Month: April 2024

  • Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

    Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?

    Son illər həyatımızın bir parçasına çevrilən sosial şəbəkələr həm də özünə auditoriya toplamaq baxımından çox əhəmiyyətlidir. Bir çox şirkətlər öz məhsullarını sosial şəbəkə vasitəsilə reklam edir, daha çox insana çatmasına nail olurlar.

    Peşə sahibləri, həkimlər də bu üsuldan istifadə edərək bacarıqlarını paylaşırlar. Onlar müxtəlif əməliyyatları, doğuş prosesini videoya çəkərək yayır, qazanılan müştəri hesabına öz gəlirlərini artırırlar. Bundan başqa televiziya kanallarından da bu məqsədlə istifadə edənlər var.

    Bəs bu davranış nə qədər doğrudur?

    Tibb eksperti Rasif Bağırov Bizim.media-ya şərhində bildirib ki, ölkədə həkim çox olduğu üçün pasiyent qazanmaq çətindir:

    “Azərbaycanda həkimlərin sayı həddən artıq çoxdur. Sovet dövründə müharibənin olacağı ehtimalı ilə həkimlər çox idi və kadr kimi yerləşdirilməsində problem vardı. Azərbaycan müstəqil olduqdan sonra problemin həll olacağını düşünürdük. Hazırda bir çox ölkələrin vətəndaşları Azərbaycanda klinika açıb, fəaliyyət göstərirlər. Bu cür sıxlıqda hər bir həkim normal dolana bilməsi üçün kifayət qədər xəstəsinin olmasını istəyir”.

    Terapevt hesab edir ki, yaxşı həkimin reklamı onun xəstələridir:

    “Mən televiziyaya çıxan həkimləri başa düşə bilmirəm. Xəstə həkimdən nə qədər effekt görürsə, o qədər də onun reklamı gedir. Bəzən 4-5 həkim müayinə və müalicəsindən keçən xəstələr gəlir. Deməli, onlarda effekt görmədiyi üçün belə olub. Xəstələr normal həkim tapanda ondan yapışırlar, həm özünün yaxşı reklamı gedir, həm də xəstələr bundan fayda görürlər.

    Televiziyada cavan-cavan həkim qızlar elə danışırlar, elə bil bu vaxta qədər heç Azərbaycanda belə müalicə üsulları yox imiş. Bunlar gələndən sonra yaradıblar. Bəzən reklamda xəstənin müalicədən əvvəlki və sonrakı görüntüsünü göstərirlər. Bəzən maddi imkanı çox aşağı olan xəstələr olur ki, inanmıram hansısa həkim özəldə işləməsinə baxmayaraq ondan pul alsın.

    Amma o xəstə televiziyada reklam olunan həkimin yanına getmək üçün xeyli məbləğdə pul tapır. Nəticədə də yaxşı effekt görmür. Xəstə elə bilir ki, televiziyada danışırsa, həmin həkim ölüdirildəndir. Həkim öz əməli ilə reklamını qazanmalıdır. Bakıda elə həkimlər var ki, xarici ölkələrdəki həkimlərdən çox yüksək səviyyədədirlər. Heç biz onları televiziyada görmürük”.

    Onun sözlərinə görə, cərrahi əməliyyatların paylaşılması qadağan deyil:

    “Cərrahi əməliyyatların paylaşması, həkimin öz işi, elədiyi əməliyyatlar haqqında qanunla qadağan deyil. Sadəcə, mənəvi cəhətdən düzgün deyil”.

  • Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

    “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında səsləndirib.

    “Zəngin enerji resurslarına malik olmağımıza baxmayaraq, biz bu məsələni müdafiə edəcəyik”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, ənənəvi enerjiyə sahib olan ölkələr xüsusilə də iqlim dəyişikliyi məsələsində həmrəylik nümayiş etdirməlidirlər.

  • Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”

    “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında deyib.

    “Biz xarici tərəfdaşlarımızla nəhəng yaşıl keçid layihələrinə başlamışıq”, – deyən dövlətimizin başçısı bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini vurğulayıb. Bildirib ki, təkcə bu il 1300 meqavat həcmində külək və günəş enerjisi layihələri həyata keçiriləcək.

  • Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar

    Bərdədə canavarlar fərdi təsərrüfata hücum ediblər.

    “Report”un verdiyi xəbərə görə, hadisə rayonun Böyük Göyüşlü kəndində məskunlaşan məcburi köçkün Atəş Quliyevin fərdi təsərrüfatında qeydə alınıb.

