Month: April 2024

  • AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”

    “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”.

    “Report”un məlumatına görə, bu sözləri Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov ölkə çempionatının filan oyunu çərçivəsində keçirilən “Azərreyl” – “Abşeron” (3:1) matçının ardından baş tutan təntənəli bağlanış mərasimində deyib.

    O, qalibləri təbrik edib: “Hər iki komanda gözəl oyun sərgilədi. Azarkeşlərə də xüsusi təşəkkür düşür. Sona qədər doğma komandalarını dəstəklədilər. Voleybol idmanı günü-gündən inkişaf edir və biz dövlətimizin qayğısını hiss edirik. Məqsədimiz Azərbaycanda Voleybolu ən yüksəklərə daşımaqdır”.

  • Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib

    Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən oxu.az-a məlumat verilib.

    Məlumata görə, hazırda qatarlara Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir. Təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və Tovuz stansiyası yenidən sərnişinləri qəbul edəcək.

  • Azərbaycanda bu taksi şirkəti bağlanır – FOTO

    Azərbaycanda taksi şirkətlərindən olan “Uklon” fəaliyyətini dayandırıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm sürücülərə, həm də tətbiq istifadəçilərinə bildiriş göndərilib.

    Məlumatda 30 apel 2024-cü ildən etibarən Uklon avtomobil çağırış xidmətinin və müvafiq tətbiqinin Azərbaycanda fəaliyyətini dayandıracağı qeyd olunub.

    Qeyd edək ki, “Uklon” ötən ilin mayında fəaliyyətə başlamışdı.

  • Президент: Некоторые страны начали холодную войну против Азербайджана

    Сегодня мы видим безосновательные нападки на Азербайджан со стороны некоторых стран. Мы принимаем ответные меры.

    Как сообщает Report, об этом сказал президент Ильхам Алиев 23 апреля в ходе выступления на международном форуме на тему “СОР29 и Зеленое видение для Азербайджана”, организованном в Университете АДА.

    Подчеркнув, что эти страны фактически начали холодную войну против Азербайджана, глава государства сказал: “Мы принимаем зеркальные меры и не переходим красных линий”.

  • Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

    Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

    Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirib ki, biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik.

  • Семье родившегося в Ханкенди ребенка выделили квартиру

    Семье первого ребенка, родившегося в освобожденном Ханкенди, выделили квартиру в городе.

    Как сообщает Report, мальчик родился в семье сотрудников Карабахского регионального управления водоканала Государственного агентства водных ресурсов Азербайджана Аббаса Абдуллаева и Саадат Намазлы.

    Квартира в городе Ханкенди была выделена молодой семье с целью улучшения жилищно-бытовых условий.

    17:17
    Саадат Намазлы, 1997 года рождения, родила ребенка в медицинском учреждении в Ханкенди, мальчик стал первым ребенком, родившимся в городе, после его освобождения от оккупации.

    Об этом Report сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).

    В TƏBİB уточнили, что вес ребенка составил 3 кг, а рост – 49 см.

    В настоящее время матери и ребенку оказываются необходимые медицинские услуги, их состояние удовлетворительное.

  • Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb – YENİLƏNİB

    Xankəndidə 33 ildən sonra dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb.

    Bu barədə “Report”a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildirilib.

    Körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızıdır.

    Mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil verilib.

    17:07
    İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

    Bu barədə “Report”a TƏBİB-dən məlumat verilib.

    Qeyd olunub ki, doğulan körpənin cinsi kişi, çəkisi 3 000 qr, boyu 49 sm-dir.

    Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

  • Şamaxıda leysan fəsadlar yaradıb – YENİLƏNİB + FOTO Bizim WhatsApp

    23 aprel 2024-cü il tarixdə saat 15:00 radələrində Şamaxı rayonuna yağan leysan yağışlar nəticəsində yaranmış sel suları Şamaxı-Pirpulu avtomobil yolunun Əngəxaran və Çuxuryurd kəndlərindən keçən hissəsinə çınqıl və palçıq qarışığı gətirib.

    Şamaxı Rayon İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, aidiyyəti qurumlar, həmçinin Şamaxı “Şəhər Təsərrüfatı” tərəfindən əraziyə texnika və canlı qüvvə cəlb olunub, qısa müddətdə yolun hərəkət zolağı çöküntülərdən təmizlənib. Həmçinin rayonun dağ kəndlərində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsindən sel suları keçib, əmlaklara və tikililərə ziyan dəyməyib.

    Hazırda rayon ərazisində yağış müşahidə olunmur.

    17:12

    Şamaxıda güclü leysan yağıb.

    APA xəbər verir ki, Şamaxı-Pirqulu-Çuxuryurd istiqamətində yağan leysan xarakterli yağış nəticəsində bəzi əraziləri su basıb. Dağlardan gələn sel suları Şamaxı-Pirqulu avtomobil yolunu basdığından bir müddət avtomobillərin hərəkəti dayanıb. Bununla yanaşı, sakinlərə məxsus bəzi yaşayış evlərini su basıb və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

  • İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”

    “Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Baykal-Amur magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə bildirib.

    Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür edən dövlətimizin başçısı Anqoya qəsəbəsindəki vağzala ulu öndərin adının verilməsini xatırladıb.

    “BAM inşaatçıları yaxşı bilirlər ki, o, praktiki olaraq piyada, qatarla, vertolyotla, çətin şəraitdə Bratskdan Vladivostoka, Naxodkaya qədər uzun məsafə qət edib, on gün ərzində sevinc və kədərini BAM inşaatçıları ilə bölüşüb”, – deyə Prezident İlham Əliyev əlavə edib.

  • Фаиг Агаев: У меня никогда не было романтических отношений с Айгюн Кязымовой

    Я всегда любил Айгюн (Кязымову). Она говорит, что никто никогда не любил ее сильнее.

    Об этом в эфире телеканала Azad Azərbaycan (ATV) сообщил народный артист Азербайджана, певец Фаиг Агаев.

    Он рассказал о своих отношениях с коллегой, народной артисткой Айгюн Кязымовой.

    “Я знаю Айгюн уже 35 лет. Столько же и люблю ее. Однако мы никогда не были парой. Айгюн для меня друг, сестра, соратник. Но нас никогда не связывали романтические отношения. А если бы это произошло и мы бы перешли на иной уровень отношений, полагаю, оба остались бы довольны”, – признался исполнитель.