Month: April 2024

  • Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib

    Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

    Turun açılış oyunu Tovuzda keçirilib.

    “Turan Tovuz” doğma azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib. Birinci hissə qonaqların üstünlüyü şəraitində keçib. “Gənclik şəhəri” təmsilçisi ardıcıl qollar sayəsində 2 top fərqi ilə önə keçib. Əvvəlcə 15-ci dəqiqədə Şəhriyar Əliyev avtoqol müəllifi olub. 22-ci dəqiqədə isə Erik Sorqa adını tabloya yazdırıb.

    Qərb təmsilçisi fasilədən dərhal sonra fərqi minimuma endirib. Otto Con 52-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirib. Lakin tovuzluların bundan artığına gücləri çatmayıb. Əvəzində qonaqlar 88-ci dəqiqədə üçüncü dəfə rəqibi mərkəzə dəvət ediblər: Səbuhi Abdullazadə fərqlənib. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə Cordan Rezabala qoyub.

    Beləliklə, 4:1 hesablı qələbə qazanan “Sumqayıt” xallarının sayını 47-yə yüksəldib. “Turan Tovuz” isə 42 xalda qalıb.

    Qeyd edək ki, turun digər oyunları aprelin 20-21-də keçiriləcək.
    //report

  • Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

    Aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

    Çaylarda sululuğun artacağı ehtimal olunur.

  • Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib

    Maliyyə Nazirliyi məcburi audit subyekti olan kommersiya qurumlarına müraciət edib.

    Müraciətdə deyilir:

    “Auditor xidməti haqqında” Qanuna əsasən audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

    Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Qapalı səhmdar cəmiyyəti bu qanunun 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur”.

    Bundan başqa, illik hesabatının və maliyyə hesabatlarının (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.

    “Auditor xidməti haqqında” Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət müəyyən edilib.
    //report

    Xatırladaq ki, maliyyə hesabatlarının dərc edilməsi üçün son tarix mayın 31-dir.

  • Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

    Bu il yanvarın 5-də Füzuli rayonunun Kürdmahmudlu kənd sakini 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    Bu barədə  Füzuli Rayon Prokurorluğundan məlumat verilib.

    İstintaqla 2005-ci il təvəllüdlü Neymət Bayramlının rayonun Aşağı Kürdmahmudlu kəndi ərazisində heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Azər Allahverdiyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Neymət Bayramlıya Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • МВД Грузии: Митингующие пытались штурмовать здание парламента

    За три дня митингов против поправок к закону об иноагентах у парламента в центре Тбилиси были задержаны 40 человек.

    Как передает Median.Az со ссылкой на грузинские СМИ, об глава МВД Грузии Вахтанг Гомелаури сказал в парламенте.

    По его словам, пострадали пять полицейских, двое из них были госпитализированы.

    Участники митинга планировали штурмом взять здание парламента.

    “Они также пытались ворваться в административное здание, звучали призывы к штурму здания правительственной канцелярии, преследовали и словесно оскорбляли полицейских. Особенно активно действовали представители оппозиционных партий”, – отметил он.

    Отметим, что парламент Грузии одобрил поправки в первом чтении 17 апреля, после чего протесты в Тбилиси стали более многочисленными.

  • Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb

    Aprelin 15 və 16-da Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis əməkdaşı yaralanıb.

    Bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

    “Etirazçıların zorakı hərəkətləri nəticəsində 5 polis əməkdaşı xəsarət alıb, onlardan ikisi ağır bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilib. Ümumilikdə 40 nəfəri inzibati qaydada saxlamışıq”, – o qeyd edib.

  • Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik

    G7 İsrailin təhlükəsizliyinə sadiqdir.

    Bunu ABŞ Dövlət katibi Antoni Blinken G7 ölkələrinin XİN başçılarının İtaliyanın Kapri adasında keçirdiyi görüşdən sonra bildirib.

    O qeyd edib ki, G7 İranın İsrailə qarşı misli görünməmiş hücumunu pisləyib:

    “Bu, əhatə və miqyasda misli görünməmiş bir şey idi. Əhatəni ona görə deyirəm ki, İrandan İsrailə birbaşa hücum idi. Miqyası vurğulama səbəbim isə balistik raketlər də daxil olmaqla 300-dən çox döyüş sursatının istifadə edilməsidir. Biz İsrailin təhlükəsizliyinə, həmçinin gərginliyi azaltmağa, bu gərginliyi sona çatdırmağa çalışmağa sadiqik”.

    A.Blinken deyib ki, tezliklə G7-nin bəyanatında İranı sabitliyi pozan fəaliyyətlərinə görə hesabat vermə öhdəliyi olacaq:

    “O, raket və pilotsuz uçuş aparatı imkanlarını aşağı salmaqla hesaba çəkilir”.

    Qeyd edək ki, aprelin 13-də İran İsrailə kütləvi raket hücumu edib. İsrail və ABŞ hava hücumundan müdafiə qüvvələri atılan raketləri zərərsizləşdirsə də, İran rəsmiləri qarşılarına qoyduqları məqsədlərə nail olduqlarını bildiriblər.

  • “Roma” klubu hücumçusu ilə bağlı qərar verib

    İtaliyanın “Roma” klubu icarə əsasında komandada çıxış edən Romelu Lukakunun gələcəyi ilə bağlı qərar verib.

    “Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, paytaxt təmsilçisi belçikalı hücumçu üçün 43 milyon avro ödəməyi planlaşdırmır.

    Forvard böyük ehtimalla yayda müqavilə ilə məxsus olduğu İngiltərənin “Çelsi” klubuna qayıdacaq. Lakin o, yenidən komandasını dəyişə bilər.

    Səudiyyə Ərəbistanının bir neçə klubu da Lukaku ilə maraqlanır.

    Qeyd edək ki, futbolçu cari mövsüm A Seriyasında 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Завтра воздух в Азербайджане прогреется до 30 градусов

    Завтра в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, в основном без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Будет преобладать умеренный северо-западный ветер. Температура воздуха составит ночью 13-18°, днем – 24-29° тепла. Атмосферное давление – 758 мм ртутного столба. Относительная влажность воздуха будет ночью 65-70%, днем – 40-45%.

    В районах Азербайджана завтрашний день пройдет преимущественно без осадков. Однако днем в некоторых горных и предгорных районах временами ожидаются осадки, местами возможны грозы, град. Ночью и утром местами туман, умеренный восточный ветер.

    Температура воздуха составит ночью 12-17°, днем 25-30° тепла, в горах ночью 5-10°, днем 15-20° тепла.

  • Sabah 30 dərəcə isti olacaq – PROQNOZ

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Havanın temperaturu gecə 13-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.