    Təsərrüfatda 30 baş xırdabuynuzlu heyvan olub. Yırtıcılar onlardan 10-nu parçalayıblar.

    Qeyd edək ki, hadisə ilə bağlı əraziyə rayon baytarlıq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb ediliblər. Parçalanan heyvanlardan quduzluq əleyhinə nümunələr götürülüb. Tələf olan heyvanlar təsərrüfatdan kənarlaşdırılaraq basdırılıblar.

  • Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”

    “Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında deyib.

    “Çünki enerji, qaz və neftlə zəngin olan ölkələr bu işdə – iqlim dəyişikliyi ilə mübarizə sahəsində öndə getməlidirlər. Beləliklə, bu müxtəlif platformalar bizdə yaxşı həmrəylik ruhu yaradacaq və bizə imkan verəcək ki, hədəflərimizə nail olaq. Bizim ölkə COP-a ev sahibi seçilən kimi bir sıra media qurumları bizim enerji portfelimizi təhlil etməyə başladılar”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

  • Президент: COP29 позволит нам привлечь страны Глобального Юга в реализацию нашей общей повестки дня

    Надеюсь, что COP29 (29-я сессия Конференции сторон Рамочной конвенции ООН по изменению климата – ред.) как международная платформа позволит нам привлечь страны Глобального Юга в реализацию нашей общей повестки дня и в то же время успешно развивать отношения с европейскими странами.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджанской Республики Ильхам Алиев в выступлении на заседании в Сегменте высокого уровня 15-го Петерсбергского климатического диалога 26 апреля в Берлине.

    Напомнив, что Азербайджан подписал декларации о стратегическом партнерстве с девятью членами ЕС, глава государства подчеркнул: “Надеюсь, эти наши международные связи позволят нам укрепить солидарность. Мы очень нуждаемся в этом. От нас требуются финансирование, солидарность и совместная ответственность”.

  • İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”

    “Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında deyib.

    Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzaladığını xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb:

    “Ümid edirəm, bu beynəlxalq əlaqələrimiz imkan verəcək ki, həmrəyliyi gücləndirək. Buna böyük ehtiyac var. Bizdən maliyyə, həmrəylik və birgə məsuliyyət tələb olunur”.

  • Канцлер Германии: Необходим новый подход к борьбе с изменением климата

    Необходим новый подход к борьбе с изменением климата

    Как передает Report, об этом канцлер Германии Олаф Шольц заявил, выступая в Сегменте высокого уровня 15-го Петерсбергского климатического диалога в Берлине.

    Он отметил, что Азербайджан и Бразилия, как председатели в СОP29 и СOP30 (сессия Конференции сторон Рамочной конвенции ООН по изменению климата – ред.), взяли на себя обязательства в связи с этим.

    “Я очень приветствую эту новую форму сотрудничества между континентами. Важно, чтобы мы поддерживали друг друга в борьбе с изменением климата. Нам нужен новый подход в борьбе с изменением климата”, – сказал он.

    Канцлер Германии выразил надежду, что 29-я сессия Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29), которая пройдет в Азербайджане в ноябре этого года, будет столь же успешной, как и СOP28 в Дубае.

    “Применяются долгосрочные стратегии, связанные с зеленой энергетикой. Мы ведем свою работу в этом направлении, используя возможности будущего”, – заявил Шольц.

  • Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” – YENİLƏNİB

    “Dubayda keçirilmiş COP28-ə Berlində baş tutan tədbirdən baxarkən demək olar ki, Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq”.

    “Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışı zamanı deyib:

    “Yaşıl enerji ilə bağlı uzunmüddətli strategiyalar tətbiq olunur. Biz gələcəyin fürsətlərindən istifadə edərək məhz bu istiqamətdə işlərimizi görürük”.

    * * * *

    “İqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyac var”.

    “Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Azərbaycan və Braziliya son nəticədə 2030-cu ilin sonlarınadək yeni enerji sistemləşdirməsinin təqdimatına qədər növbəti addımları atmağı özlərinə vəzifə kimi qoyublar:

    “Mən qitələr arasında əməkdaşlığın bu yeni formasını çox alqışlayıram. Bizim iqlim dəyişiklikləri ilə mübarizədə bir-birimizi dəstəkləməyimiz önəmlidir. Bizim dünyada iqlim dəyişiklikləri ilə mübarizədə yeni yanaşmaya ehtiyacımız var. Dünya ölkələri bu məsələdə birlik nümayiş etdirməlidirlər”.