Month: April 2024

  • Bəraət alan şirkət rəhbəri yenidən həbs edildi

    Ötən il bəraət alan “Protəmir İnşaat” şirkətinin rəhbəri İlyas Namazov həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

    Elbəy Allahverdiyevin sədrlik etdiyi məhkəmə heyəti prokurorun protestini və zərərçəkmişlərin şikayətini əsaslı hesab edib.

    Qərara əsasən İ.Namazov 2 il 6 ay azadlıqdan məhrum edilib. Şirkət rəhbəri məhkəmə zalında həbs edilib. Zərərçəkmiş şəxslərin mülki iddiaları isə qismən təmin edilib.

    Qeyd edək ki, İ.Namazov zərərçəkmiş şəxslərə ev təmir edəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

    Lakin Nərimanov Rayon Məhkəməsi ittihamı əsassız sayıb. Namazova dəlil və sübut yetərsizliyi əsası ilə bəraət verilib.

  • Qızılhacılı kəndinin 73 yaşlı sakini: Şükürlər olsun ki, kəndlərimiz qan tökülmədən qaytarılır

    Şükürlər olsun ki, qan tökülmədən kəndlərimiz qaytarılır.

    Bunu 32 il erməni işğalından sonra Azərbaycana qaytarılan Qızılhacılı kənd sakini, 73 yaşlı Xasməmməd Mustafayev “Report”un Qərb bürosuna müsahibəsində bildirib.

    O, illər ərzində kəndlərinin həsrətində olduğunu, oraya qayıdıb ömrünün sonuna qədər yaşamaq istədiyini deyib.

    “1992-ci il mayın 11-də dədə-baba kəndimizdən çıxmağa məcbur olduq. Ermənilər biz kənddən çıxdıqdan sonra bütün evləri yandırdılar, kəndi viran etdilər. Məcburi olaraq Qazax şəhərində yaşadıq. Çətin günlərdən keçmişik, həmişə kəndimizin həsrətində olmuşuq. Prezidentimizə təşəkkür edirəm ki, onun siyasəti nəticəsində kəndlərimizə qovuşuruq”, – X.Mustafayev vurğulayıb.

    O, Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılıq əldə olunması xəbərini eşidəndə sevincindən yerə-göyə sığmadığını söyləyib:

    “Gölün sahilində olan səfalı və gözəl kəndimizə qayıdacağım günü səbirsizliklə gözləyirəm. Yenə kəndimizdə evlər inşa ediləcək, sakinlər öz ata-baba yurdunda sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar”.

    Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

  • Ankara Ərdoğanı tənqid etmiş İsrailin XİN başçısına cavab verib: Utanmalı olan sizsiniz

    Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ın Siyasi Bürosunun başçısı İsmayıl Həniyə ilə görüşünü tənqid etmiş İsrailin XİN başçısı İsrael Katsa cavab verib.

    Bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçelinin müvafiq məsələ ilə bağlı şərhində bildirilib.

    “Utanmalı olan çoxu uşaq və qadın olmaqla 35 minə yaxın fələstinlini qətl yetirmiş israilli rəsmilərdir. İsrail hökuməti üzvlərinin gündəmi dəyişdirmə cəhdləri nəticə verməyəcək”, – Keçeli deyib.

    Onun sözlərinə görə, Ankaranın prioriteti “Qəzzada qətliama son qoyulmasının təmin edilməsi və Fələstin Dövlətinin qurularaq regionumuzda daimi sülhün bərqərar edilməsidir”.

    “Bu istiqamətdə işlərə və İsrailin törətdiyi cinayətlərlə bağlı həqiqətləri dilə gətirməyə davam edəcəyik”, – sözçü vurğulayıb.

    Xatırladaq ki, aprelin 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS təşkilatının Siyasi Bürosunun başçısı İsmayıl Həniyə ilə görüşüb. İsrail XİN başçısı Ərdoğanın bu qərarını sərt tənqid edib.

  • Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

    Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq.

    Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkədə yazıb.

    “Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürüldüyü iki ölkə arasında sərhədlərin delimitasiyası razılaşmasını alqışlayırıq. Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq”, – siyasətçi nəql edib.

