Month: April 2024

  • İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

    İçərişəhərdə yerləşən restorandan oğurluq edən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 9 avqust 1975-ci il təvəllüdlü Məzahir Əsədov (ad-soyad şərti) saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib. İş məhkəməyə göndərilib.

    Məlum olub ki, təqsirləndirilən şəxs İçərişəhərdə yerləşən restoranın sexindən birinin qiyməti 38 manat olan 10 ədəd “lotus pasta” yağı, bir neçə ədəd qaymaq və qatılaşdırılmış süd oğurlayıb. Hadisə nəticəsində zərərçəkmişə 400 manat məbləğində ziyan dəyib.

    Məzahir Əsədov oğurladığı məhsullardan ikisini istifadə edib, onunu isə biri 2,5 manatdan “20 Yanvar” metrostansiyası ərazisində satıb.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 2 aylıq həbs edilib.

  • Türkiyədə qəza yerində qəza olub, 10 nəfər yaralanıb

    Türkiyənin İsparta şəhərində yol qəzası yerinə yardıma gələn polis və ambulans avtomobillərinə başqa nəqliyyat vasitəsi çırpılıb.

    “Report” İHA-ya istinadən xəbər verir ki, iki yol-nəqliyyat hadisəsində biri körpə olmaqla ümumilikdə 10 nəfər yaralanıb.

    Bildirilib ki, qəza yerli vaxtla 12:30 (Bakı vaxtı ilə 13:30) radələrində İsparta – Antalya şosesinin 8-ci kilometrliyində tunel girişində olub. Məlumata görə, zərərçəkmişlərdən üçü birinci, yeddisi ikinci qəzada yaralanıb.

    Qeyd olunub ki, yaralıların vəziyyəti yaxşıdır.

  • Tiflisdə etirazlar davam edir: Rustavelli bağlandı…

    Gürcüstanın paytaxtı Tiflisdə “Xarici agentlər haqqında” qanuna etirazlar davam edir.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Sadə vətəndaşların da qoşulduğu müxtəlif təşkilatlardan olan etirazçılar əvvəlcə Respublika meydanına toplaşıb, daha sonra Rustaveli prospektində parlament binasına doğru hərəkət ediblər.

    Hazırda prospekt bağlıdır.

  • Bu ölkə Fələstini dövlət kimi tanıdı

    Karib dənizindəki ada ölkəsi Barbados Fələstini dövlət kimi tanıyıb.

    Bu barədə Barbados xarici işlər naziri Kerri Simmonds məlumat yayıb.

    “Biz həmişə BMT-nin nəzdində münaqişənin ik dövlətli prinsip çərçivəsinə həllinin tərəfdarı olmuşuq. Ancaq dünyaya bunu söyləməyimizə baxmayaraq, Fələstini dövlət kimi tanımırdıq. Ortada bir uyğunsuzluq mövcud idi. Biz Fələstini bir dövlət kimi tanımadığımız halda necə ikidövlətli həll tələb edə bilərdik? Buna görə də Barbados rəhbərliyi Fələstini dövlət kimi tanımaq qərarına gəlib”, – nazir bildirib.

    Qeyd edək ki, Barbados BMT-yə üzv olan 193 ölkə arasında Fələstini dövlət kimi tanıyan 140-cı ölkə olub.

  • FHN Ağdamda orta məktəbdə mülki müdafiə məşqi keçirdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Ağdam rayon Bənövşələr kənd tam orta məktəbində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.

    “Məşqin nəzəri hissəsi çərçivəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib. Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub. Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib”, – məlumatda qeyd olunub.

  • KİV: Son sutka ərzində 1,2 mindən çox qaçqın Myanmadan Taylanda keçib

    Myanmadan olan 1,2 mindən çox qaçqın hökumət qüvvələri ilə etnik qruplaşmaların yaraqlıları arasındakı silahlı qarşıdurma səbəbindən son sutka ərzində sərhədi keçərək Taylanda keçib.

    Bu barədə TASS “Maticon” qəzetinə istinadən məlumat yayıb.

    Məlumata görə, döyüşlər Myanma ərazisində Tak əyalətinin Mesota ilə qonşu olan Myavadi şəhəri ərazisində gedir. Myanma silahlı qüvvələri yaraqlılara qarşı zərbələr endirmək üçün döyüş helikopterlərindən və “MiQ-29” qırıcılarından istifadə edib.

  • Azərbaycan çempionatı: “Neftçi” bürünc medal qazanıb

    Kişi voleybolçular arasında Azərbaycan çempionatında bürünc medal qazanan komanda bəlli olub.

    “Neftçi” mükafata sahib çıxıb.

    “Ağ-qaralar” üçüncü yer uğrunda görüşdə MOİK-ə qalib gəlib – 3:0 (25:11, 25:15, 25:13).

    Qeyd edək ki, final qarşılaşması aprelin 22-də təşkil olunacaq. Həlledici matçda “Azərreyl” və “Murov Az Terminal” qarşılaşacaq.

  • PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanılıb

    PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.

    Bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

    Qeyd edilib ki, kod adı “Zeynel” olan Durmaz PKK-nın Almaniya üzrə məsul şəxsidir.

  • Завтра в Азербайджане ожидается до 30 градусов тепла

    21 апреля в Баку и на Абшеронском полуострове пройдет преимущественно без осадков. Ночью и утром в некоторых местах ожидается слабый туман.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Будет преобладать умеренный южный ветер. Температура воздуха ночью составит 13-18°, днем – 23-28° тепла. Атмосферное давление понизится с 756 до 754 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 65-75%, днем – 45-55%.

    В районах Азербайджана преимущественно без осадков, однако днем в некоторых горных и предгорных районах ожидаются осадки, которые местами будут интенсивными, возможны грозы, град, в высокогорных районах – снег, местами не исключается туман. Будет преобладать временами усиливающийся восточный ветер.

    Температура воздуха ночью составит 12-17°, днем – 25-30° тепла, в горах ночью 7-12°, днем – 13-18° тепла.

  • Sabah Azərbaycanda 30 dərəcə isti olacaq

    Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

    Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.