Month: April 2024

  • “Real”ın qapıçısı zədəsini sağaldıb

    İspaniyanın “Real” klubunun qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.

    Bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.

    İtaliyalı mütəxəssis belçikalı oyunçunun La Liqanın XXXIV turunda, “Kadis”lə matçda iştirak edə biləcəyini söyləyib.

    Qeyd edək ki, “Real” – “Kadis” qarşılaşması mayın 4-də baş tutacaq. Kurtua cari mövsümdə zədə səbəbindən meydana çıxa bilməyib. O, son rəsmi görüşünü 2023-cü il iyunun 17-də Belçika yığmasının heyətində Avstriyaya qarşı keçirib.
    //report

  • ГЭЦ: Школьники в Сумгайыте, Нахчыване и Губадлинском районе показали наилучшие результаты на выпускных экзаменах

    Государственный экзаменационный центр (ГЭЦ) опубликовал статистическую информацию по результатам выпускных экзаменов, состоявшихся 3 и 10 марта.

    Как сообщили в ГЭЦ, в экзаменах приняли участие 100 249 учеников (без учета ПТУ и военных лицеев).

    Средний балл одного ученика по языку обучения составил 55,53 балла, по математике – 34,11 балла, по иностранному языку – 42,72 балла, а общий средний балл составил 132,10. По сравнению с предыдущими годами средние результаты по всем трем предметам улучшились.

    Наивысший результат на экзамене показали учащиеся государственных и частных лицеев (средний балл 205,96). В регионах самых высоких результатов достигли учащиеся школ Сумгайыта, Нахчывана и Губадлинского района (163.22, 157.52, 157.25 балла соответственно).

    На состоявшемся 3 марта экзамене максимального результата в 300 баллов достигли 14 человек, а 10 марта – 39, хотя уровень сложности обоих экзаменов был схожим.

  • DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb

    Dövlət İmtahan Mərkəzi martın 3-ü və 10-da keçirilən buraxılış imtahanlarının nəticələrinə dair bəzi statistik məlumatları açıqlayıb.

    Mərkəzdən verilən məlumata görə, imtahanlarda 100 249 şagird (peşə məktəbləri və hərbi liseylər istisna olmaqla) iştirak edib.

    Qeyd olunub ki, buraxılış imtahanında iştirak edən ortastatistik şagird tədris dili fənni üzrə 55.53, riyaziyyat fənni üzrə 34.11, xarici dil fənni üzrə 42.72 bal toplayıb və ümumi balı 132.10-a bərabər olub. Əvvəlki illərlə müqayisədə hər üç fənn, xüsusilə tədris dilli fənni üzrə nəticələrin daha da yaxşılaşdığını müşahidə etmək olar.

    Bildirilib ki, imtahanda ən yüksək nəticəni Elm və Təhsil Nazirliyi tabeli liseylərin və özəl liseylərin şagirdləri (orta bal 205.96) əldə ediblər. Bölgələr arasında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayonunun məktəblərinin şagirdləri qazanıblar (müvafiq olaraq 163.22, 157.52, 157.25 bal).

    Məlumata görə, martın 3-də keçirilən imtahanda 14, martın 10-da keçirilən imtahanda isə 39 nəfər maksimal olan 300 bal toplayıb. Ancaq hər iki imtahanın məzmununu müqayisə etdikdə mürəkkəblik səviyyəsinin oxşar olduğu müşahidə olunur.

    Ümumiyyətlə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda istifadə olunan bütün test tapşırıqları imtahanın mahiyyətinə uyğun olaraq standart alqoritm vasitəsilə eyni prinsip əsasında formalaşdırılır. Uzun illərin elmi-statistik təhlilləri göstərir ki, müxtəlif zonalar üzrə keçirilən imtahanların çətinlik dərəcəsi arasında fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır. Müşahidələrə əsasən, təəssüf ki, cəmiyyətdə tez-tez imtahan səviyyəsini maksimal bal toplayanların sayına görə müəyyən etmək meyili var və bu hər hansı bir imtahan nəticəsi açıqlananda müəyyən müzakirələrə səbəb olur.

