Month: April 2024

  • В иранской провинции Исфахан произошел взрыв

    Взрыв прогремел в иранской провинции Исфахан, расположенной в центре страны.

    Как передает Report, об этом сообщило агентство Fars.

    По его информации, взрыв мог произойти на северо-востоке провинции недалеко от международного аэропорта Исфахана и базы армейских ВВС. Его причины устанавливаются.

    Примерно через 40 минут агентство со ссылкой на местные источники сообщило еще о трех взрывах, которые произошли недалеко от военной базы на северо-западе провинции.

    По их сведениям, звуки взрывов слышны в городе Кехджаваристан, расположенном недалеко от аэропорта административного центра провинции и 8-й базы иранских военно-воздушных сил.

    Ранее телеканал ABC со ссылкой на американского чиновника сообщил, что Израиль нанес ракетный удар по объекту на территории Ирана.

  • İranda partlayış baş verib

    İranın mərkəzində yerləşən İsfahan əyalətində partlayış baş verib.

    Bu barədə “Fars” agentliyi xəbər yayıb.

    Məlumata görə, partlayış vilayətin şimal-şərqində, İsfahan beynəlxalq hava limanı və ordunun hərbi hava qüvvələri bazası yaxınlığında baş verə bilərdi.

    Hadisənin səbəbləri müəyyənləşdirilir.

    Bundan əvvəl ABC telekanalı amerikalı rəsmiyə istinadən İsrailin İrandakı obyektə raket hücum təşkil etdiyini bildirmişdi.

  • Гаити потребовал от Франции миллиардных репараций

    Франция должна вернуть Гаити “выкуп”, который остров ранее заплатил за свою независимость, сообщается со ссылкой на заявление коалиции групп гражданского общества. Размер репараций исчисляется миллиардами долларов.

    Гаити стал первым островом в регионе, получившим независимость в 1804 году после восстания порабощенных людей. Но позже Франция ввела суровые репарации за потерянный доход, которые страна в Карибском море платила до 1947 года.

    Группа из примерно 20 неправительственных организаций, находящихся в настоящее время в Женеве для участия в Постоянном форуме ООН по делам лиц африканского происхождения, ищет независимую комиссию для наблюдения за возмещением долга, который они называют “выкупом”. Они говорят, что деньги нужны стране, где в апреле был создан Переходный совет.

    Ранее СМИ подсчитали, что Гаити выплатила Франции 21 млрд долларов. Но активисты требуют больше. “Это 21 млрд долларов плюс 200 лет, во время которых Франция пользовалась всеми ресурсами. Поэтому мы говорим, скорее, о 150 млрд долларов, 200 млрд долларов или больше”, – сказала профессор Global Race в Университете Британской Колумбии Джемайма Пьер.

    Гуманитарный кризис на Гаити, обострившийся в марте, начался после убийства в 2021 году президента Жовенеля Моиза и землетрясения, которое в августе того же года унесло жизни свыше 2 200 человек. Банды контролируют уже более 80% территории столицы Гаити. Франция и США эвакуировали своих граждан из страны.

    Источник: octagon.media

  • Haiti Fransadan milyardlarla təzminat tələb edir

    Fransa Haitinin müstəqillik üçün əvvəllər ödədiyi “girovu” adaya qaytarmalıdır. Bu barədə Haiti vətəndaş cəmiyyəti qruplarının koalisiyası bəyanat yayıb.

    Bildirilib ki, təzminatlar milyardlarla dollar təşkil edir. Bəzi ekspertlər bu məbləği 21 milyard, bəziləri isə 150-200 milyard dollar həcmində hesablayıblar.

    Qeyd edək ki, Haiti 1804-cü ildə üsyandan sonra bölgədə müstəqillik qazanan ilk ada olub. Lakin Fransa daha sonra itirilmiş gəlir üçün sərt kompensasiyalar tətbiq edib. Karib hövzəsi ölkəsi bu məbləği 1947-ci ilə qədər ödəyib.

    Mənbə: octagon.media

  • Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb

    Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdelvahab Osmanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Bildirilib ki, C.Bayramov ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan və Əlcəzair arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdelvahab Osmana təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Tərəflər Azərbaycanla Əlcəzair arasında artan tərəfdaşlığın, dost münasibətlərin, yüksək səviyyəli təmasların məmnunluq doğurduğunu vurğulayıblar. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, enerji, parlamentlərarası əlaqələr və digər istiqamətlərdə əlaqələrin genişləndirilməsi sahələrində qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunub. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurla əməkdaşlığı davam etdirdiyi bildirilib.

    Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Əlcəzairin, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hər zaman dəstək olmasının tərəfimizdən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Nazir, həmçinin səfirə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanla münasibətlərin normallaşması prosesi barədə məlumat verib.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Sankt-Peterburqa güclü qar yağıb

    Cümə günü günortadan sonra Sankt-Peterburq və Leninqrad vilayətinin bəzi ərazilərinə güclü qar yağmağa başlayıb.

    Bu barədə Rusiya mediasına istinadən xəbər verir.

    Qar yağması Moskva və Frunzenski rayonlarında da müşahidə olunub.

    Qazonlarda və səkilərdə qar təbəqəsi əmələ gəlib, dayanacaqlardakı avtomobillər də qarla örtülüb.
    //Baku.ws

  • СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов

    Администрация президента США Джо Байдена рассматривает возможность предоставить вооружения Израилю на более чем 1 млрд долларов, что станет самой дорогой по стоимости помощью с начала операции еврейского государства в секторе Газа и первой с начала эскалации с Ираном.

    Об этом сообщила газета The Wall Street Journal (WSJ) со ссылкой на американских чиновников.

    По ее данным, новые сделки в дополнение к рассматриваемому в Конгрессе США пакету помощи предполагают поставку танковых боеприпасов на 700 млн долларов, военного транспорта на 500 млн долларов и минометных снарядов на 100 млн долларов. Такая поддержка также потребует одобрения со стороны американских законодателей. WSJ пишет, что могут пройти “месяцы или годы”, прежде чем вооружения будут поставлены.

    Кроме того, согласно информации издания, эти сделки могут встретить еще больше сопротивления в Конгрессе, поскольку речь идет о вооружениях, которые Израиль использует в Газе и мог бы применить при вторжении в Ливан для противостояния вооруженным отрядам “Хезболла”, а не для защиты собственной территории.

    В США несколько месяцев обсуждают запрос администрации на выделение более 100 млрд долларов на помощь Израилю и Украине, а также противодействие Китаю и России. 17 апреля отдельные законопроекты об оказании финансовой помощи Украине, Израилю и союзникам США в Индо-Тихоокеанском регионе были представлены в Палате представителей Конгресса. Голосование по ним ожидается 20 апреля. Байден заявил, что подпишет представленные законопроекты в случае их одобрения американским законодательным органом.

    Источник: ТАСС

  • ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər

    ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrailə bir milyard dollardan çox silah yardımı etməyi düşünür ki, bu, Qəzza zolağında əməliyyatın başlamasından bəri ən bahalı və İranla gərginliyin başlamasından bəri ilk yardım olacaq.

    Məlumata görə, yeni sövdələşmələr ABŞ Konqresində nəzərdən keçirilən yardım paketinə əlavə olaraq 700 milyon dollar dəyərində tank sursatının, 500 milyon dollar dəyərində hərbi maşınların və 100 milyon dollar dəyərində minaatan mərmilərinin tədarükünü nəzərdə tutur.

    Qeyd olunur ki, bu sövdələşmələr Konqresdə daha çox müqavimətlə üzləşə bilər, çünki söhbət İsrailin Qəzzada istifadə etdiyi və Livana hücum zamanı “Hizbullah”ın silahlı qrupları ilə mübarizə aparmaq üçün istifadə edə biləcəyi silahlardan gedir.

    Mənbə: TASS

  • Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir – VİDEO

    Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə cari ilin aprel ayının 1-dən başlayan qəbul davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları:
    https://mod.gov.az//images/pdf/6820fc0062066317e21e6b2507739a3a.pdf

    Bakı və Gəncə şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hərbi kolleclərə 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları:
    https://mod.gov.az//images/pdf/90e7f8bb492b3aaba8db4f491c41d9fc.pdf

    Hərbi liseylərə 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları:
    https://mod.gov.az//images/pdf/d8f357bcb988da7b395094a8e0b657a0.pdf

    Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi feldşer işi ixtisası üzrə 2024/2025-cü tədris ili üçün qəbul qaydaları:
    https://mod.gov.az//images/pdf/7a51dfc4a8cd9fa12a2feb03840819f8.pdf

    Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb, Stomatologiya, İctimai səhiyyə və Əczaçılıq ixtisasları üzrə 2024/2025-cü tədris ili üçün qəbul qaydaları:
    https://mod.gov.az//images/pdf/7acf5e1111c9007d0fd882288afde50b.pdf

    Vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Sözügedən təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.

