Month: May 2024

  • Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın bir sıra ərazilərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib.

    Bu barədə AYNA-dan bildirilib.

    Məqsəd sürücülərin müvafiq icazələr əsasında fəaliyyət göstərməyə cəlb edilməsi, eləcə də bu barədə maarifləndirilməsidir.

    Belə ki, ümumilikdə 150-dən artıq sürücü ilə maarifləndirici söhbət aparılıb və onlara qanunvericiliyin tələbləri izah edilib. Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bir neçə taksi sürücüsü qanunamüvafiq qaydada cərimələnib.

    Qeyd olunub ki, taksi minik avtomobilləri ilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz.

    Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün avtomobillərin yaşı 8 ildən çox olmamalıdır.

  • Mayda havalar niyə soyuq keçir?

    1990-cı illərdə orta illik temperatur 14,4-14,5 dərəcə idisə, indi 14,9-15 dərəcəyə çatıb. Hava cərəyanları, vulkanik hadisələr orta illik temperaturun artımına səbəb olur.

    Bunu Axar.az-a açıqlamasında iqlimşünas Məhərrəm Mehdiyev deyib.

    “May ayında temperaturun belə soyuq olması halları əvvəllər də yaşanıb. Mayın əvvəlində isti, ortalarında soyuq olub, daha sonra istilər başlayıb. Bəzən isə mayın 1-də soyuqlar başlayıb, ortasında istilər. Fəsillərin arasında sərhədlər var. Məsələn, biz deyirdik ki, iyun, iyul, avqust mütləq yay aylarıdır, sentyabr, oktyabr, noyabr payız, dekabr, yanvar, fevral isə qışdır. İndi isə bu sərhədlər pozulub. Payızın nə zaman, qışın nə zaman başladığını bilmək olmur. Qış çox mülayimləşib və orta illik temperatur qalxıb. Yay bəzi vaxtlar sərin olur, bəzi vaxtlar isə hədsiz isti”, – Mehdiyev bildirib.

  • Peter Mixalko: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişi dəstəkləyir

    Avropa İttifaqı (Aİ) Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişi dəstəkləyir və ərazinin minalardan təmizlənməsində Azərbaycana dəstəyini davam etdirəcək.

    Bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Avropa Günü münasibətilə keçirilən tədbirdə deyib.

    Səfir vurğulayıb ki, hazırda Aİ Azərbaycanın ticarət, birbaşa xarici investisiyalar və neft sənayesində əsas iqtisadi tərəfdaşıdır və bu, iqtisadiyyatın diversifikasiyası üçün çox vacibdir.

  • Zirədə niyə zibil konteyneri yoxdur? (VİDEO)

    Zirə qəsəbəsinin sakinləri zibil problemindən əziyyət çəkir.

    Sakinlər Qaynarinfo-ya bildirib ki, qəsəbədə zibil konteymerləri olmadığına görə küçələr zibilxananı xatırladır.

    “Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşəklə, “Muravey” motoskleti ilə zibil daşıyırıq. 5 manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın ərazidən uzaqlaşdırsın”, deyə sakinlər bildirib.

    Onların sözlərinə görə, dəfələrlər Zirə qəsəbəsinin bələdiyyəsinə, həmçinin icra nümayəndəliyinə müraciət eiblər. Lakin heç bir nəticə yoxdur.

    “Deyirik ki, gətirin konteyner qoyun. Camaat zibili hara atsın, küçəyə atsın? Axı belə biabırçılıq olmaz. Hər dəfə vəd verirlər, amma əməl etmirlər. Artıq bir müddətdir ki, bu problem var. Özü də qəsəbədə hansısa məhəllənin deyil, bütövlükdə qəsəbənin problemidir. Yəni, qəsəbənin demək olar ki, hər yerində bu hal hökm sürürür”, deyə sakinlər əlavə edib.

    Onlar artıq Xəzər Rayon İcra Hakimiyyətinə də müraciət etdiklərini bildirib. “Ümid edirik ki, tezliklə problem həllini tapar” deyən sakinlər ərazidən çəkilmiş foto və videoları da redaksiyamıza təqdim ediblər.

    Məlumat üçün deyək ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Zirə qəsəbəsi üzrə icra nümayəndəsi Rasim Hüseynov, Zirə bələdiyyəsinin sədri isə Anar Hüseynlidir.

  • Bu ölkə 20 ildə ilk dəfə baş nazirini dəyişdi

    Lourens Vonq Sinqapurun dördüncü baş naziri kimi and içərək, ölkədə son 20 ildə ilk rəhbər dəyişikliyi olub.

    Qaynarinfo xəbər verir ki, bu barədə bu barədə Sinqapurun CNA qəzeti məlumat yayıb.

    Qəzetin yazdığına görə, andiçmə mərasimindən sonra 51 yaşlı Vonq rəsmi olaraq Nazirlər Kabinetində yüksək səviyyəli nazir kimi qalacaq 72 yaşlı Li Syan Lonqu əvəzləyib. Vonq multikultural Sinqapurun birliyinə sadiqliyini nümayiş etdirməyə çalışarkən, qismən ingilis, qismən də Malay və Çin dillərində çıxış edib.

