Month: April 2024

  • Президент: Торговый оборот между Азербайджаном и Кыргызстаном имеет тенденцию к наращиванию

    Торговый оборот между Азербайджаном и Кыргызстаном имеет тенденцию к наращиванию.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в заявлении для прессы с президентом Кыргызстана Садыром Жапаровым.

    “Мы активно сотрудничаем в торгово-экономической сфере. Сегодня прозвучали цифры увеличения в разы товарооборота. Хотя абсолютные цифры пока не очень велики, существует тенденция к наращиванию потенциала”, – подчеркнул глава государства.

  • İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”

    “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə birlikdə mətbuata bəyanatında bildirib.

    Dövlətimizin başçısı vurğulayıb:

    “Biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Bu gün əmtəə dövriyyəsinin bir neçə dəfə artması rəqəmləri səsləndi. Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası mövcuddur”.

  • Президент: Уставный фонд Азербайджано-кыргызского фонда развития увеличен в четыре раза

    Уставный фонд Азербайджано-кыргызского фонда развития увеличен в четыре раза – до 100 миллионов долларов.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в заявлении для прессы с президентом Кыргызстана Садыром Жапаровым.

    “Сегодня также было подписано дополнение к Соглашению об уставном фонде Азербайджано-кыргызского фонда развития. Мы увеличили уставный фонд в четыре раза – с 25 млн до 100 млн долларов. И главная причина в том, что очень много заявок. Нам было доложено, что более 40 заявок поступило в фонд для реализации инвестиционных проектов в Кыргызстане”, – подчеркнул глава государства, добавив, что 100 млн – это тоже не предел.

  • Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə – 100 milyon dollaradək artıb”

    “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə – 100 milyon dollaradək artıb”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında bildirib.

    “Bu gün, həmçinin, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu dörd dəfə – 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib”, – deyən dövlət başçısı əlavə edib ki, 100 milyon da son hədd deyil.

  • Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

    Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

    O, ifadəsi zamanı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Kənan Rəsulov barədə danışıb:

    “Audit işi ilə bağlı 2019-21-ci illər arasında müqavilə imzalamışıq. Layihədə qanunsuzluqlar isə 2022-ci ildə ortaya çıxıb. Bizə auditlə bağlı müraciət isə 2022-ci ilin ortasında olub. İlin ortasında müraciət olunub deyə audit üçün il sonunu gözləməli idik. Bizim audit apardığımız 2019-21-ci illər arasında heç bir qüsur aşkarlanmayıb”.

    Təqsirləndirilən Z.Hüseynzadə zərərçəkmişlə olan əlaqələrindən və imzaladığı müqavilələrdən danışıb:

    “Kənanı “Muğanbankın” şöbə müdiri olan dostuma görə tanımışam. O xarici dili bilmirdi deyə sənədlər barədə kömək etmişəm. Layihənin davamlılığı üçün Avropa Yenidənqurma və İnkişaf Bankına hesabatlar təqdim edirdik”.

    Məhkəməyə ifadəsi zamanı təqsirləndirilən Z.Hüseynzadə zərərçəkmiş şəxslə daha əvvəl xidməti müqavilə imzaladığını deyib:

    “2022-ci ilin yanvarın 6-da biz Kənan Rəsulovla 224 min dollarlıq xidməti müqavilə imzaladıq. Kənan bununla razılaşdı. Bizim işimiz kreditin ayrılması ilə bağlı deyildi. Altı ay sonra isə hüquqi müqavilə imzaladıq. O zaman pulun necə veriləcəyi ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Kənan arasında razılıq əldə edildi. Həm kredit, həm də qrant ayrıldı. Bu işləri Kənan özü edib”.

    Təqsirləndirilən şəxs, həmçinin, bildirib ki, zərərçəkmişlə arasında bağlanan müqavilə ilə bağlı ona heç bir ödəniş edilməyib.

    Məhkəmə prosesi mayın 8-nə təyin edilib.

    Növbəti prosesdə təqsirləndirilən şəxsin ifadəsi davam edəcək.

    Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib.

    İstintaqla Z.Hüseynzadənin 2022-23-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

    Həmçinin, 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.

    Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.

  • Застрелился бывший главный педиатр Насиб Гулиев

    Бывший главный педиатр Азербайджанской Республики, доктор медицинских наук, профессор Насиб Гулиев покончил с собой.

    Как сообщает АПА, инцидент произошел в поселке Горадиль Абшеронского района.

    Насиб Гулиев застрелился из охотничьего ружья. В настоящее время на месте происшествия работают сотрудники правоохранительных органов.

    По данному факту в Абшеронской районной прокуратуре проводится расследование.

  • Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib

    Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb:

    “1951-ci il təvəllüdlü Nəsib Cəfər oğlu Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

  • Президент Азербайджана пригласил кыргызского коллегу на СОР29

    Президент Азербайджана Ильхам Алиев пригласил президента Кыргызстана Садыра Жапарова на 29-ю сессию Конференции сторон Рамочной конвенции ООН по изменению климата (СОР29).

    Как сообщает АЗЕРТАДЖ, об этом глава государства сообщил в заявлении для прессы с кыргызским коллегой.

    “Я пригласил Садыра Нургужоевича в ноябре принять участие в международной конференции СОР29”, – сказал Президент Ильхам Алиев, отметив, что “каждая встреча важна и ценна и в плане укрепления взаимодействия, нашего общения, так и решения важных вопросов двустороннего и многостороннего сотрудничества”.

  • Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

    Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.

    AZƏRTAC xəbər verir ki, bu barədə dövlət başçısı qırğızıstanlı həmkarı ilə mətbuata bəyanatında bildirib.

    “Mən Sadır Nurqujoyeviçi noyabrda COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim”, – deyən Prezident İlham Əliyev vurğulayıb ki, hər bir görüş həm qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin möhkəmləndirilməsi baxımından, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından mühüm və dəyərlidir.

  • İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

    “Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir”.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında deyib.

    Bu gün Mərkəzi Asiya regionunun, Azərbaycanın yerləşdiyi Xəzər regionunun və Cənubi Qafqazın çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan dövlətimizin başçısı xüsusən enerji, nəqliyyat və ticarət sahələrində böyük potensialın olduğunu vurğulayıb.

    “Ən önəmlisi, biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”, – deyə Azərbaycan Prezidenti qeyd edib.