Month: April 2024

  • Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu

    Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirən şəxs saxlanılıb.

    Aprelin 17-si rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü Zöhrab Babacan oğlu Şikarova və təcili tibbi yardımın sürücüsü, 1990-cı il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib.

    Həmin şəxsə qarşı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə Samit Hüseynova üç ay müddətində həbs cəzası verilib.

  • Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”

    “Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər”.

    Bunu Moderator.az-a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib.

    O, daha sonra əlavə edib:

    “Toyda isə qəti şəkildə atamın mahnılarını oxumaq olmaz. Gedib öz səviyyələrinə uyğun nəsə oxusunlar. Hələ bu azmış kimi oxuyub, “YouTube” hesablarına da yerləşdirirlər. Bir çoxu heç bilmir ki, bu mahnı kimindir?! Bu sadəcə bildirişdir. İnsan tərbiyəsiz olmaz. Heç olmasa icazə almaq lazımdır. Elə sənətkarlar var ki, bizdən icazə alırlar. Mənə lazım deyil ki, kimsə oxusun və gətirib mənə qonorar versin”.

    Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, müəllif hüquqları pozulduğu halda müəllif və hüquq sahibi Əqli Mülkiyyət Agentliyinə və məhkəməyə müraciət edə bilər.

    “Belə müraciətlər olduqda agentlikdə onlara təmənnasız hüquqi yardım göstərilir. Müəlliflər və hüquq sahibləri əsərləri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və əsərin qeydiyyatı barədə şəhadətnamə ala bilərlər. Müəllif vəfat etdiyi halda onun qanuni vərəsələri qeydiyyat üçün agentliyə müraciət edə bilərlər. Kimisə bu və digər suallar maraqlandırarsa, daha ətraflı məlumat üçün agentliyin “960” çağrı mərkəzinə müraciət edə bilər”, – deyə agentlik rəsmisi bildirib.

    Qeyd edək ki, Tahir Əkbər 2018-ci ildə vəfat edib.

  • Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

    Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.

    Qaynarinfo-nun məlumatına görə, general Xidmət rəisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 52 nəfərdən külli miqdarda rüşvət almaqda ittiham edilib.

    Məhkəmədə məlum olub ki, genral Xidmət katibliyinin rəisi vasitəsi ilə 2016-2017-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinə 52 nəfəri zabit və gizir kimi rüşvət qismində işə götürüb. Təqsirləndirilən şəxs müəyyən etdiyi qaydada nəzarətçi vəzifəsinə hər bir şəxdən 7.000-12.000 manat, zabit vəzifəsinə isə 15.000-20.000 manat qarşılığına işə götürülüb. Ümumilikdə işə götürülən vətəndaşlardan təxminən 630.000-640.000 min manat pul alınıb. Katibliyin rəisi aldığı pulları T.Həsənovun xidməti otağında ona verib.

    General ilkin ifadəsində danışmasa da, sonradan Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsünün və Muxtar Respublikanın əvvəlki ədliyyə nazirinin adını çəkib. Deyib ki, ittihamda rüşvət kimi qeyd olunan pulların bir qismini – 350 min manatını Talıbovun sürücüsü Həsən Əhmədova və 300 min manatını isə sabiq nazir Daşqın Rəhimova verib.

    Amma Tofiq Həsənov məhkəmədə ziddiyyətli ifadə verməsi ilə bağlı elan olunmuş ifadəsinə münasibət bildirərək Seymur Talıbov tərəfindən ona tapşırıq verilmədiyini və ona pul göndərmədiyini, o cümlədən şəxsən pul vermədiyini bildirib.

    Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. O, ümumilikdə yarım milyona yaxın məbləği rüşvət qismində almaqda ittiham edilib.

    Tofiq Həsənov məhkəmənin qərarı ilə 10 il həbs cəzası alsa da ona əlavə cəza olaraq Prezidentin 29 noyabr 2017-ci il tarixli, 3421 nömrəli sərəncamı ilə verilmiş “ədliyyə general-mayoru” alixüsusi rütbəsindən, 1 iyul 2011-ci il tarixli sərəncamı ilə verilmiş “Vətən uğrunda” medalından mərhum edilib.

  • Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

    “Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

    “Azərbaycanda azad cəmiyyət var, insanlar, o cümlədən media nümayəndələri tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar”, – deyə dövlətimizin başçısı bildirib.

  • Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)

    Yasamal rayonunda tikili və obyektlərin fasadlarında alüminium kompazit panellərin (alkopanların) söküntüsü işlərinə başlanılıb.

    Bu barədə İqtisadiyyat.az-a rayon ərazisində fəaliyyət göstərən bir qrup iaşə müəssisələrindən məlumat daxil olub.

    Qeyd edilib ki, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri tikili və obyektlərin sahiblərinə və icarədarlarına fasadlarda, reklam lövhələrində alkapon materiallı üzlüklərin sökülməsi ilə bağlı tapşırıq verib.

    Artıq bir çox böyük marketlərin fasadında alkapon üzlüklər RİH əməkdaşları tərəfindən sökülüb.

    Alkapon üzlüklərin söküntüsü ilə bağlı verilən qərarın səbəbi məlum deyil.

    İqtisadiyyat.az məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Gün ərzində dəfələrlə edilən zənglərə baxmayaraq, telefonumuza cavab verən olmayıb.

    Qeyd edək ki, alkopan materiallar odadavamlıdır.

    Azərbaycanda alkopan materiallar Sumqayıt Texnologiya Parkının (STP) 2014-сu ildən fəaliyyət göstərən Sendviç Panelləri Zavodunda istehsal olunur. Zavod Cənubi Koreyanın “U-lim Co” şirkətinə məxsus avadanlıqlarda digər məhsullarla yanaşı odadavamlı alüminium kompazit panel (alkopan) istehsal edir. Alkaponun üstünlüyü onun oda davamlı, sərt, yüngül, estetik görünüşə malik, eləcə də pis hava şəraitinə qarşı yüksək müqavimətinin olması və sürətli və asan montaj edildiyi üçün tikintidə az əziyyət tələb etməsidir.

    Alüminium kompozit panelin tətbiq olunduğu məkanlar aşağıdakılardır:

    Xarici və daxili cəbhə örtmələri
    Alış-veriş mərkəzləri, otel, sərgi və sərgi tətbiqləri
    Müxtəlif bərpa və dekorasiya tətbiqləri
    İşarə lövhə və reklam lövhələri tətbiqləri
    Hava limanları, avtobus terminalları proqramlar, tünel- metro stansiyaları daxili və xarici səth tətbiqlərində və s.

  • Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulur

    Dərişov Zaxar Zakir oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulur.

    Pravda.az-ın xəbərinə görə, Z.Dərişovla bağlı Şəki Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi edib.

    İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat).

    Qeyd edək ki, Z.Dərişov “Tapyuva” və “Sun aqro” MMC-lərin qanuni təmsilçisidir.

  • İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

    “Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

    Kansler Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan dövlətimizin başçısı bildirib:

    “Növbəti görüş Qazaxıstanda planlaşdırılacaq və beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq”.

  • Ильхам Алиев: Азербайджан также станет поставщиком зеленой энергии в Европу

    До конца 2027 года в Азербайджане будут введены в эксплуатацию девять солнечных и ветровых электростанций. Их мощность равна 2 ГВт. А до 2030 года будет построено еще 10 ветровых и солнечных электростанций, мощность которых составит до 5 ГВт.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев на совместной пресс-конференции с канцлером Германии Олафом Шольцем 26 апреля в Берлине.

    Подчеркнув, что Азербайджан активно работает над экспортом зеленой энергии в Европу, глава государства сказал: “Считаю, что Азербайджан, являющийся поставщиком природного газа, также станет поставщиком зеленой энергии в Европу”.

  • Prezident: “Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”

    “2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 giqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 giqavata qədərdir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

    Azərbaycanın Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışdığını vurğulayan dövlətimizin başçısı deyib:

    “Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”.

  • İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI

    “Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında söyləyib.

    Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin bu gün səhər fəaliyyətini dayandırdığını vurğulayan dövlətimizin başçısı qeyd edib:

    “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.