Month: April 2024

  • Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub

    Rusiyanın səkkiz bölgəsinə 50 Pilotsuz Uçuş Aparatı (PUA) ilə hücum həyata keçirilib.

    Hücumda istifadə olunan PUA-ların əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

    Məlumata görə, hücum nəticəsində Smolensk vilayətində 2 elektrik yarımstansiyası və neft emalı zavodu zədələnib.

  • Израиль применил три баллистические ракеты во время удара по Ирану

    Израиль во время удара по Ирану 19 апреля применил три баллистические ракеты воздушного базирования.

    Об этом сообщил телеканал NBC News со ссылкой на источники.

    По их словам, ракеты были нацелены на иранскую авиабазу.

    Ранее министр иностранных дел исламской республики Хосейн Амир Абдоллахиан заявил, что Иран расследует, чьи БПЛА были сбиты над Исфаханом в центре Ирана.

    Напомним, что в ночь на 19 апреля Израиль нанес ракетный удар по объекту на территории Ирана, агентство Fars со ссылкой на местные источники сообщило о трех взрывах, которые произошли недалеко от военной базы на северо-западе провинции Исфахан.

  • İsrail İrana hücumda üç ballistik raketdən istifadə edib

    İsrail aprelin 19-da İrana hücumu zamanı üç ballistik raketdən istifadə edib.

    Bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, raketlər İranın aviabazasına yönəlib.

    Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bir müddət əvvəl İsfahan səmasında kimin PUA-larının vurulduğunu araşdırdığını bildirib.

    İsrail rəsmi olaraq hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda “The Washington Post” qəzetinə müsahibəsində yəhudi dövlətinin adı açıqlanmayan nümayəndəsi İsrailin İrandakı hədəflərə zərbə endirmək qabiliyyətini göstərmək üçün bu hücumu həyata keçirdiyini təsdiqləyib.

  • В Баку 18-летняя девушка пострадала при наезде автомобиля на препятствие

    В поселке Забрат Сабунчинского района Баку произошло дорожно-транспортное происшествие, в котором пострадала 18-летняя девушка.

    Автомобиль, в котором находилась Алламова Нармин Габиль гызы (2006 г.р.), наехал на препятствие на обочине дороги. В результате ДТП девушка получила различные травмы.

    Пострадавшую машиной скорой помощи доставили в больницу.

    По факту ведется расследование.

  • Zabratda avtomobil maneəyə çırpılıb, gənc qız xəsarət alıb

    Bakının Sabunçu rayonunda 18 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

    Belə ki, 2006-cı il təvəllüdlü Əlləmova Nərmin Qabil qızının sərnişin olduğu avtomobil yol kənarındakı maneəyə çırpılıb.

    Nəticədə xəsarət alan gənc qız xəstəxanaya çatdırılıb.

    Fakt araşdırılır.

  • Taxta bazarına nə qədər ziyan dəyib?

    Bakının Nərimanov rayonunda yerləşən taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb.
     
    Bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğın söndürmə Qarargahının rəisi Taleh Babayev deyib.
     
    O qeyd edib ki, 800-1000 kv metr ərazi yanıb.
     
    “Əraziyə 70 nəfər şəxsi heyət və 5 texnika cəlb olunub. Yanğın məhdudlaşdırılb. Hadisənin səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat veriləcək”, – T.Babayev qeyd edib.

  • İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

    İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində “Hizbullah” hərəkatının silahlı qanadının azı üç üzvü həlak olub.

    İsrailin endirdiyi zərbələr nəticəsində daha iki döyüşçünün yaralandığı bildirilir.

    Yerli mətbuatın verdiyi məlumata görə, xilasedicilər bombalanmış binanın dağıntılarını təmizləməyə davam edir və qurbanların sayının artacağı istisna edilmir.

    Hələlik Livan tərəfi hadisəyə reaksiya verməyib.

    Mənbə: Al Hadath

  • Bakıda hoteldə yanğın başlayıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

    Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

  • МИД Турции распространил заявление в связи с возвращением Арменией четырех сел Газахского района

    Турция приветствует достигнутую 19 апреля 2024 года на встрече Государственной комиссии по делимитации государственной границы между Азербайджанской Республикой и Республикой Армения и Комиссии по вопросам делимитации государственной границы и пограничной безопасности между Республикой Армения и Азербайджанской Республикой договоренность о возвращении Азербайджану четырех сел, находившихся под оккупацией в течение 30 лет, и продолжении работы по делимитации.

    Об этом говорится в заявлении Министерства иностранных дел Турции.

    “Это позитивное развитие, достигнутое посредством прямых переговоров, является важным шагом на пути к подписанию мирного соглашения”, – подчеркивается в заявлении турецкого ведомства.

    Напомним, 19 апреля 2024 года на границе между Азербайджанской Республикой и Республикой Армения под председательством заместителя премьер-министра Азербайджанской Республики Шахина Мустафаева и вице-премьера Республики Армения Мгера Григоряна состоялась восьмая встреча Государственной комиссии по делимитации государственной границы между Азербайджаном и Арменией и Комиссии по вопросам делимитации государственной границы и пограничной безопасности Армении и Азербайджана.

    В ходе заседания комиссии согласовали ряд вопросов, в том числе возвращение азербайджанской стороне четырех ранее оккупированных сел Газахского района.

  • Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”

    “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan dörd kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılaşmanı alqışlayırıq”.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılaşma ilə bağlı verdiyi açıqlamada bildirilib.

    “Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət irəliləyiş yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır”, – deyə nazirliyin açıqlamasında vurğulanıb.

    Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.