  • Rusiyada həyacan: Su basmış bölgələr malyariya virusu riski altındadır

    Rusiyanın yaz daşqınlarından zərər çəkmiş Kurqan, Orenburq və digər bölgələri malyariya epidemiyası təhlükəsi ilə üzləşib.

    Bunu “RİA Novosti”yə biologiya elmləri namizədi Dmitri Fedorov deyib.

    “Su basmış düzənliklər və istiləşmiş dayaz sular qansoran həşəratların, müxtəlif növ ağcaqanadların, o cümlədən malyariya və digər yoluxucu xəstəliklər daşıyanların kütləvi şəkildə çoxalması üçün çox yaxşı ekoloji mənbədir”, deyə Fedorov bildirib.

    Ekspert izah edib ki, bağ evlərində su basan tualet və zibilxanalar da ərazidə insanlar və heyvanlar üçün yoluxucu xəstəliklərə səbəb ola bilər. Bundan əlavə, daşqın zamanı Afrika donuz taunu təbii ocaqları su altında qala, bu səbəbdən xəstəlik yerli çöl donuzlarında özünü göstərə bilər.
    //qaynarinfo

  • “İndi çiyələk yeməyin, zəhərlidir” – Ekspertdən xəbərdarlıq

    “Hazırda satışda olan çiyələkləri yemək məsləhət görülmür”.

    Bunu Qaynarinfo-y açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədr ölkədə bir neçə çiyələk plantasiyasının olduğunu deyib:

    “Çiyələyi tez, böyük yetişdirmək və zərərvericilərdən qorumaq məqsədi ilə 36 növ kimyəvi dərmandan istifadə edilir. Bu bir daha göstərir ki, erkən çiyələyin yetişdirilməsində çoxlu sayda kimyəvi maddə sərf olunur. İndi satışda olan çiyləyin toxumu yoxdur. Güman edirəm ki, bu gün satılan geni dəyişdirilmiş çiyələklərdir”.

    Eyyub Hüseynov əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) yetişdirilmədiyini bildirib:

    “Lakin bu məsələ sual altındadır. Mən ehtimal edirəm ki, bu çiyələklər geni dəyşdirilmiş ola bilər. Çiyələklər həddindən artıq böyükdür, bıçaqla kəsilir, cəlbedicidir. GMO-un lobbiçiliyini aparanlar deyir ki, bu hibriddir. Əslində hibrid adı altında GMO gətirilir”.

    Sədr nəfisini saxlaya bilməyənlərə tövsiyyə edib:

    “Bir və ya iki dənə yeyə bilərlər. Gözləmək lazımdır, kiçik çiyələklər yetişsin. Bütün yayı belə böyük ölçülü çiyələklər yetişdirirlər və bunun üçün kimyəvi maddələrdən istifadə olunur. Bu maddələrin yol verilən həddi var. Bəlkə bir adam bir və yaxud da iki kilo yedi. Necə bilək ki, bir adam belə şəraitdə yetişən çiyələkdən nə qədər yeyə bilər? Bu məsələlər açıq alır”.

    Sədr problemlə qarşılaşmamaq və sağlam qalmaq üçün belə çiyələklərdən uzaq durmağı məsləhət görür.

  • Almaniyada qar yağdı, dağ-xizək kurortları aprel ayında işini bərpa etdi

    Son dörd həftə ərzində Almaniyada yaz havası olsa da, aprelin sonunda ölkənin cənubu qarla örtülüb.

    Qaynarinfo “Bild”ə istinadən xəbər verir ki, bunun fonunda bəzi dağ-xizək kurortları gözlənilmədən işlərin bərpa olunduğunu elan ediblər.

    Beləliklə, Emmendingen bölgəsindəki (Baden-Vürtemberq) Kandel şəhərində xizək və snoubord həvəskarları üçün liftlər yenidən açılıb. Hava proqnozuna əsasən gözlənilən qar davam edərsə, kurortlar hətta həftə sonları səhər saat 9-dan axşam 5-ə kimi işləyəcək.

