Month: April 2024

  • Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”

    “Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

    Bu ilin sonuna qədər 20 min məcburi köçkünün doğma yurduna qayıdacağını bildirən dövlətimizin başçısı qeyd edib ki, qayıdan hər insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə, şəhidlərimizə Allahdan rəhmət diləyərək qayıdır. Bu, ümumxalq məsələsidir.

    “Torpaqlarımızın azad edilməsi necə ümumxalq məsələsi idisə, torpaqların bərpa olunması da ümumxalq məsələsidir”, – deyə Prezident bildirib.

  • Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT

    Bakıda çoxmərtəbəli binadan düşərək ölən körpə bədbəxt hadisənin qurbanı olub.

    Oxu.az-ın əldə etdiyi ilkin məlumata görə, dördaylıq körpə pəncərənin qarşısında nəzarətsiz şəkildə qaldığı üçün oradan yıxılıb.

    Hadisənin üçüncü şəxs tərəfindən törədilməsi isə istintaq orqanlarının araşdırmasından sonra məlum olacaq.

  • İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

    Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı deyib:

    “Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir”.

  • Ильхам Алиев: В последнее время германо-азербайджанские отношения переживают период стремительного развития

    В последнее время мои визиты в Германию носят регулярный характер. Могу сказать, что в последнее время германо-азербайджанские отношения переживают период стремительного развития.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев на пресс-конференции по итогам встречи с канцлером Германии Олафом Шольцем 26 апреля в Берлине.

    Напомнив, что он встречался с канцлером в марте прошлого года в Берлине и два месяца назад в Мюнхене, глава государства отметил: “Двусторонняя повестка дня достаточно обширна. Развитие германо-азербайджанских отношений имеет большое значение как для наших стран, так и для развития и стабильности Южного Кавказа в целом”.

  • Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”

    “Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

    Keçən ilin martında Berlində, iki ay əvvəl Münhendə Kansler ilə görüşdüyünü xatırladan dövlətimizin başçısı bildirib:

    “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.

  • Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb

    “Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır”.

    Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib.

    Ordu generalı vurğulayıb ki, bu cinayətdə təqsirli olanların hamısı mütləq layiqli cəzalarını alacaqlar, bu, zaman məsələsidir.

    Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi terror aktına görə (Cinayət Məcəlləsinin 205-ci maddəsi) cinayət işi açıb.

    Mənbə: Gazeta.ru

  • Bakıda körpə pəncərədən düşərək ölüb

    Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

    APA xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.

    Doqquzmərtəbəli binanın dördüncü mərtəbəsinin pəncərəsindən dördaylıq körpə Ayla Tural qızı Eyvazlı düşərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq – HAVA PROQNOZU

    Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

  • Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb

    Qazaxıstanın Manqistau vilayətində fırtınadan sonra onlarla suiti cəsədi Xəzər dənizinin sahilinə çıxıb.

    Median.az oxu.az-a istinadən xəbər verir ki, bir aydan az müddət ərzində dəniz 182 cəsədi sahilə atıb, onlardan 80-ə yaxını son üç gündədir.

    Xəzər dənizi sahilində monitorinq aparılarkən Tüpkaraqan rayonunda da 12 suiti cəsədi aşkar edilib.
    “Aşkar edilmiş ölü suiti cəsədləri yüksək dərəcədə çürümüş vəziyyətdə olub, bu da onların ölümünün qışda baş verdiyini və bütün bu müddət ərzində leşlərin suda olduğunu göstərir. Aprelin 23-də başlayan və hələ də davam edən qərb küləyi nəticəsində onlar sahilə çıxarılıb”, – deyə məlumatda bildirilib.

  • В Берлине началась встреча Ильхама Алиева и Олафа Шольца один на один

    26 апреля в Берлине началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и канцлера Федеративной Республики Германия Олафа Шольца один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.