    İmtahanın mürəkkəblik səviyyəsini maksimal bal toplayanların sayı ilə qiymətləndirmək elmi nöqteyi-nəzərdən tamamilə səhv yanaşmadır. Məsələn I istiqamət üzrə keçirilən imtahanda 14, II-də isə 39 nəfər 300 bal toplasa da, biz daha böyük intervallar üzrə yüksək bal toplayanların faiz nisbətinə baxsaq görərik ki, I istiqamət üzrə imtahan verənlərin 8%-i, II istiqamət üzrə imtahan verənlərin isə 9%-i 250 və ya daha yuxarı bal toplayıb. Göründüyü kimi nəticələr arasında elə də ciddi bir fərq yoxdur.

    Bundan başqa, ənənəvi olaraq imtahan nəticələri yüksək və zəif göstəricilərə malik rayon və məktəblər var. Məsələn Bakı şəhərinin mərkəzi hissəsini əhatə edən Səbail, Nərimanov, Nəsimi rayonlarında, həmçinin Sumqayıtın şəhər məktəblərində təhsil alan şagirdlər II istiqamət üzrə keçirilən imtahanlarda iştirak ediblər. Həmin məktəblərin şagirdlərinin nəticələri də həmişə daha yüksək olur və bu təbii olaraq zonalar üzrə hər hansı müqayisə aparıldıqda müəyyən fərqlərin formalaşmasına təsir göstərir. Hər iki istiqamətə aid imtahan nəticələrinin fənlər üzrə ayrıca təhlili də göstərir ki, orta bal fərqli formalaşıb. Yəni heç də bütün imtahan fənləri üzrə II istiqamət üzrə imtahan verənlərin orta balı yüksək deyil. II istiqamətdə tədris dili və xarici dil, I istiqamətdə isə riyaziyyat fənni üzrə orta bal daha yüksəkdir. Əslində burada da yuxarıda qeyd olunan məktəb şagirdlərinin nəticələrinin müəyyən təsirləri var. Şəhərin mərkəzi hissəsində ənənəvi olaraq xarici dil və tədris dili fənni üzrə nəticələr daha yaxşı olur.

    İmtahanlarda yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək fikri də doğru deyil. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinlik səviyyəsinin eyni olduğunu müşahidə etmək olar. Builki nəticələrin artmasına təsir göstərən amillərdən biri pandemiyanın tədris prosesinə təsirinin azalması ilə bağlıdır. Ötən il imtahan verən abituriyentlər pandemiyadan ən çox zərərçəkən nəslin nümayəndələri idi. Çünki 2020-ci ildə pandemiya yeni başlayanda onlar 9-cu sinifdə təhsil alırdılar. Faktiki olaraq 10-11-ci sinifdə pandemiya onlara daha çox təsir göstərmişdi. Növbəti nəslə isə pandemiya bir il daha az təsir göstərib.

    Bundan əlavə, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən fənlər üzrə test toplularının yenilənmiş və xüsusilə yazılı cavab tələb edən tapşırıqlarla daha da zənginləşdirilimiş nəşri abituriyentlərə təqdim olunub. Vaxt keçdikcə imtahan iştirakçılarının bu tip testlərlə işləmə vərdişləri yaxşılaşır, həmçinin ildən-ilə həmin tapşırıqları boş qoyma faizləri də aşağı düşür. Ancaq yenə də yazılı cavab tələb edən tapşırıqların cavablandırılma faizi, xüsusilə riyaziyyat fənni üzrə istənilən səviyyədə deyil.

    Ümumiyyətlə imtahan nəticələrinin elmi-statistik təhlili mürəkkəb məsələdir və bir çox amillər, göstəricilər nəzərə alınmalıdır. İndiki məqamda ətraflı təhlil aparılmadan və yalnız hər hansı göstərici əsasında fikir irəli sürmək düzgün deyil və imtahanlar haqqında cəmiyyətdə yanlış fikirlərin formalaşmasına səbəb olur.

    DİM tərəfindən imtahan nəticələri haqqında geniş miqyaslı təhlillər isə hər il Mərkəz tərəfindən keçirilən imtahanlar başa çatdıqdan sonra aparılır və “Abituriyent” jurnalının 12 saylı buraxılışında ictimaiyyətə təqdim olunur.

  • “Азеркосмос” создал платформу для отслеживания последствий изменения климата

    Космическое агентство Азербайджана (“Азеркосмос”) создало специальную платформу, которая позволяет отслеживать последствия изменения климата в определенной области и в определенном часовом поясе.

    Как сообщает анкарское бюро Report, об этом сказал председатель правления “Азеркосмос” Самеддин Асадов, выступая на проходящем в Анкаре 3-ем заседании руководителей космических агентств Организации тюркских государств.

