Month: April 2024

  • Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb – VİDEO

    Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası üzrə razılaşmaya etiraz əlaməti olaraq bir qrup şəxs İrəvan-Sevan yolunun Razdan rayonu ərazisindən keçən hissəsini bağlayıb.

    APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, onlara parlamentin “Ermənistan” blokundan olan deputatları Artur Xaçatryan və Arman Kazaryan da qoşulub.

    Bir qədər sonra etirazçılarla polis arasında mübahisə yaranıb. Bir neçə nəfər saxlanılaraq yaxınlıqdakı polis bölməsinə aparılıb.

  • Azərbaycan cüdoçusu Avropa çempionu olub

    Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.

    Yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edən üçqat Avropa çempionu həlledici görüşdən də qələbə ilə ayrılıb.

    H.Heydərov bu dəfə Danil Lavrentyevi (AIN) üstələyib. Millinin lideri bununla da Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.

    Bu gün digər təmsilçilərimiz – Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.

    Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.
    //report

  • Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

    “Bu mövsümdə buğdanın qiyməti ucuzlaşacaq”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli 2024-2025-ci illər üçün buğdanın qiyməti ilə bağlı Dünya Bankının proqnozundan danışarkən deyib.

    Ekspert dünya bazarında dənli bitkilər bazarının da ayrıca seqmentləri olduğunu xatırladıb:

    “Bu seqmentlər həm bölgələr, həm də keyfiyyətə görə dəyişir. Dünya Bankının hesabatı ortalama hesabatdır. Əslində Azərbaycana idxal olunan buğdanın qiyməti heç də 2023-cü ildə 340 dollar olmayıb. Ortalama 2023-cü ildə Azərbaycana idxal olunan buğdanın qiyməti 240-250 dollar arasında dəyişir. Hazırda ortalama qiymət bu ilin birinci rübündə olduğu kimi 240 dollardır. Dünya Bankının hesabatındakı böyük rəqəmlər onunla bağlıdır ki, Avropa bazarında buğdanın qiyməti bahadır”.

    Akif Nəsirli Azərbaycana buğdanın Rusiyadan idxal olunduğunu vurğulayıb:

    “Rusiyada hazırda buğdanın ixrac qiyməti 240 dollardır. Dünya bankının proqnozlaşdırdığı qiymətdən bizim aldığımız buğdanın tonu 100 dollarda ucuzdur. Qarşıdakı aylarda da buğdanın qiymətinin bir az da aşağı düşəcəyi gözlənilir. Bu 2020-2022-ci ildən sonra Ukrayna-Rusiya müharibəsindən sonra yaranan ajiortajla bağlıdır. Bu il dənli bitkilərin istehsalı 120 milyon, buğda istehsalı isə 30 milyondan 60 milyon tona qalxıb. Digər ölkələr də onun kimi”.

    Akif Nəsirlinin sözlərinə görə, Rusiya ildən-ilə buğda istehsalını artırır:

    “Rusiyanın satdığı buğdanın qiyməti ucuzdur. Hələ bu mövsümdə buğdanın qiyməti bir qədər də ucuzlaşacaq”.

    Qeyd edək ki, Dünya Bankı (DB) 2024-2025-ci illər üçün buğdanın qiyməti üzrə proqnozunu açıqlayıb. Hesabata əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır.

  • Azərbaycanda bu məşhur zavod bağlanır

    “Qazax Konserv Zavodu” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

    İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb.

    Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:

    1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi.

    2) Cəmiyyətin ləğvi.

    3) Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi.

    4) Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər.

    5) Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər.

    Xatırladaq ki, “Qazax Konserv Zavodu” 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 158 572 milyon manatdır. “Azərsun Holdinq” MMC-yə məxsus müəssissə son illər zərərlə işləyir.

  • İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı

    İstanbul Ali Cinayət Məhkəməsi 2022-ci ilin noyabrında İstiqlal prospektində terror aktını törədən qadına hökm oxuyub.

    Qaynarinfo “TRT Haber”ə istinadən xəbər verir ki, Əhlam əl-Bəşir 7 ömürlük və 1794 il həbs cəzasına məhkum edilib.

    Prokurorlar onun üçün 1949 il ilə 3009 il arasında həbs cəzası istəmişdilər.

