Month: April 2024

  • TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

    Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    “Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, – məlumatda deyilir.

    * * * * *

    Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

    Axşam.az-ın məlumatına görə, müğənni bu gün ürək çatışmazlığından dünyasını dəyişib.

    Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

  • Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

    Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir.

    Xezerxeber.az-ın məlumatına görə, sözügedən bağdakı oturacaqların vəziyyəti sakinləri də narahat edir.

    Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Nizami Mayılov bildirib ki, sözügedən ərazi nəzarətdədir və yaxın günlərdə oturacaqlar təmir olunacaq.

    Qurumdan o da bildirilib ki, oturacaqlar təmir olunub yeniləri ilə əvəzləndikdən sonra əraziyə nəzarət ediləcək. Oturacaqlara maddi ziyan vuranların da aidiyyəti orqanlarla birlikdə müəyyən edilməsi planlaşdırılır.

    Ətraflı süjetdə:

  • Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb

    Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini 1997-ci il təvəllüdlü Elmar İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

    İlkin araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, Hüseyn Abbasov həmyerlisi Elmar İsmayılov ilə rayon ərazisindəki kafelərin birində olan zaman sərxoş halda mübahisə etmiş və nəticədə kəsici-deşici alətlə sonuncuya xəsarət yetirib. Hazırda H. Abbasovun yerinin müəyyən edilərək saxlanılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

  • Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA – VİDEO

    Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır.

    Xezerxeber.az-ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir.

    Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər.

    Bildiriblər ki, brilyant dəstlərin qiyməti 1 200 manatdan başlayır və 20 min manatadək yüksəlir.

    Fantastik fərqi satıcılar müxtəlif cür izah edərək vurğulayıblar ki, qramı ölçülərkən brilyant qaşlar qızıldan ayrılır və onlara çox cüzi qiymət təyin edilir. Ona görə ki, hər üzük üçün xarakterik hazırlanan brilyant qaşların təkrar emalı müşkülə çevrilir.

    Zinət əşyalarının dəstinin qiyməti istehsalçı firmaya və ölkəyə görə dəyişir. Bu da alış qiymətinə təsir elementlərindən hesab edilir.

    Ətraflı süjetdə:

  • Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

    Hindistanın “InterGlobe” şirkəti ABŞ-nin “Archer Aviation” şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır.

    “InterGlobe” Hindistanın ən böyük aviaşirkətlərindən biri olan “IndiGo”ya sahibdir və “Archer Aviation” hava taksilərinin inkişafında dünya liderlərindən biridir. Sonuncu Hindistan şirkətini “Midnight” modelinin 200-ə yaxın şaquli hərəkətli (eVTOL) elektrik avtomobili ilə təmin edəcək. Avtomobilin bir elektrik batareyası ilə 40 dəqiqəyə qədər dörd sərnişin daşıya bilir.

    İlkin olaraq, Yeni Dehlinin simvolik dairəvi meydanı ilə Qurqaon arasında uçuşların həyata keçirilməsi planlaşdırılır. Səyahət vaxtı təqribən yeddi dəqiqə olacaq, adambaşına düşən xərc 2-3 min hind rupisi (24-36 dollar) təşkil edəcək.

    Qeyd edək ki, oxşar marşrutda adi taksi ilə gediş tıxac olmadan təxminən 45 dəqiqə və 700 rupi (8,4 dollar) təşkil edir.

    Mənbə: TASS

  • Suriyada terrorçular 16 hərbçini öldürüb

    Suriya ordusunun və “Milli Müdafiə Qüvvələri”nin azı 16 hərbçisi Homs əyalətində terrorçular tərəfindən öldürülüb.

    Bu barədə “Report” “Al Hadath” telekanalına istinadən xəbər verir.

    Məlumata görə, hərbi avtobusda olan əsgərlər və könüllülər gecə saatlarında Əl-Teybe bölgəsində magistral yolda İŞİD ekstremist qruplaşmasının dəstəsi tərəfindən pusquya salınıb.

    Hadisə yerinə gələn hökumətin xüsusi təyinatlı dəstəsi Suriya səhrasının dərinliklərinə çəkilən terrorçuları geri oturdub. Yaralı hərbçilər xəstəxanaya çatdırılıb.

  • Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

    Bakıda 10-cu dəfə təşkil edilən bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

    Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.

    Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayıb. Nazir iştirakçılara uğurlar arzulayıb: “Dünya Kuboku artıq ənənəvi xarakter daşıyır. Azərbaycanda bütün gimnastika növlərində inkişaf hiss olunur. Bu, dövlət başçısının dəstəyi ilə həyata keçir. Bütün idmançılara uğurlar arzulayıram”.

    Sonra dövlət himni səsləndirilib.

    Qeyd edək ki, aprelin 21-dək təşkil olunacaq Dünya Kubokunda 41 ölkənin 116 gimnastı mübarizə aparır. İdmançılar fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər, eyni zamanda çoxnövçülük proqramında qüvvələrini sınayırlar. Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.
    //report

  • Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq

    Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.

    Masallı rayonu ərazisində yerləşən “Tüklə” qazpaylayıcı stansiyada əhali xəttinin üzərində quraşdırılmış diametri 200 mm-lik siyirtmənin əvəzlənməsi nəzərdə tutulur.

    Bu məqsədlə Boradigah, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Məmmədoba, Ninəlov, Qodman, Böyük Kolatan, Şatıroba, Mahmudovar, Tüklə və Bədəlan kəndlərində ümumilikdə 8900 abonentin qaz təchizatının 22 aprel saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

  • В Казахстане официально запретили вейпы

    Президент Казахстана Касым-Жомарт Токаев подписан закон, запрещающий продажу, распространение некурительных табачных изделий, вейпов, ароматизаторов и жидкостей для них, а также на их рекламу.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Акорды.

    Закон “О внесении изменений и дополнений в некоторые законодательные акты по вопросам здравоохранения” направлен на реализацию поручений президента по принятию системных мер по профилактике и борьбе с распространением среди молодежи никотиносодержащих веществ, говорится в сообщении.

    В конце июля 2023 года сообщалось, что правительство Казахстана приняло решение о полном запрете вейпов, жидкостей и ароматизаторов к ним.

  • Qazaxıstanda veyp rəsmən qadağan edilib

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tüstüsüz tütün məmulatlarının, veyplərin, aromatizatorların və onlar üçün mayelərin satışı və yayılmasını, habelə onların reklamını qadağan edən qanun imzalayıb.

    Bu barədə Akordanın mətbuat xidmətinə istinadən xəbər verir.

    Qeyd edilir ki, “Səhiyyə məsələləri ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun Tokayevin gənclər arasında nikotin tərkibli maddələrin yayılmasının qarşısının alınması və bununla bağlı sistemli tədbirlərin görülməsi barədə verdiyi tapşırıqların icrasına yönəlib.