
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb.
Bununla bağlı President.az məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Tennessi ştatının Neşvil şəhərində naməlum şəxslər festivalda çıxış etmək üçün şəhərə gələn 32 yaşlı reper Kris Kinqi güllələyiblər.
Bu barədə Billboard məlumat yayıb.
Şənbə günü, aprelin 20-də səhər saatlarında Castin Biberin yaxın dostu və Snotty Nose Records-un qurucusu Kris Kinq ölümcül güllə yarası alıb.
Detektivlər bildiriblər ki, Kinq bir qrup dostla gəzinti zamanı 3 naməlum şəxs reperi və dostlarını soymağa cəhd edib. Kinqin dostu daha sonra güllə səsi eşitdiyini deyib.
Reperlə istirahət edən dostu xəsarət alsa da, sağ qalıb. Yaralanan Kinq isə xəstəxanada dünyasını dəyişib.
Castin Biber sosial şəbəkədə qucaqlaşdıqları ortaq fotosunu paylaşaraq dostunun ölümünə reaksiya verib: “Səni sevirəm, qardaş. Bu məni çox incidir. Lütfən, onun ailəsinə dualarınızı əsirgəməyin. Cənnətdə görüşənədək, qardaş”.
Kris Kinq ölümcül hadisədən əvvəl cümə gecəsi baş tutan Nashville Cannafest festivalında çıxış etmək üçün Nəşvilə gəlib.
//qaynarinfo
Bakıda və şəhərətrafı ərazilərdə çıxarışlı və sərfəli qiymətə ev almaq istəyənlər üçün əla fürsət yaranıb.
Məcburi köçkünlər üçün inşa edilmiş mənzillərin bir çoxu Sosial Xidmətlər Agentliyi tərəfindən satışa çıxarılıb.
Mənzillər Abşeron rayonunda, o cümlədən, Ramana, Ümid və Kürdəxanı qəsəbələrində yerləşir. Evlərin qiyməti onların kavdratından asılı oalraq dəyişir. Təmirli vəziyyətdə olan mənzillər digər binalarla müqayisədə ucuz satışa çıxarılıb.
Mənzillərdən bəzilərinin satış qiymətlərini təqdim edirik:
Abşeron rayonu – Yeni yaşayış kompleksində 3 otaqlı, 84,1 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 69 min 803 AZN
Ümid qəsəbəsi – Yeni yaşayış kompleksində 3 otaqlı, 83,5 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 58 min 450 AZN
Ramana qəsəbəsi – Yeni yaşayış kompleksində 3 otaqlı, 79,2 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 63 min 360 AZN
Kürdəxanı qəsəbəsi – Yeni yaşayış kompleksində 3 otaqlı, 71 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 56 min 800 AZN
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində tikilmiş yaşayış binalarında satışa çıxarılan bütün mənzillər və onların qiyməti ilə BU LİNKƏ daxil olmaqla tanış ola bilərsiniz.
//Baku.ws
Taksilərin qiymətində artım müşahidə olunur.
Sürücülər deyir ki, 1999 və 2000-ci il istehsalı olan avtomobillər taksi fəaliyyətindən kənarlaşdırıldığına görə, avtomobillərin sayında azalma var. Bu da da öz növbəsində qiymətlərə təsirsiz ötüşmür.
Nəqliyyat üzrə ekspert Yasin Mustafayev qiymətlə bərabər keyfiyyətin də artmasının vacibliyini vurğulayıb.
Məsələ ilə bağlı, AYNA ilə də əlaqə saxladıq.
Qurumdan “Xəzər Xəbər”ə bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.
Qiymət artımı ilə bağlı “Bolt”dan qeyd edilib ki, sistemdə sifarişlər tələb təklif əsasında formalaşır. Sürücülərə bildirmək istərdik ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırsınlar. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin sahiblərinə BOLT tərəfindən sifariş göndərilməyəcək.
“Uber”dən isə açıqlanıb ki, səfərin yekun qiyməti ərazidəki boş avtomobillərin və taksi sifariş etmək istəyən insanların nisbəti, səfərin məsafəsi və müddəti, yollarda tıxaclar kimi bir çox amillərdən asılıdır. Boş sürücülər nə qədər az olsa, səfərin qiyməti də bir o qədər yüksək ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq və heyvan satışı bazarlarında nəzarət tədbirlərini genişləndirib.
Qurumdan verilən məlumata görə, Agentlik hazırda davam etdirilən monitorinq və yoxlamalar zamanı aşkarlanan nöqsanlarla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bazar rəhbərlərinə xəbərdarlıq edib.
Belə ki, yalnız 2023-cü il ərzində ölkə ərazisində fəaliyyət göstərən bazarların daxilində yerləşən ət satışı obyektlərini qiymətləndirmək üçün Agentlik tərəfindən monitorinq həyata keçirilən 63 bazarda 400 nöqsan aşkar olunub. Həmçinin 68 bazarda aparılan yoxlamalar zamanı uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar olaraq, müvafiq tədbirlər görülüb.
Cari ilin ötən dövründə isə ümumilikdə 17 bazarda yoxlama aparılıb. Yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar bazarlardan 4-ündə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, 8-ində iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması, 6-sında məhsul satışının dayandırılması, birində məhsul satışının qadağan olunması, birində isə məhsul istehsalının (quş kəsimi) dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib. Eyni zamanda 17 sahibkarlıq subyekti barəsində AQTA tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb və bazar rəhbərlərinə aşkarlanmış nöqsanların müəyyən edilən müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Yoxlamalar çərçivəsində 1 bazarda saxta spirtli içkilər aşkar olunaraq, toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Monitorinq və yoxlamaların aparılması ilə yanaşı, ötən müddətdə Agentlikdə bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblər onların diqqətinə çatdırılıb. Eləcə də bazar rəhbərlərinə mövcud tələblər barədə məktubla məlumat verilib, habelə fəaliyyətlərinin həmin tələblərə uyğunlaşdırılması üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsi və nəticəsi barədə AQTA-ya məlumat verilməsi istənilib. Buna baxmayaraq, bəzi bazarlarda qida təhlükəsizliyi tələblərinə hələ də əməl olunmur.
Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, qida obyekti (subyekti) qeydiyyata alınmalı və Qida Təhlükəsizliyi Reyestrinə daxil edilməli, bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş məhsullar satılmamalıdır. İstifadəyə yararsız və təhlükəli qida məhsullarının zərərsizləşdirilərək məhv edilməsi üçün bazarlarda utilizasiya sobası təşkil edilməlidir. Həmçinin qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməli və digər tələblər yerinə yetirilməlidir.
Agentlik bildirib ki, qida təhlükəsizliyi tələblərinə riayət etməyən sahibkarlar barəsində ən sərt tədbirlər görüləcək.

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.
Hadisə ilə bağlı Rasim Tağıyev bildirib ki, zərərçəkmiş oğlunu şantaj etmək üçün belə bir əməl törədib:
“Oğlum heç kimi yandırmayıb, oğlumu şantaj etmək üçün qadın özü üzərinə benzin töküb, benzin də siqaretdən alışıb. Özü də bunu etiraf edib. Cinayət işi açılıb. Dövlət hər şeyi ədalətli şəkildə həll edəcək”.
R.Tağıyevin dediyinə görə, oğlunun 22, həmin xanımın isə 34 yaşı var:
“Oğlumu dəfələrlə şantaj edib ondan pul istəyib. Pul vermədikdə isə çantasından benzini çıxarıb belə bir əməl törədib. Mənim bundan məlumatım olmayıb. Yeni öyrənmişəm. Xanımın müalicəsi hazırda davam edir. Özüm də vəziyyəti ilə maraqlanıram. Onun da balaları var. Sadəcə ağılsızlıq edib. Allah heç kimin başına belə bir iş gətirməsin. Mən o cür oğul böyütmüşəm. Ağıllı, hörmətli, tərbiyəli uşaqdır”.
Qeyd edək ki, ağır yanıq xəsarətləri alan qadın Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Mədən 2” adlandırılan ərazidə yerləşən yaşayış binasında təhlükəli hal yaşanır.
Belə ki, həmin binada 20 ailə məskunlaşır.
Bina 1890-cı illərdə inşa edilib. Bildirilib ki, həmin zamandan bu binada hər hansısa təmir işləri aparılmayıb.
Sakinlər qeyd ediblər ki, bina hər an uça bilər.
Daha ətraflı Real TV-nin videomaterialında:

24 апреля началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и президента Кыргызской Республики Садыра Жапарова в узком составе.
Об этом сообщает President.az.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Ölkə ərazisində aprelin 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18 dərəcə isti, gündüz 27-31 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.