    Almaniyanın ən hündür dağı olan Zuqspitzedə hündürlüyü üç metrə çatan qar örtüyü var. 20 kilometrlik yamacdan 16-sı hazırda turistlərin üzünə açıqdır. Oberstdorf yaxınlığındakı Nebelhorn dağına 234 santimetr qar yağıb, xizək sürmək üçün də əlverişli şərait var.

    “Bazar gününə qədər nə qədər qar yağacağını görmək maraqlı olacaq. Şimalda yerləşdiyinə görə bazar gününə qədər Alp dağlarına 30-40 sm yeni qar yağa bilər”, deyə Donnerwetterdən meteoroloq Karsten Brandt bildirib.

  • “Santos”un baş məşqçisi təcavüz ittihamlarına görə istefa verdi

    Braziliyanın qadınlardan ibarət millisinin keçmiş baş məşqçisi Kleyton Lima, təcavüz ittihamlarına görə oyunçuların etirazları ilə üzləşərək, hazırda çalışdığı “Santos”dan istefa verib.

    Qaynarinfo-nun məlumatına görə, Braziliyanın ən yaxşı qadın komandalarının bəzi üzvləri tərəfindən “Santos”a 19 məktub göndərilib. Lima cinsi qısnama və təhqiramiz davranışlarda ittiham edilib.

    Ancaq 49 yaşlı mütəxəssis ittihamları rədd edib. Pele tərəfindən məşhurlaşan “Santos”, iddiaların sübutunu tapa bilmədiyi üçün baş məşqçi ilə müqaviləni pozmaması sərt reaksiyalara səbəb olub. Etiraz olaraq liqanın liderlərindən “Korintians”ın oyunçuları cümə günü “Santos”la matçdan əvvəl dövlət himni səsləndirilərkən ağızlarını və qulaqlarını bağlayıblar. Digər komandalar da oxşar etirazlar ediblər.

    Bu səbəbdən mütəxəssisin istefası qəbul olunub. Klubdan verilən açıqlamada, “Ailəsinin bütövlüyünü və “Santos”u qorumaq üçün Kleyton Lima istefa ərizəsini təqdim edib” – sözlərinə yer verilib. Həmçinin bildirilib ki, Lima yenidən işə götürüldükdən sonra tənqid və hətta ölüm təhdidləri alıb.

    Keçmiş yarımmüdafiəçi 2011-ci ildə Braziliyanın qadınlardan ibarət millisini çalışdırıb.

  • Барбадос намерен признать независимость Палестины

    Барбадос готов признать Палестину как независимое государство и сохранять при этом отношения с Израилем.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил министр иностранных дел и внешней торговли островного государства Керри Симмондс.

    “Барбадос всегда утверждал в Организации Объединенных Наций, что для достижения палестино-израильского урегулирования должно быть решение на основе сосуществования двух государств. Но по иронии судьбы, несмотря на то, что Барбадос заявлял миру, что мы хотели бы видеть решение на основе двух государств, сам Барбадос никогда не признавал Государство Палестина. Таким образом, существует несоответствие и непоследовательность”, – приводит слова главы ведомства местный новостной портал Barbados Today.

    Он отметил, что заявление о признании Палестины сейчас находится на рассмотрении кабинета министров, чтобы исправить “ошибку, которую допускали на протяжении многих лет”.

  • Barbados Fələstinin müstəqilliyini tanımağa hazırdır

    Barbados İsraillə münasibətlərini qoruyub saxlayaraq Fələstini müstəqil dövlət kimi tanımağa hazırdır.

    Median.Az “Barbados Today”ə istinadən xəbər verir ki, bunu Karib hövzəsindəki ada dövlətinin xarici işlər və xarici ticarət naziri Kerri Simmonds söyləyib.

    Onun sözlərinə görə, Barbados “BMT-də həmişə iki dövlət əsasında həlldən yana olub”: “Barbados dünyaya iki dövlətli həll görmək istədiyimizi söyləsə də, Barbados özü heç vaxt Fələstin Dövlətini tanımayıb. Beləliklə, uyğunsuzluq və ardıcılsızlıq”.

    XİN başçısı qeyd edib ki, Fələstinin tanınması ilə bağlı müraciət indi kabinetdə “uzun illərdir edilən səhvi” düzəltmək üçün nəzərdən keçirilir.