
24 апреля с участием Президента Азербайджанской Республики Ильхама Алиева и президента Кыргызской Республики Садыра Жапарова проходит церемония подписания азербайджано-кыргызских документов.
Об этом сообщает АЗЕРТАДЖ.

24 апреля с участием Президента Азербайджанской Республики Ильхама Алиева и президента Кыргызской Республики Садыра Жапарова проходит церемония подписания азербайджано-кыргызских документов.
Об этом сообщает АЗЕРТАДЖ.

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
* * * *
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
APA xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən R.Əfəndiyev, X.Rüstəmov və R.Əsədov barəsindəki həbs qətimkan tədbiri daha bir ay uzadılıb. Xuliqanlıqda ittiham olunan MMA döyüş növü üzrə idmançı Vüqar Kərəmov isə azadlığa buraxılıb.
Vüqar Kərəmovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatı təmin edilməyib və onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Vüqar Kərəmov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və üç tələbəsinin digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs edilməsi məlum olub.
Belə ki, ilkin məlumata görə, bir neçə ay əvvəl Dənizkənarı Bulvar Ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra H.Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Adları çəkilən idmançılar barəsində Xətai Rayon Məhkəməsi 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Астрономы зарегистрировали исключительно редкое извержение на Солнце в ночь на 23 апреля. Наша звезда одновременно произвела четыре вспышки, и теперь на Землю в ближайшие дни может обрушиться магнитная буря.
Об этом сообщает портал spaceweather.com.
Согласно данным наблюдения Обсерватории солнечной динамики Национального управления по аэронавтике и исследованию космического пространства (NASA), точками выбросов стали три солнечных пятна и большая магнитная нить – длинная плазменная петля, расположенная между пятнами. Мегавзрыв произошел на обращенной к Земле части солнечной поверхности.
По словам ученых, такой тип события называется симпатической вспышкой, поскольку пятна связаны между собой линиями магнитного поля. Когда одно из них взрывается, остальные следуют его примеру.
Почти во всех зарегистрированных случаях симпатические вспышки ограничиваются двумя одновременными выбросами, сила которых может варьироваться от незначительной до максимальной X-класса.
В этом случае речь идет о “суперсимпатической” вспышке. Астрономы пока не установили общую мощность взрыва, но есть вероятность, что часть солнечной плазмы и излучения достигнет Земли через несколько суток.
Источник: gazeta.ru

Astronomlar aprelin 23-nə keçən gecə olduqca nadir günəş püskürməsini qeydə alıblar.
Qeyd olunub ki, ulduzda eyni vaxtda dörd yerdə partlayış baş verib. Yaxın günlərdə Yer kürəsində güclü maqnit qasırğası başlaya bilər.
Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) Günəş Dinamikası Rəsədxanasının məlumatlarına görə, partlayış Günəş səthinin Yerə baxan hissəsində baş verib.
Alimlərin fikrincə, ləkələr maqnit sahəsi xətləri ilə birləşdiyi üçün bu tip hadisə simpatik püskürmə adlanır. Onlardan biri püskürəndə digərlərində püskürmə baş verir.
Demək olar ki, bütün qeydə alınmış hallarda simpatik püskürmələr eyni vaxtda iki partlayışla məhdudlaşır, onların gücü zəif partayışdan maksimum “X” sinfinə qədər dəyişə bilər.
Bu halda söhbət supersimpatik püskürmədən gedir. Astronomlar hələ partlayışın ümumi gücünü təyin etməyiblər, lakin günəş plazmasının və radiasiyanın bir hissəsinin bir neçə gündən sonra Yerə çatması ehtimalı var.
Mənbə: spaceweather.com
Binəqədidə yerləşən və qorunan abidələr siyahısına salınan tikili narkomanların yuvasına çevrilib.
1915-ci ildə inşa edilən “Hacı Əmrah” hamamı son illər baxımsız vəziyyətdədir.
Hamamının içinə girən arb kanalının əməkdaşı oranın yararsız vəziyyətdə olmasının şahidi olub.
Tarixi tilinin içi hər cür tullantılarla doudur. Bundan əlavə hamam narkomanlar tərəfindən tez-tez ziyarət edilən yerə çevrilib.
Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.
Baku TV həmin ərazilərdən yeni görüntülər lentə alıb.
Qızılhacılı kəndində çəkilən kadrlarda Azərbaycana məxsus döyüş maşını yer alıb.
Bildirilib ki, bu, 1990-cı illərdən, yəni Birinci Qarabağ müharibəsi dövründən sözügedən ərazidə qalan texnikadır.
Nəqliyyat vasitəsinin üzərində vaxtilə orada döyüşmüş mərd oğullarımızın adları həkk olunub.
Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəbrail Fərzəliyev 10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iş üzrə “Paşabank” ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev “Azərbaycan Respublikasının Gənclər Fond”na 385 min manat, “Paşabank” ASC-yə qarşı isə 342 min manat mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.

24 апреля с участием Президента Азербайджанской Республики Ильхама Алиева и президента Кыргызской Республики Садыра Жапарова началось 2-е заседание Межгосударственного совета Азербайджана и Кыргызстана.
Об этом сообщает President.az.