    Sənəd qəbulu mərkəzlərinin ünvanları aşağıdakı kimidir:

    Bakı şəhəri üzrə:

    – Heydər Əliyev adına Hərbi İnstitut (Ünvan: Xətai rayonu, Polad Həşimov küçəsi, 9);

    – Cəmşid Naxçıvanski adına Hərbi Lisey (Ünvan: Xətai rayonu, Polad Həşimov küçəsi, 1);

    – Hərbi Tibb Fakültəsi (Ünvan: Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3).

    Sumqayıt şəhəri üzrə:

    – Sumqayıt şəhər 3 nömrəli tam orta məktəb (Ünvan: Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospekti, 345);

    – Abşeron rayonu üzrə təhsil sektorunun inzibati binası (Ünvan: Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi, 7).

    Gəncə şəhəri üzrə:

    – Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəb (Ünvan: Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 2);

    – Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb (Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, 79).

    Lənkəran şəhəri üzrə:

    – Lənkəran şəhər 1 saylı tam orta məktəb (Ünvan: Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsi, 6).

    Cəlilabad şəhəri üzrə:

    – Cəlilabad rayon üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 1).

    Mingəçevir şəhəri üzrə:

    – Mingəçevir şəhər, N. Ahangari adına 13 saylı tam orta məktəb (Ünvan: Mingəçevir şəhəri, Ərəsş küçəsi, 4).

    Beyləqan şəhəri üzrə:

    – Beyləqan rayonu üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti, 12).

    Bərdə şəhəri üzrə:

    – Qarabağ Regional Təhsil İdarəsinin inzibati binası (Ünvan: Bərdə şəhəri, H.Əliyev prospekti, 1).

    Qazax şəhəri üzrə:

    – Qazax şəhər, M.Hüseyn adına məktəb-lisey (Ünvan: Qazax şəhəri, H.Əliyev prospekti, 150).

    Quba şəhəri üzrə:

    – Quba şəhər, Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey (Ünvan: Quba şəhəri, Əliqulu Nərimanov küçəsi).

    Qəbələ şəhəri üzrə:

    – Qəbələ rayon üzrə təhsil sektorunun inzibati binası (Ünvan: Qəbələ şəhəri, Heydər Əliyev prospekti, 40).

    Şirvan şəhəri üzrə:

    – Şirvan şəhəri üzə təhsil sektoru inzibati binası (Ünvan: Şirvan şəhəri, İstiqlaliyyət prospekti, 10).

    Naxçıvan MR üzrə:

    – Heydər Əliyev adına Hərbi Lisey (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 12).

    Qeyd edək ki, təhsil müddəti boyunca kursantlara aşağıdakı aylıq ödəmələr təmin edilir:

    Ali təhsil müəssisəsi üzrə:

    – 150 manat məbləğində təqaüd;

    – 200 manat məbləğində ailə üzvlərinə maddi yardım;

    – 200 manat məbləğində hesabda yığılan ödəniş.

    Hərbi kolleclər üzrə:

    – 100 manat məbləğində təqaüd;

    – 200 manat məbləğində ailə üzvlərinə maddi yardım;

    – 150 manat məbləğində hesabda yığılan ödəniş.

    Hərbi liseylər üzrə:

    – 50 manat məbləğində təqaüd;

    – 100 manat məbləğində ailə üzvlərinə maddi yardım;

    – 100 manat məbləğində hesabda yığılan ödəniş.

    Qəbul qaydaları və tədris prosesi ilə bağlı ətraflı məlumat almaq üçün, mmu.edu.az veb-saytına daxil olun və ya “0811” qısa nömrəsinə zəng edin.

  • Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib

    Cinayət yolu ilə şəxslərə vurulmuş 77 668 996 manat maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib.

    Bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nazirliyin kollegiya iclasında deyib.

    Qeyd edilib ki, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1 572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb.

    Vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədən müraciətlərə baxılmasının vəziyyətinə toxunan nazir bu istiqamətlərdə nəticələrin müsbət olduğunu nəzərə çatdırıb.