    Асадов отметил, что платформа “climatereport.az” была запущена в этом году и предоставляет информацию о засухах, уровне снежного покрова, ледниках, уровне воды в водохранилищах, снижении и повышении уровня моря, концентрации метана в атмосфере, засоленности почвы и пр.

    Глава “Азеркосмос” также пригласил участников мероприятия на конференцию COP29, которая состоится в Баку в ноябре.

    Асадов отметил, что Азербайджан примет 4-е заседание руководителей космических агентств ОТГ в Баку в 2025 году.

  • “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi (“Azərkosmos”) ictimaiyyətin iqlim dəyişikliyinin müəyyən ərazidə və müəyyən vaxt zonasında təsirlərini izləməsi üçün qiymətli məlumatlar yaradan platforma qurub.

    “Report”un Ankara bürosunun xəbərinə görə, bunu Türkiyə paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısında (STC 2024) çıxış edən “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

    Sədr deyib ki, bu il quraqlıq, qar örtüyü, buzlaqlar, su anbarları, dəniz səviyyələrində azalma və artıma, metan konsentrasiyası, torpaq şoranlığı və bir çox digər amillərin təsirləri haqqında məlumatların təqdim edilməsi məqsədilə İqlim Hesabatı platforması (climatereport.az) ictimaiyyətə açıqlanıb.

    Beynəlxalq konfrans iştirakçılarını noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) dəvət edən sədr deyib ki, qlobal miqyasda fəaliyyət göstərən “Azərkosmos” qlobal problemlərin həlli istuqamətində də öz məsuliyyətini hiss edir: “Bu il “Azərkosmos” regionumuzda iqlim dəyişikliyi problemini həll edəcək nəzərəçarpacaq bir iş təqdim etmək üçün beynəlxalq tərəfdaşlarla və Azərbaycan hökuməti ilə işləyərək iqlim dəyişikliyi ilə bağlı hərtərəfli tədqiqat aparmaqda irəliyə doğru addım atıb”.

    Sonda S.Əsədov STC 2025-in ev sahibiyinin Azərbaycana təhvil veriləcəyini qeyd edib.

  • “Qəbələ”nin futbolçusu əməliyyat olunub

    “Qəbələ” klubunun futbolçusu Ülvi İsgəndərov əməliyyat olunub.

    Bu barədə “Report”a “qırmızı-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.

    27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.

    Əməliyyatın uğurlu keçdiyi vurğulanıb. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

    Qeyd edək ki, Ü.İsgəndərov son matçını martın 9-da “Sabah”a qarşı keçirib.

  • Бабаев: Венгерские компании запустят производство лекарств в Азербайджане в 2025 году

    С 2025 года две венгерские фармацевтические компании запустят производство лекарственных препаратов в Азербайджане.

    Как сообщает Report, об этом заявил министр труда и социальной защиты населения Сахиль Бабаев на 10-м заседании азербайджано-венгерской межправительственной комиссии в Баку.

    По его словам, предприятия будут производить 90 наименований лекарственных препаратов.

    Бабаев подчеркнул, что Азербайджан сохраняет намерение развивать ненефтяной сектор экономики.

  • Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

    Növbəti ildən Macarıstanın iki əczaçılıq şirkətləri Azərbaycanda fəaliyyətə başlayacaq.

    “Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclasında deyib.

    O vurğulayıb ki, bu müəssisələrdə 90 adda dərman istehsalı nəzərdə tutulur.

    S. Babayev Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.

  • Завтра в Баку ожидается 29 градусов тепла, в районах Азербайджана – 31

    26 апреля в Баку и на Абшеронском полуострове преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Ночью и утром местами ожидается слабый туман. Будет преобладать умеренный юго-восточный ветер.

    Температура воздуха ночью составит 14-17°, днем 24-29° тепла. Атмосферное давление выше нормы – 763 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 50-60%, днем – 40-50%.

    В районах Азербайджана преимущественно без осадков. Однако днем в некоторых горных районах возможны кратковременные осадки, слабый туман. Восточный ветер будет периодически усиливаться в некоторых восточных районах.

    Температура воздуха ночью составит 12-17°, днем 26-31° тепла, в горах ночью 7-12°, днем 15-20° тепла.

  • Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq

    Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı, zəif duman olacağı ehtimalı var. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

    Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.