Month: April 2024

  • Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

    Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara, beş alışdırıcı, 33 patron darağı, 1 348 ədəd müxtəlif çaplı patron, iki ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Гутерриш обратился с призывом к Азербайджану и Армении

    Генеральный секретарь Организации Объединенных Наций (ООН) Антониу Гутерриш призывает Азербайджан и Армению решить все оставшиеся двусторонние вопросы для нормализации отношений.

    Об этом говорится в заявлении официального представителя главы всемирной организации Стефана Дюжаррика.

    “Генсек внимательно следил за процессом нормализации отношений между Арменией и Азербайджаном. Он приветствует соглашение, достигнутое 19 апреля между соответствующими государственными комиссиями по делимитации государственной границы между Арменией и Азербайджаном”, – говорится в заявлении.

    “Генсек призывает стороны продолжить делимитацию и демаркацию оставшихся участков границы и решить все нерешенные двусторонние вопросы для полной нормализации отношений”, – отметил Дюжаррик.

    Напомним, 19 апреля 2024 года на границе между Азербайджанской Республикой и Республикой Армения под председательством заместителя премьер-министра Азербайджанской Республики Шахина Мустафаева и вице-премьера Республики Армения Мгера Григоряна состоялась восьмая встреча Государственной комиссии по делимитации государственной границы между Азербайджаном и Арменией и Комиссии по вопросам делимитации государственной границы и пограничной безопасности Армении и Азербайджана.

    В ходе заседания комиссии согласовали ряд вопросов, в том числе возвращение азербайджанской стороне четырех ранее оккупированных сел Газахского района.

    Источник: ТАСС

  • Quterreşdən Azərbaycan və Ermənistana çağırış

    “Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb”.

    Bu barədə təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

    “Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”, – Düjarrik qeyd edib.

    Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Delimitasiya Məsələləri Komissiyasının səkkizinci iclası keçirilib.

    Komissiyanın iclası zamanı bir sıra məsələlər, o cümlədən Qazax rayonunun əvvəllər işğal olunmuş dörd kəndinin Azərbaycan tərəfinə qaytarılması barədə razılıq əldə olunub.

    Mənbə: TASS

  • В Гаджигабульском районе задержаны наркокурьеры

    В Гаджигабульском районе задержаны два наркокурьера.

    Об этом сообщили в ширванской региональной группе пресс-службы МВД.

    Сотрудники районного отдела полиции задержали местных жителей Руслана Гасанова и Эльшана Манафова.

    У них было обнаружено и изъято около 2 кг героина и марихуаны. В ходе следствия было установлено, что Р.Гасанов и Э.Манафов занимались наркокурьерством и должны были доставить обнаруженные у них наркотики в заранее назначенное место.

    Расследование по данному факту продолжается.

  • Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

    Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar.

    Həmin şəxslərdən çəkisi iki kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Araşdırmalar zamanı R.Həsənovun və E.Manafovun narkokuryerlik etdikləri, onlardan aşkarlanan narkotikləri qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər

    Çinin böyük şəhərlərinin təxminən yarısı orta və ya kəskin çökmədən əziyyət çəkir və xüsusən də dünya okeanının səviyyəsi yüksəldikcə bu, milyonlarla insanı daşqın təhlükəsi ilə üz-üzə qoyur.

    Bu barədə Cənubi Çin Pedaqoji Universitetindən Ao Zuruinin rəhbərlik etdiyi alimlər qrupu “Science” jurnalında dərc olunan məqaləsində bildiriblər.

    Çinin şəhər ərazilərinin 45%-i ildə üç millimetrdən, 16%-i isə on millimetrdən çox sürətlə çökür. Bu, yeraltı suların səviyyəsinin aşağı düşməsi və binaların çəkisi ilə bağlıdır.

    Çökmə ilə bağlı itkilər ildə bir milyard dollardan çox təşkil edir və sahilyanı ərazilərin dörddə biri gələn əsr ərzində dəniz səviyyəsindən aşağı düşə bilər.

    Bununla bağlı problemdən ən çox 15 milyondan çox insanın yaşadığı şimaldakı Tyantszin şəhəri əziyyət çəkir. Keçən il burada torpağın bir hissəsi çökdüyü zaman üç min sakin qəfil geoloji fəlakətdən sonra təxliyə edilmişdi.

    Mənbə: octagon.media

  • Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar – VİDEO

    Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub.

    Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:

    “Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqının təyin edildiyi barədə məlumat qeyd olunub”.

    Ətraflı ATV-nin süjetində:

  • Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ – VİDEO

    Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində Azərbaycan dilində məlumatların olmamağı müzakirə mövzusu olub.

    Belə olan halda müştərilər aldıqları məhsulun istehsal tarixini, yararlılıq müddətini, tərkibini, istifadə qaydalarını və digər zəruri məlumatları dəqiq öyrənə bilmirlər.

    Bundan başqa bəzi məhsullar var ki, onlara müəyyən qatqılar əlavə edilir. Məsələn, süd məhsullarının bəzi növləri allergik təsirə malikdir.

    Ətraflı İTV-nin süjetində:

  • В Баку подросток стал биться головой об светофор – ВИДЕО

    Неадекватное поведение юноши на одной из улиц в Баку вызвало удивление у граждан.

    Как видно на кадрах, один из стоявших на обочине дороги подростков сначала ударил светофор ногой, а затем начал биться об него головой.

    Соответствующее видео было опубликовано в соцсетях и стало предметом бурных обсуждений среди пользователей.

    Подробнее – в сюжете ATV:

  • İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu – VİDEO

    Bakıda yeniyetmələrin küçədə anormal hərəkətlər etmələri gündəm olub.

    Belə ki, paytaxt ərazisində yol kənarında dayanan yeniyetmələrdən biri işıqforu təpikləyib. Kadrlarda yeniyetmənin işıqfora kəllə atdığı da görünür.

    Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb və istifadəçilər tərəfindən müzakirə mövzusuna çevrilib.

    ATV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: