Month: April 2024

  • Стал известен предварительный мотив убийства азербайджанца в России – ВИДЕО

    По предварительной версии, Назима Ахмедова могли убить из-за женской мести.

    По информации Telegram-канала Mash, в Азербайджане у него осталась неофициальная жена. Она могла нанять киллера.

    С целью поимки преступника в городе Балашиха (Московская область, Россия) ввели план “Перехват”.

    Официальная жена Ахмедова, 61-летняя Офеля, находилась в машине с мужем в момент, когда они приехали к магазину. Ее тоже пытались убить, но киллер промахнулся. Бизнес они вели вместе, поэтому часто ездили на работу вдвоем. По данным открытых источников, продуктовой точкой управлял сын Ахмедова.

    Убийцу проследили по камерам до авто, на котором он скрылся. Сейчас его ищут. Все контролирует Подмосковная прокуратура.

  • Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? – VİDEO

    Bu gün Moskva yaxınlığındakı Balaşixa şəhərində qətlə yetirilən azərbaycanlı iş adamı Nazim Əhmədovun qətl səbəbi qadın intiqamı ola bilər.

    Rusiya mətbuatının yazdığına görə, Əhmədovun Azərbaycanda qeyri-rəsmi həyat yoldaşı var. Cinayət törətmək üçün qatili o tuta bilərdi.

    Əhmədovun rəsmi həyat yoldaşı, 61 yaşlı Ofeliya mağazaya gələn zaman əri ilə birlikdə avtomobildə olub. Onu da öldürməyə cəhd ediblər, lakin alınmayıb.

    Qeyd edək ki, qatil kameralar vasitəsilə qaçıb gizləndiyi avtomobilinə qədər izlənilib. İndi onu axtarırlar.

  • Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib

    Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bu marşrut xətti metronun “Dərnəgül” stansiyası – Süleyman Rüstəm küçəsi (“28 Mall” ticarət mərkəzi) istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olur.

    “33 nömrəli şəhərdaxili müntəzəm marşrut üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada olacaq”, – məlumatda deyilir.

    Xatırladaq ki, sonuncu dəfə bu il fevralın 17-dən metronun “20 Yanvar” stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrut xətti nağdsız ödəniş sisteminə keçirilmişdi.

  • Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər

    Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xaricdə istehsal edilmiş siqaretlər aşkar olunaraq götürülüb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

  • Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

    Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib.

    Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan “Yunis” adlı mağazaya yaxın parklanma yerində öldürülüb.

    Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb. Hadisə iş adamının həyat yoldaşının gözü qarşısında baş verib. Əhmədovun qohumları jurnalistlərə danışıblar ki, bundan əvvəl də onu ölümlə təhdid ediblər.

    Qeyd edək ki, N.Əhmədov və onun həyat yoldaşı 2010-cu ildən “Yunis” adlı mağazanı idarə ediblər.

    Hazırda mağazada işlə bağlı araşdırma aparılır.

    Mənbə: news.ru

  • İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub – VİDEO

    Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan şəxs müəyyən olunub və valideynləri ilə birgə polis idarəsinə dəvət olunub.

    “Profilaktiki söhbətlər aparıldıqdan sonra əmələ görə qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub”, – deyə o qeyd edib.

  • Müştərilər 86 milyon manat depoziti geri çəkdi – “Accessbank”da nə baş verir?

    Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə edilir.

    Sfera.az bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, ötən ilin sonunda bankda 1,052 milyard manat dəyərində depozit olub. Bu ilin birinci rübünün sonunda depozitlərin həcmi 86 milyon manat azalaraq 965 milyon manat olub.

    Bankda olan depozitlərin çox hissəsi fiziki şəxslərə məxsusdur. Rüb ərzində fiziki şəxslərin depozitlərinin həcmi 842,5 milyon manatdan 809,6 milyon manata geriləyib.
    Eyni dinamika hüquqi şəxslərin depozitlərində də baş verib. Üç ay ərzində hüquqi şəxslərin depozitlərinin həcmi 209 milyon manatdan 156 milyon manata enib.
    Depozitlərin azalması bankın öhdəliklərinin və aktivlərinin də azalmasına səbəb olub. Rüb ərzində bankın öhdəliklərinin həcmi təxminən 35 milyon manat azalaraq 1,22 milyard manat, aktivlərin həcmi isə 18 milyon manat azalaraq 1,374 milyard manat olub.

  • Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”

    “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”.

    Bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütü istiqamətlərdə öz təsirini göstərməlidir.

    “Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o demək olacaq ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər”.

    Mənbə: Ermənistan KİV

  • Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Mais Nəzərovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

    Qeyd olunan şəxs Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

  • Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

    Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

    “Report”un Şərqi Avropa bürosuna Ali Radadan verilən məlumata görə, nümayəndə heyətinin səfəri 1-3 may aralığında baş tutacaq.

    Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq Ukrayna nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.