Month: April 2024

  • Ukraynanın yeni səfiri Azərbaycana gəlib

    Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıdadır və artıq fəaliyyətə başlayıb.

    Bununla bağlı ukraynalı səfir “X” hesabında bildirib.

    Diplomat Azərbaycanda missiyasının ilk günündə Bakıda keçirilən Dünya Kubokunun mərhələsində uğurla çıxış edən ukraynalı bədii gimnastika komandası ilə görüşdüyünü vurğulayıb.

    Xatırladaq ki, Ukraynanın bundan əvvəlki səfiri Vladislav Kanevskinin səlahiyyət müddəti bu il bitib.

  • Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

    Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən Elməddin Fətəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    “Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

    Prokuror məhkəmədən təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

    Daha sonra məhkəmə hökmü elan etmək üçün müşavirə otağına gedib. Müşavirədən qayıdan məhkəmə hökmü elan edib. Hökmə əsasən, E.Fətullayev 12 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən ilin oktyabrında qeydə alınıb.

    İstintaqla müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu 1971-ci il təvəllüdlü Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    E.Fətullayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb

    Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı münaqişə 2025-ci ilin sonuna qədər bitə bilər.

    Bu fikri o, sosial şəbəkə hesabında bildirib.

    Orban qeyd edib ki, gələn il Avropa və ABŞ-də keçiriləcək seçki sülh tərəfdarı olan siyasi liderləri ön plana çıxarsa, belə bir nəticə mümkün olacaq.

    Mənbə: gazeta.ru

  • Azərbaycanda elektron siqaretlər qadağan olunsun – Deputatdan TƏKLİF

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib.

    “Report”un məlumatına görə, komitə sədri parlamentin bugünkü çıxışında bildirib ki, dünyanın bir çox ölkələrində bu siqaret növü getdikcə qadağan edilir.

    T.Mirkişili apardığı araşdırmaya görə, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan, amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür:

    “Əgər xanım sədr siz də icazə versəydiniz, Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq. Əksər ölkələrdə bu, qadağandır. Azərbaycanda buna qadağa yoxdur və il ərzində təxminən 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəyə idxal olunur. Əgər iqtisadi cəhətdən bu zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa, biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”.

  • Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi – VİDEO

    Sosial şəbəkələrdə Azərbaycanda bir nəfərin yolda hərəkətdə olan avtomobillərə silah tuşlamasını əks etdirən görüntüləri yayılıb.

    Ərazidəki digər şəxslər həmin hadisəni videoya çəkərək paylaşıblar.

    Hadisə ictimaiyyət tərəfindən etirazlara səbəb olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər bir müddət əvvəl Gəncə şəhərində qeydə alınıb:

    “Şəxsin oyuncaq silahla avtomobillərin qarşısını kəsməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin psixi problemləri olan şəhər sakini Ə.Gülməmmədovun olması müəyyən edilib. Şəxs və onun valideyni ərazi üzrə polis şöbəsinə dəvət olunaraq profilaktiki söhbət aparılıb.

    Polis həmin şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edib”.

  • В столичном кафе совершена крупная кража

    В Баку из расположенного в Наримановском районе кафе украдено 5 400 манатов.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    Было отмечено, что в результате мероприятий, проведенных сотрудниками 16-го отдела полиции, был выявлен и задержан Рашид Меликов, подозреваемый в краже указанной суммы.

    По данному факту ведется расследование.

  • Bakıda kafedən minlərlə manat oğurlanıb

    Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • 20-летняя девушка совершила суицид в день, когда была намечена ее свадьба – ОБНОВЛЕНО

    Стали известны некоторые подробности в связи с самоубийством 20-летней девушки в Габалинском районе.

    Как стало известно oxu.az, девушка была помолвлена, а ее жених погиб в ДТП около месяца назад. На сегодня была запланирована их свадьба. По информации, на данный шаг она пошла именно по этой причине.

    Кроме того, брат девушки Бахруз Гулиев стал шехидом в 1992 году. Чтобы сохранить о нем память, родители нарекли дочь Бахрузой. Имя шехида Бахруза Гулиева носит и улица, на которой проживает семья.

    Сообщается, что девушку похоронят рядом с ее братом.

    По данному факту проводится расследование.

    * * * * *

    В поселке Бум Габалинского района 20-летняя девушка совершила суицид.

    Бахруза Гулиева (2004 г.р.) свела счеты с жизнью, повесившись в хлеве.

    По данному факту проводится расследование.

  • Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI – YENİLƏNİB

    Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir.

    Daha bir məqam isə özünü asaraq intihar edən qızın qardaşı – Bəhruz Quliyevin 1992-ci il şəhidi olmasıdır. Qardaşı şəhid olduğu üçün onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.

    Onun qardaşının yanında dəfn olunacağı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Qəbələdə 20 yaşlı qız özünü asıb.

    Hadisə Qəbələ rayonu, Bum qəsəbəsində qeydə alınıb.

    Belə ki, 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq, intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку оштрафованы лица, продававшие табачные изделия школьникам – ФОТО/ВИДЕО

    Сотрудники правоохранительных органов продолжают просветительскую и профилактическую работу по предотвращению продажи несовершеннолетним алкогольных напитков и табачных изделий.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    В ходе мероприятия, проведенного сотрудниками Наримановского районного управления полиции, были выявлены киоски и магазины, в которых табачные изделия продавали несовершеннолетним.

    С продавцами, реализующими табачные изделия несовершеннолетним, были проведены профилактические беседы. На владельцев этих объектов составлен протокол по соответствующей статье Кодекса Азербайджанской Республики об административных проступках.

    Отметим, что наряду со столицей, в регионах регулярно проводятся профилактические мероприятия, направленные на предотвращение продажи табачных изделий несовершеннолетним.