Month: April 2024

  • Üç manat siqaret puluna görə əmisini öldürdü

    Balakən rayonunda xüsusi amansızlıqla qətl törətməkdə və oğurluqda təqsirləndirilən Əhməd Zalxayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə araşdırılır.

    Məhkəmənin növbəti prosesi aprelin 26-na təyin edilib.

    Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhməd Zalxayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, 2023-cü il avqustun 4-də saat 15 radələrində Balakən rayonunun Xalatala kənd sakini, 1976-cı il təvəllüdlü Şahin Əhməd oğlu Zalxayevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

    Polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şahin Zalxayevin qardaşı oğlu, 2006-cı il təvəllüdlü Əhməd Məhəmməd oğlu Zalxayev saxlanılıb.

    İttihamda göstərilib ki, o, hadisədən sonra əmisinin cibindən ümumilikdə 200 manat məbləğində pulu qanunsuz olaraq götürüb.

    Məhkəmə istintaqı zamanı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində deyib ki, əmisi Şahin Zalxayevin ayağında problem olsa da, əsanın köməyi ilə ayağa qalxa və hərəkət edə bilirdi. Hadisə baş verən tarixdə siqaret almaq məqsədilə əmisindən üç manat pul istəyib. Əmisi isə nə üçün ona pul verməsinin səbəbini soruşub və ona normal adam olmadığını deyib. Bu zaman Əhməd Şahin Zalxayevdən normal şəkildə danışmasını tələb edib. Təqsirləndirilən şəxsin dediyinə görə, əmisi onun anasının ünvanına nalayiq ifadə işlədib. Sonra o, əsəbiləşib çölə çıxıb və oradan götürdüyü bıçaqla çarpayıda uzanmış vəziyyətdə olan əmisinə iki zərbə vurub. Həmin vaxt Şahin Zalxayev ona əli ilə müqavimət göstərməyə çalışıb. Daha sonra Əhməd əmisini yerə yıxıb yenidən bıçaq zərbələri endirib. Nəticədə əmisinə ümumilikdə səkkiz bıçaq zərbəsi vurub.

    Əhməd Zalxayev ifadəsinin davamında qeyd edib ki, həmin vaxt əmisini öldürmək niyyəti olmayıb, hadisədən bilavasitə əvvəl Şahin Zalxayev dediyi sözlərə əsəbiləşdiyi üçün özünü idarə edə bilməyib və bıçaqla sonuncuya zərbələr vurub. Bu zaman əmisi zərbələr vurmamasını ona desə də, o buna məhəl qoymayaraq əmisinə bıçaqla zərbələr endirməyə davam edib. Baş vermiş hadisədən sonra isə əmisinin cibindən 200 manat pulu götürüb.

  • Мужчина избил сестру, отругавшую его малолетнего ребенка – СУД

    В Абшеронском районном суде завершено рассмотрение уголовного дела Гамета Джафарова (здесь и далее имена и фамилии условные – ред.), обвиняемого в избиении сестры.

    Как сообщает pravda.az, согласно приговору, объявленному на заседании под председательством судьи Севиндж Гулиевой, уголовное дело было прекращено, а подсудимый освобожден от уголовной ответственности.

    Согласно обвинительному заключению, инцидент был зафиксирован 28 января 2024 года в поселке Хокмели Абшеронского района.

    В доме, где Г.Джафаров проживает со своей семьей, между ним и его сестрой Наной Джафаровой произошел конфликт из-за того, что женщина поругала его малолетнего ребенка за баловство. Гамет отчитал за это сестру. В итоге он напал на потерпевшую и, нанеся ей последовательные удары кулаками по лицу, голове, ногам и различным частям тела, умышленно причинил легкие телесные повреждения.

  • Kişi azyaşlı övladını danlayan bacısını döydü – MƏHKƏMƏ

    Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

    İttihama görə, hadisə 28 yanvar 2024-cü il tarixdə, saat 15:30-da Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb.

    Belə ki, Qamət Cəfərov ailə üzvləri ilə birgə yaşadığı evdə bacısı, Nanə Cəfərova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının nadinclik edən azyaşlı övladını danlaması olub. Qamət də buna görə bacısına irad bildirib. Nəticədə o, zərərçəkmiş şəxsin üzərinə hücum edib, qəsdən onun sifət, baş, ayaq və bədəninin müxtəlif nahiyələrinə yumruqla ardıcıl zərbələr vuraraq, bacısına yüngül xəsarət yetirib.

  • В Ханкенди обнаружены оружие и боеприпасы

    В Ханкенди обнаружено значительное количество огнестрельного оружия и боеприпасов.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел Азербайджана.

    В ходе проведенных сотрудниками полиции мероприятий на территории города были обнаружены и изъяты четыре автомата различных марок, два ружья, столько же пистолетов, восемь гранат, 18 магазинов для патронов, 1 930 патронов различных калибров, семь штык-ножей и другие боеприпасы.

  • Xankəndidə silah-sursat aşkarlanıb

    Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı, 2 tüfəng, 2 tapança, 8 qumbara, 3 alışdırıcı, 2 partlayıcı, 18 patron darağı, 1 930 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

  • В Азербайджане произошло землетрясение

    В Геранбойском районе произошло землетрясение магнитудой 3,1.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы Азербайджана.

    Отмечается, что землетрясение было зафиксировано в 04:27 в 17 км к востоку от сейсмостанции Гянджа.

    Очаг подземных толчков залегал на глубине 13 км. Стихия не ощущалась.

  • Azərbaycanda zəlzələ olub

    Goranboyda zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

    Vurğulanıb ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb.

    Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ 3,1 bal gücündə olub.

    Təkanlar hiss olunmayıb.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 0,52 доллара (0,6%) и составила 88,3 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена одного барреля нефти рассчитана на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,6% azalaraq 88,30 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • В Кюрдамирском районе 71-летняя женщина скончалась, упав в колодец

    В селе Гарасаггал Кюрдамирского района произошел инцидент с летальным исходом.

    Как сообщает АПА, Хазангюль Джафарова (1953 г.р.) скончалась, упав в колодец во дворе своего дома.

    По данному факту проводится расследование.