Month: April 2024

  • Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb

    Azərbaycanda 2024-cü ilin I rübündə törədilən 8 930 cinayətin 85 faizi açılıb.

    Bu barədə Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş kollegiya iclasında bildirilib.

    Məlumata görə, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8 930 cinayətin 85 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar, soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər, habelə qrup halında və ailə münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllər 2023-cü ilin üç ayı ilə müqayisədə azalıb.

  • Очередной триумф дипломатии Президента Азербайджана: Армения возвращает оккупированные села

    На восьмой встрече Государственной комиссии по делимитации государственной границы между Азербайджанской Республикой (АР) и Республикой Армения (РА) и Комиссии по вопросам делимитации государственной границы и пограничной безопасности между Республикой Армения и Азербайджанской Республикой была достигнута договоренность о возвращении Азербайджану четырех оккупированных Арменией сел Газахского района.

    Как сообщает АЗЕРТАДЖ, на начальном этапе процесса делимитации стороны предварительно согласовали прохождение отдельных отрезков линии границы непосредственно между населенными пунктами Баганис (РА) – Баганыс Айрым (АР), Воскепар (РА) – Ашагы Аскипара (АР), Киранц (РА) – Хейримлы (АР) и Беркабер (РА) – Гызылгаджылы (АР), с целью их приведения в соответствие с юридически обоснованной межреспубликанской границей, существовавшей в рамках Советского Союза на момент его распада.

    Принято решение, что описание данных отрезков линии границы будет составлено с учетом уточнения координат на основании геодезических измерений на местности, которое будет оформлено соответствующим Протоколом-описанием, который должен быть согласован и подписан сторонами в срок до 15 мая 2024 года.

  • İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

    Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşündə razılıq əldə olunub.

    Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

    Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

  • Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

    Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

    APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb.

    Cinayət-Prosessual Məcəlləyə yeni – 253-1-ci maddə əlavə olunub.

    Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi dedikdə daşınar əmlakın satılmasına, qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlakın icarəyə və ya idarəetməyə verilməsinə və əmlakın yaxşılaşdırılmasına dair tədbirlərin görülməsi başa düşülür. Üzərinə həbs qoyulmuş əmlak mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə idarə edilir.. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərar məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə, məhkəmə icraatı zamanı isə işə baxan məhkəmə tərəfindən qəbul edilir.

    Üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin razılığı olmadan, yalnız əmlak tez xarab olan əşya olduqda və ya əmlakın saxlanılması insanların həyatı, sağlamlığı və ya ətraf mühit üçün təhlükə yaratdıqda satıla bilər. Bu hallar istisna olmaqla, üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə satıla bilər. Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş daşınar əmlakın hərracda satışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.

    Üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə onun yaxşılaşdırılması ilə əlaqədar tədbirlər görülə bilər. Mülkiyyətçinin razılığı olmadan əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər yalnız onun satılmasına dair qərar qüvvəyə mindikdən sonra və həmin qərarda müvafiq yaxşılaşdırma tədbirləri də nəzərdə tutulduqda görülə bilər. Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Üzərinə həbs qoyulmuş qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə icarəyə və ya idarəetməyə verilə bilər. Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsinə, bu tədbirlər həmin əmlakın sübut kimi istifadə edilməsinə və ya digər şəkildə cinayət mühakimə icraatının vəzifələrinə nail olunmasına mane olmadığı halda yol verilir.

    Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi ilə bağlı görülən tədbirlər həmin əmlakın dəyərinin azalmasına və bununla da bu Məcəllənin 248.1.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə (mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək) nail olunmasına mane olmamalıdır. İcarəyə və ya idarəetməyə verilmiş əmlak ona istifadə nəticəsində vurula biləcək mümkün zərərin ödənilməsi məqsədilə sığorta etdirilməlidir. Üzərinə həbs qoyulmuş əmlak cinayət prosesini həyata keçirən orqanlara, həmin orqanların əməkdaşlarına və onların yaxın qohumlarına satıla, onlara icarəyə, idarəetməyə və ya hər hansı digər şəkildə istifadəyə verilə bilməz.

    Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi ilə əlaqədar görülən tədbirlər iş məhkəməyə göndərilənədək və hər bir halda ildə bir dəfədən az olmayaraq müstəqil auditor tərəfindən yoxlanılmalı, nəticələri məhkəməyədək icraat zamanı müstəntiqə və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurora, məhkəmə icraatı zamanı işə baxan məhkəməyə təqdim edilməli və cinayət işinin materiallarına əlavə olunmalıdır. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi və ya bundan imtina edilməsi haqqında məhkəmənin qərarından bu Məcəllədə müəyyən edilmiş qaydada mülkiyyətçi, həmin qərarın hüquq və qanuni mənafelərinə toxunduğu digər şəxslər, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokuror və ya yuxarı prokuror müvafiq olaraq apelyasiya şikayəti və ya protesti verə bilərlər.

    Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Üzərinə həbs qoyulmuş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilən vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) iş üzrə məhkəmənin hökmü və ya digər yekun qərarı qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabında saxlanılır. Məhkəmənin hökmü və ya digər yekun qərarı ilə xüsusi müsadirə tətbiq olunmadıqda və ya əmlakın üzərinə qoyulmuş həbs ləğv edildikdə, əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) mülkiyyətçiyə qaytarılır. Məhkəmənin hökmü və ya digər yekun qərarı ilə xüsusi müsadirə tətbiq edildikdə və ya mülki iddia təmin olunduqda, əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) bu Məcəllənin 248.1.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə (mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək) yönəldilir. Üzərinə həbs qoyulmuş girov və ya ipoteka ilə yüklü edilmiş əmlakın idarə edilməsi ilə əlaqədar qərar qəbul edilərkən girov saxlayanın (ipoteka saxlayanın) və əmlaka dair hüquqları olan digər şəxslərin hüquq və qanuni mənafeləri nəzərə alınmalıdır. Üzərinə həbs qoyulmuş əmlak girov və ya ipoteka ilə yüklü edilmişdirsə, həmin əmlak satıldıqda girov saxlayanın (ipoteka saxlayanın) yazılı razılığı alınmalı, həmin əmlak icarəyə və ya idarəetməyə verildikdə isə girov saxlayanın (ipoteka saxlayanın) üstünlük hüquqları gözlənilməlidir.

  • Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək

    Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində görkəmli rus şairi A.S.Puşkinin (1799–1837) anadan olmasının 225 illiyi münasibətilə “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək.

    Kult.az xəbər verir ki, layihə çərçivəsində ilk dəfə iki ölkənin – Azərbaycan və Rusiyanın incəsənət ustaları birgə çıxış edəcəklər. Rusiyalı vokal ifaçısı, beynəlxalq müsabiqələr laureatı Aleksandr Suxanov (bariton), Azərbaycanın əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərovun (kontratenor) ifaları təqdim olunacaq.

    Qeyd edək ki, layihənin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi pianoçu Yuliya Kərimovadır.

  • Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

    Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.

    Bu barədə Kremldən bildirilib.

    Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

    Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur Magistralının (BAM) veteranları ilə görüşəcəklər.

  • Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu

    Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümlə nəticələnən qəzanın iştirakçısı olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

    İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq VAZ-21011 markalı avtomobilə çırpılıb. Qəzanın təsirindən VAZ-ın sürücüsü Asim Məmmədov hadisə yerində ölüb.

    L.Süleymanovaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai dövr müddətində L.Süleymanova haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Təqsirləndirilən xanım məhkəmədəki ifadəsində özünü təqsirli bilmədiyini deyərək qəza törətdiyi avtomobilin sahibinin onu təhrik etdiyini deyib. L.Süleymanova bildirib ki, hadisə günü maşının yiyəsi sərxoş vəziyyətdə olub. Bu səbəbdən ondan sükan arxasına keçməsini istəyib. Onun sözlərinə əsasən, sürücülük hüququnun olmadığını desə də, avtomobilin sahibi olan Fərid (şərti) ona narahat olmamağı məsləhət bilib.

    Qəzada həyatını itirən A.Məmmədovun həyat yoldaşı hüququ varis kimi tanınıb. O, təqsirləndirilən xanımı bağışlamadığını, qanunauyğun şəkildə cəzalandırılmasını istədiyini deyib.

    Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham dəlil, sübutlar və şahid ifadələri ilə təsdiqini tapıb. Bu səbəbdən ona törətdiyi cinayətə görə sanksiya həddində cəza təyin edilməlidir.

    Hökmə əsasən, L.Süleymanova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xanım müttəhim məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

  • Abel Məhərrəmov məhkəməyə verildi

    Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib.

    “Qaynarinfo” xəbər verir ki, iddiaçı Nazim Fərrux oğlu Əmirovdur.

    Onun iddia tələbi torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İş hakim Fuad Məmmədovun icraatındadır. Mayın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.

    Nazim Əmirov Abel Məhərrəmovla yanaşı, onun xanımı Rəhimə Mahmudovanı, İlqar Nizami oğlu Tağıyevi və Nizami Haqverdi oğlu Tağıyevi də məhkəməyə verib.

    İddialara görə, məsələnin kökündə Abel Məhərrəmovun Xaçmaz rayonunun Seyidlikəndyeri kəndindəki hoteli ilə bağlıdır. Bu hotelin tikintisinə 2008-ci ildə icazə verilib.

