Month: April 2024

  • Президент: Сотрудничество с Китаем расширяется в политической, экономической и транспортной сферах

    Наш подход к политике “одного Китая” хорошо известен нашим китайским партнерам. Китай же всегда поддерживал территориальную целостность Азербайджана. Это всегда было основой нашего сотрудничества.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев 23 апреля в выступлении на международном форуме на тему “СОР29 и Зеленое видение для Азербайджана”, организованном в Университете АДА.

    “В настоящее время сотрудничество расширяется в политической, экономической и транспортной сферах”, – подчеркнул глава государства, отметив, что неоднократно встречался с председателем КНР Си Цзиньпином и у него остались очень хорошие впечатления от этих встреч. Президент сказал, что эти встречи придают дополнительный импульс нашим отношениям.

  • İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

    “Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

    “Hazırda əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir”, – deyən dövlətimizin başçısı Çin sədri Si Cinpinlə keçirdiyi dəfələrlə görüşdüyünü və həmin görüşlərdən çox yaxşı təəssüratlarının olduğunu bildirib. Vurğulayıb ki, bu görüşlər münasibətlərimizə əlavə təkan verir.

  • Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”

    “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

    “Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltikyanı dövlətlərdən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunu edirik. Düşünürəm ki, COP29 əla fürsətdir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

  • В Азербайджане обнаружено более 50 кг наркотиков, есть арестованный – ФОТО/ВИДЕО

    Сотрудники Главного управления по борьбе с наркотиками Министерства внутренних дел (МВД) провели очередную операцию по предотвращению незаконного оборота наркотиков.

    Об этом сообщили в пресс-службе МВД.

    Было отмечено, что в ходе операции был задержан житель Астаринского района Ибрагим Агаев (1993 г.р.). При досмотре у него был обнаружен 51 кг наркотических средств, в том числе 43 кг марихуаны, 3 кг героина и 5 кг метамфетамина. И.Агаев сообщил, что наркотические средства и психотропные вещества он получил от гражданина Исламской Республики Иран, личность которого пока устанавливается следствием, в целях материальной выгоды.

    По данному факту возбуждено уголовное дело, решением суда в отношении задержанного избрана мера пресечения в виде ареста. Решительные меры по борьбе с незаконным оборотом наркотиков продолжаются.

  • Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO/VİDEO

    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, əməliyyat zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan ümumilikdə 51 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 43 kiloqram marixuana, 3 kiloqram heroin və 5 kiloqram metamfetamin aşkarlanıb. İ.Ağayev narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının şəxsiyyəti istintaqla araşdırılan vətəndaşından əvvəlcədən təyin olunan məkandan ayrı-ayrı şəxslərə çatdırıb maddi gəlir əldə etmək məqsədi ilə əldə etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

  • Президент Азербайджана: У нас очень низкий уровень внешнего долга – менее 8%

    Экономика Азербайджана является самодостаточной и демонстрирует устойчивый рост даже в условиях кризиса.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев 23 апреля в выступлении на международном форуме на тему “СОР29 и Зеленое видение для Азербайджана”, организованном в Университете АДА.

    “У нас очень низкий уровень внешнего долга – менее 8% валового внутреннего продукта (ВВП) Азербайджана”, – подчеркнул глава государства.

  • Prezident: “Xarici borcumuz ümumi daxili məhsulumuzun 8 faizindən də azdır”

    “Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

    “Bizim xarici borcumuz çox aşağıdır, hətta hazırda ümumi daxili məhsulumuzun 8 faizindən də azdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Prezident: “İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik”

    “İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin. Eyni zamanda, bu, bizim fikirlərimizi söyləmək üçün fürsət olacaq”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda beynəlxalq ekspert, ABŞ-nin Azərbaycanda sabiq səfiri Metyu Brayzanın sualına cavabında bildirib.

    Dövlətimizin başçısı deyib: “Siz tam haqlısınız ki, bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcəklər”.

  • Ильхам Алиев: Мы поддерживаем очень тесные партнерские отношения со странами ЕАЭС, кроме Армении

    Мы были приглашены на некоторые мероприятия ЕврАзЭС (Евразийский экономический союз, ЕАЭС) на уровне президента и премьер-министра.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев 23 апреля в выступлении на международном форуме на тему “СОР29 и Зеленое видение для Азербайджана”, организованном в Университете АДА.

    Напомнив о том, что однажды участвовал в мероприятии ЕврАзЭС в качестве почетного гостя, глава государства отметил: “Азербайджан поддерживает очень тесные партнерские отношения со всеми странами-участницами Евразийского экономического союза, за исключением Армении”.

  • İlham Əliyev: “Ermənistanı istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”

    “Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

    Avrasiya İqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlətimizin başçısı vurğulayıb:

    “Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var”.