Month: May 2024

  • Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? – SƏBƏB

    “Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır”.

    Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb.

    Mütəxəssisin sözlərinə görə, atmosfer təzyiqi dəyişdikdə oynaqlar daha sərt olur, bu da onları mexaniki gərginliyə və ya sürtünməyə daha həssas edir. Bundan əlavə, temperaturun dəyişməsi bədəndəki təzyiqi poza və sinir uclarını daha həssas edə bilər.

    Revmatoloq qeyd edib ki, ağrının yaranması və onun intensivliyinin oynağın vəziyyətindən, onun içərisindəki mayedən, subxondral kista və ya zədələnmənin mövcud olub-olmamasından asılıdır. Məsələn, atmosfer təzyiqi artdıqda kistanın daxilindəki təzyiq də artır. Bu ağrı reseptorlarına daha çox təzyiq göstərməyə başlayır və narahatlığa səbəb olur.

    Həkim vurğulayıb ki, ağrı təkcə hava dəyişikliyinə görə deyil, həm də stress və emosional gərginlik fonunda da güclənə bilər.

    Mənbə: gazeta.ru

  • Şumaxerin saat kolleksiyası hərracda astronomik qiymətə satıldı

    “Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin saat kolleksiyası Cenevrədə keçirilən hərracda 4,4 milyon dollara satılıb.

    Hərrac “Christie’s” ticarət evində təşkil edilib.

    Kolleksiyada səkkiz qol saatı olub. Hərrac M.Şumaxerin ailəsi tərəfindən təşkil olunub.

    Məlumat üçün əlavə edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik kurortunda ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir. Müalicəsini maliyyələşdirmək üçün ailəsi vaxtaşırı idman əfsanəsinə məxsus şəxsi əşyalarının hərracdan satışını həyata keçirir.

    Mənbə: Aif.ru

  • Məşhur serialın ikinci mövsümünün yayım tarixi açıqlandı

    “Netflix”in məşhur serialı “Squid Game”in ikinci mövsümünün yayım tarixi açıqlanıb.

    Serialın ilk mövsümü 2021-ci ilin sentyabrında “Netflix”də doqquz epizodda yayımlanıb.

    Məlumata görə, ekran əsərinin yeni bölümləri dekabrdan etibarən izləyicilərin görüşünə gələcək.

    “Netflix” hələ rəsmi olaraq ikinci mövsümün premyera tarixini açıqlamayıb, lakin layihənin baş direktoru Ted Sarandos yeni mövsümün 2024-cü ilin ikinci yarısında çıxacağını bildirib.

    Qeyd edək ki, 2022-ci ildə serial 14 “Emmi” mükafatına namizəd olub və onlardan altısını qazanıb.

    Mənbə: Haber Global

  • FIFA-ya yeni baş katib təyin edildi

    FIFA Şurası rəsmi olaraq Mattias Qrafströmanı (İsveç/Niderland) təşkilatın baş katibi təyin edib.

    Bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

    Mattias Qrafström bundan əvvəl 2023-cü ilin oktyabr ayından FIFA-nın müvəqqəti baş katibi vəzifəsində çalışıb.

    “FIFA-nın baş katibi vəzifəsinə təyin olunmaqdan qürur duyuram və FIFA prezidenti Canni İnfantinoya, konfederasiya prezidentlərinə, vitse-prezidentlərə və FIFA Şurasının üzvlərinə belə mühüm vəzifədə futbola xidmət etməyi mənə həvalə etdikləri üçün təşəkkür etmək istəyirəm”, – o bildirib.

  • Обнародованы кадры с церемонии проводов российских миротворцев – ВИДЕО

    Обнародованы новые кадры с церемонии проводов российского миротворческого контингента.

    Соответствующий сюжет подготовил телеканал AzTV.

    Следует отметить, что на мероприятии представители азербайджанской молодежи исполнили танец яллы.

    Представляем данное видео:

  • Sülhməramlıları yolasalma mərasimindən möhtəşəm GÖRÜNTÜLƏR – VİDEO

    Sülhməramlıların yolasalma mərasimindən yeni görüntülər yayılıb.

    Bu barədə görüntülər AZTV-də yayımlanıb.

    Kadrlarda Xocalıdakı gənclərin “yallı” rəqsini görmək mümkündür.

    Həmin görüntüləri təqdim edirik:

  • Названа причина возникновения пожара в цветочном магазине Ağ çiçəyim – ВИДЕО

    Предполагается, что пожар в цветочном магазине, расположенном на проспекте Азадлыг в Насиминском районе Баку, произошел из-за неисправности в электросети.

    Об этом в заявлении журналистам сказал глава Исполнительной власти Насиминского района Асиф Аскеров.

    По его словам, в результате происшествия никто не пострадал, однако частным домам нанесен незначительный ущерб.

    Подробнее – в сюжете Baku TV:

  • “Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI – VİDEO

    “Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir”.

    Bunu Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və fərdi yaşayış evlərinə cüzi ziyan dəyib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Ухудшилось состояние здоровья известного азербайджанского композитора

    У известного азербайджанского композитора Атиги Алекперовой возникли проблемы со здоровьем.

    Об этом сообщили в передаче Elgizlə izlə.

    А.Алекперова отметила, что чувствует себя очень плохо: “Разговариваю с трудом. У меня боли в области лопатки”.

    Отметим, что деятель культуры в течение 5 лет получала лечение в психиатрическом диспансере. У нее две дочери, которые живут за рубежом. А.Алекперова не общается с одной из них, другая дочь помогает ей материально.

    Композитор является автором таких произведений, как “Allah, mənim köməyim ol!”, “Belə ayrılmayaydıq”, “Bənzərsizim”, “Bu gündən belə, bu hələ harasıdır!”, “Dünya” и “Geri dön”.

  • Tanınmış bəstəkarın səhhəti pisləşdi

    Bəstəkar Ətiqə Ələkbərovanın səhhətində problem yaranıb.

    Bu barədə “Elgizlə izlə” verilişində məlumat verilib.

    O bildirib ki, özünü çox pis hiss edir:

    “Güclə danışıram. Kürəyimdə ağrılar var”.

    Qeyd edək ki, Ə.Ələkbərova beş il ruhi xəstəxanada müalicə alıb. Bəstəkarın xaricdə yaşayan iki qızı var. Bəstəkar övladının biri ilə danışmır. Digər qızı isə onun üçün maddi yardım göndərir.

    Xatırladaq ki, “Allah, mənim köməyim ol!”, “Belə ayrılmayaydıq”, “Bənzərsizim”, “Bu gündən belə, bu hələ harasıdır!” “Dünya” və “Geri dön” kimi əsərlərin müəllifidir.