    Rəsmi sənədlərdə tikintinin sifarişçisi kimi Rəhimə Mahmudovanın adı qeyd edilib. Layihəni icra edən isə “Grandproje” şirkəti olub.

    Seyidlikəndyeri Nabran qəsəbəsinin yaxınlığında yerləşir və Nabran bələdiyyəsinin ərazisi hesab edilir. Bir neçə il əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, Nabranda fəaliyyət göstərən “El Faro hotel Nabran” Abel Məhərrəmova məxsusdur. 200 hektar ərazidə yerləşən obyektin 61 milyon manat dəyərində olduğu iddia edilir.

    Baş verənlərlə bağlı Abel Məhərrəmovun mövqeyini öyrənmək mümkün olmayıb.

  • Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb – FOTO

    Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkar edilib.

    Bu barədə Median.Az DVX-yə istinadən xəbər verir. Qeyd edilib ki, həmin ünvanda Baş idarə tərəfindən həyata keçirilən operativ nəzarət tədbiri zamanı müxtəlif ticarət nişanlarını və onların qablaşdırmalarını saxtalaşdırmaqla naməlum tərkibli kimyəvi və yuyucu məişət vasitələrinin, aksiz markası ilə markalanmadan və ya saxta aksiz markalarından istifadə etməklə spirtli içkilərin istehsalı, saxlanılması və satışının həyata keçirilməsi halları müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Əliyev Ülvi Sarif oğluna məxsus olduğu təsbit edilib.

    Nəzarət tədbiri zamanı külli miqdarda hazır və qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün kustar üsullu avadanlıqlar, xammal, qablaşdırma materialları, saxta aksizlər və etiketlər aşkar olunaraq götürülüb. Qanunsuz istehsal obyektində 6.600-dən çox “Domestos” markalı hazır məhsul, 960 ədəd “İpek” və 650 ədəd “Head and Shoulders” markalı şampunlar, 240 ədəd “Luxury Shave Cream”, 970 ədəd “Gold power” ticarət adlı hazır məhsullar, 2.630 ədəd “Fairy” qabyuyan hazır məhsul, 200 “Surescents” havatəmizləyici, habelə 31.700-dən çox “Domestos”, “Perwol”, “Prill”, “ACB”, “Fairy”, “İpek”, “Head and Shoulders” etiketli və ya etiketsiz boş qablar və xammal müəyyən edilib.

    Qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və standartlara əməl olunmadan istehsalı prosesi qurulub, əsasən, kiçiktutumlu araq məhsulları istehsal edilərək saxta etiketlər vurulmaqla satış bazarlarına yönəldilib. Tədbir zamanı qanunsuz sahibkarlıq fəaliyyətində istifadə edildiyi müəyyənləşdirilən 29.500 ədəd şüşə butulka, 74 ədəd saxta aksizli hazır məhsul, 1.100 ədəd etiketsiz yarımfabrikat araq məhsulu, 1.900 litr araq xammalı, 3.700 ədəd saxta aksiz markası, külli miqdarda müxtəlif markalara məxsus etiketlər, qapaqlar, həmçinin 600 litr xlor xammalı aşkar edilib.

    İstehsal sahəsinə keçirilmiş baxış zamanı qida məhsulları ilə kimyəvi məişət vasitələrinin istehsalının paralel şəkildə və bəzən bir-birinə qarışmaqla həyata keçirildiyi, sanitar normaların kobud surətdə pozulduğu, bununla da əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıldığı təsbit olunub. Hazırlanmış saxta məhsulların kiçik mağazalar, eyni zamanda, ölkənin bölgələrində yerləşən satış nöqtələri vasitəsilə istehlak bazarlarında reallaşdırılması nəzərdə tutulurdu.

    Aşkar olunmuş hallarla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır. Müvafiq sənədləşmələr həyata keçirildikdən sonra saxta məhsullar müsadirə olunub. Nəzarət tədbirləri zamanı müəyyən edilmiş faktlarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məlumat verilib.






  • Джейхун Байрамов обсудил с премьер-министром Палестины ситуацию в Газе

    Министр иностранных дел Азербайджанской Республики (АР) Джейхун Байрамов провел телефонный разговор с премьер-министром Государства Палестина, министром иностранных дел и по делам проживающих за рубежом палестинцев Мохаммедом Мустафой.

    Об этом сообщили в пресс-службе внешнеполитического ведомства АР.

    Согласно информации, в ходе телефонного разговора были обсуждены вопросы, стоящие на повестке двустороннего и многостороннего сотрудничества между Азербайджаном и Палестиной, а также ситуация в секторе Газа.