    İstanbulun mərkəzindəki İstiqlal piyada küçəsində terror aktı 2022-ci il noyabrın 13-də baş verib. Nəticədə 6 nəfər ölüb, 99 nəfər yaralanıb. Türkiyə hakimiyyəti terror aktında “Xalq özünümüdafiə dəstəsi” və PKK-nı günahlandırıb.

    20 noyabr 2022-ci ildə Türkiyə silahlı qüvvələri Suriya və İraqda kürd qüvvələrinə qarşı hava əməliyyatına başlayıb. “Pəncə-qılınc” əməliyyatı səkkiz gün davam edib. Türkiyə ordusunun məlumatına görə, İraq və Suriyada ümumilikdə 364 terrorçu məhv edilib.

  • Talıb Talenin toyu olacaq (VİDEO)

    Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb.

    Müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib.

    O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib.

    “Həyatımda olan xanımla aramızda 15 yaş fərq var. Özüm istəyib, özüm seçmişəm, artıq müəyyən addımları da atmışam”, – deyə müğənni qeyd edib.

    Müğənni toyunun nə zaman keçiriləcəyi barədə məlumat verməkdən imtina edib.

    Qeyd edək ki, Talıb Tale bir neçə il əvvəl efirlərdən birində 20 yaşlı xanımla ailə quracağını açıqlamışdı.
    Xatırladaq ki, müğənninin hazırda 43 yaşı var.

    Daha ətraflı süjetdə:

  • По меньшей мере 10 человек погибли во время пожара в гостевом доме в Бразилии

    Как минимум 10 человек погибли и еще 11 получили травмы в результате крупного пожара, произошедшего рано утром в пятницу в городе Порту-Алегри на юге Бразилии.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил телеканал CNN Brasil.

    По данным Службы гражданской обороны Порту-Алегри, пожар начался около 2 часов ночи и был локализован в 04:30 утра. Семь человек были спасены и отправлены в больницы. Специалисты Пожарного департамента штата Риу-Гранди-ду-Сул, где находится Порту-Алегри, ведут поиски погибших и пострадавших.

    По данным экспертов, причина произошедшего пока не известна, однако не исключена криминальная версия произошедшего.

    Телеканал отмечает, что у гостевого дома не было лицензии работать как отель, также у него не было плана действий в ситуации, возникающей при пожаре. Кроме того, проблему создало слишком тесное расположение комнат в здании, что мешало людям его покинуть.

  • Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb

    Braziliyanın cənubundakı Portu Aleqri şəhərində bu gün səhər saatlarında baş verən güclü yanğın nəticəsində azı 10 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat verib.

    Portu Aleqri Mülki Müdafiə Xidmətinin məlumatına görə, yanğın yerli vaxtla gecə saat 2 radələrində başlayıb və səhər saat 04:30-da söndürülüb. 7 nəfər xilas edilərək xəstəxanalara göndərilib. Şəhərin tərkibində olduğu Rio Qrande du Sul ştatının Yanğından Mühafizə İdarəsinin mütəxəssisləri ölən və xəsarət alanların axtarışını aparır.

    Ekspertlərin fikrincə, hadisənin səbəbi hələlik məlum deyil, lakin kriminal versiya istisna edilmir.

    Telekanal qeyd edir ki, qonaq evinin mehmanxana kimi fəaliyyət göstərmək üçün lisenziyası, həmçinin yanğın halında fəaliyyət ilə bağlı planı olmayıb. Bundan əlavə, binadakı otaqların çox sıx, nəticədə insanların binanı tərk etməsinin çətin olması da əlavə problem yaradıb.

  • Премьер-министр Нидерландов: Южное крыло НАТО нуждается в лидерстве Турции

    Южное крыло НАТО нуждается в лидерстве Турции.

    Как сообщает Report, об этом заявил премьер-министр Нидерландов Марк Рютте на совместной пресс-конференции с президентом Турции Реджепом Тайипом Эрдоганом.

    ”Турция является геополитическим актором и имеет большие возможности влияния в регионе”, – подчеркнул премьер-министр.

  • Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var

    NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var.

    Bunu Niderlandın Baş naziri Mark Rutte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

    “Türkiyə geosiyasi aktordur və onun bölgədə böyük təsir imkanları var”, – deyə Baş nazir vurğulayıb.