir.

    Şirkət əlavə edib ki, Avropa, ABŞ və Avstraliyadan olan zəvvarlar Həcc ziyarətini “Nusuk” platforması vasitəsilə bron edə bilərlər, İslam ölkələrindən bronlar isə xüsusi bron ofisləri tərəfindən həyata keçirilir.

    Nazirliyin rəsmi mənbəsi bu il Həcc ziyarətinə getmək niyyətində olan insanlara müxtəlif ölkələrdə sosial şəbəkələrdə yayılan Həcc dələduzluğu kampaniyaları ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, nazirlik şirkətlərin reklamlarını və kampaniyalarını diqqətlə izləyir, həmçinin sosial şəbəkələrdə saxta hesabları aşkar edir.

    Mənbənin sözlərinə görə, insanların Həcc ziyarətini şirnikləndirici qiymətlərlə təşkil edəcəklərinə dair yalan vədlər verən bu cür aldadıcı kampaniyalara və şirkətlərə qarşı ayıq olmaları vacibdir.

    Mənbə: “Associated Press of Pakistan”

  • Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları

    Son vaxtlar uşaqlarda yüksək hərarət, səpki, boğaz ağrısı simptomları tez-tez müşahidə edilir.

    Xezerxeber.az-ın məlumatına görə, bu cür simptomlarla bağlı müraciət edənlərin sayında da artım var.

    Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev bildirib ki, qızılca ilə oxşar simptomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir:

    “Bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizm və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər”.

    Məsələ ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından bildirilib ki, ciddi yanaşılmalı, uşaqlarda olan yüngül boğaz ağrısına da əhəmiyyət verilməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır.

  • Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq

    28 aprel saat 11:00-dan etibarən M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü kilometrlik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

  • Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb

    Aprelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dörd mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

    Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.

    “Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır”, – deyə məlumatda vurğulanıb.