    “Bu gün təkcə hakimiyyət dəyişikliyi üçün deyil, həm də nəsillərin dəyişməsi üçün əlamətdardır. Mən Sinqapurun ölkə müstəqillik əldə etdikdən sonra doğulan ilk baş naziriyəm. Demək olar ki, bütün həmkarlarım da 1965-ci ildən əvvəl anadan olublar. Mənim nəslimin tarixi müstəqil Sinqapurun tarixidir”, deyə Vonq bildirib.

    Beynəlxalq və sinqapurlu müşahidəçilər qeyd edirlər ki, yeni baş nazir Sinqapuru dünya tarixinin ən uğurlu kapitalist dövlətlərindən birinə çevirən sələfləri tərəfindən aparılan siyasəti davam etdirməli olacaq, lakin o, hazırda üzləşdiyi xeyli sayda yeni problemlərlə də üzləşəcək.

    İndiyəqədərki baş nazir Li Syan Lun 2004-cü ildən bu vəzifəni tuturdu.

    Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsi və şəhər-dövlətdir. Qərbdə Malakka boğazı, cənubda Sinqapur boğazı, şərqdə Cənubi Çin dənizi və şimalda Cohor boğazı ilə həmsərhəddir. Ölkənin ərazisi bir əsas adadan, 63 kiçik adadan və bir kənar adadan ibarətdir. Bu adaların ümumi sahəsi müstəqillik əldə edildikdən sonra həyata keçirilən geniş meliorasiya layihələri nəticəsində 25% artıb.

    Sinqapur əhali sıxlığına görə dünyada üçüncü yerdədir. Çoxmədəniyyətli əhaliyə malik olan Sinqapurda dörd rəsmi dil var: ingilis, malay, standart çincə və tamil. İngilis dili linqva frankadır və bir çox dövlət xidmətləri yalnız ingilis dilində mövcuddur. Çox irqçilik konstitusiyada təsbit olunub və təhsil, mənzil və siyasət sahələrində milli siyasəti formalaşdırmağa davam edir.

    Müasir Sinqapur 1819-cu ildə Stemford Rafflz tərəfindən Britaniya imperiyasında ticarət limanı kimi qurulub. 1867-ci ildə Cənub-Şərqi Asiyadakı koloniyalar yenidən təşkil edilib və Sinqapur Streyts-Setlmentsin bir hissəsi olaraq Britaniyanın birbaşa nəzarəti altına keçib. Sinqapur II Dünya müharibəsi zamanı 1942-ci ildə Yaponiya tərəfindən işğal edilib və 1945-ci ildə Yaponiyanın təslim olmasından sonra ayrı bir tac koloniyası olaraq Britaniyanın nəzarətinə qayıdıb. 1959-cu ildə özünüidarə hüququ qazanıb və 1963-cü ildə Malay, Şimali Borneo və Saravakla birlikdə Malayziyanın yeni federasiyasının bir hissəsi olub. Sinqapur 1965-ci ildə suveren dövlət elan edilib.

  • Çingiz Mustafayev evlənir

    “Eurovision” təmsilçimiz Çingiz Mustafayevin toyudur.

    News24.az-ın iddiasına görə, o, mayın 19-u ukraynalı xanımla ailə quracaq.

    Müğənninin toy məclisi Kuş adasında baş tutacaq.

  • Məcburi köçkünlərə verilən “çörəkpulu” kəsilir? – Rəsmi açıqlama

    Məcburi köçkünlər arasında narahatlıq yaradacaq məlumat yayılıb. Məlumata görə, bu aydan etibarən onlara verilən “çörəkpulu” dayandırılacaq.

    Məsələyə aydınlıq gətirilməsi üçün Publika.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət edib.

    Komitədən saytımıza bildirildi ki, bu barədə bütün məlumat Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb.

    Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir:

    “Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılacaq”.

  • В покушении на премьер-министра Словакии подозревается писатель-оппозиционер

    В покушении на премьер-министра Роберто Фицо подозревается Юрай Цинтула, сторонник оппозиционной партии “Прогрессивная Словакия”.

    Об этом сообщают словацкие СМИ.

    Подозреваемый Ю.Цинтула является писателем, однако на данный момент работает на частную охранную компанию. Сын подозреваемого в покушении на Фицо сообщил СМИ, что у его отца есть оружие, которым он законно владеет.

  • Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir

    Slovakiyanın Baş naziri Roberto Fikoya qarşı sui-qəsd cəhdində müxalif Tərəqqiçi Slovakiya Partiyasının tərəfdarı Yuray Çintula şübhəli bilinir.

    Bu barədə Slovakiya KİV məlumat yayıb.

    Şübhəli şəxs yazıçıdır, lakin hazırda özəl mühafizə şirkətində işləyir.

    Fikoya qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin oğlu mediaya açıqlamasında atasının qanuni şəkildə silaha sahib olduğunu deyib.

  • “Jirona” klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb

    İspaniyanın “Jirona” klubu niderlandlı futbolçusu Deyli Blindlə müqavilə müddətini uzadıb.

    34 yaşlı yarımmüdafiəçi daha 2 il “ağ-qırmızılar”ın şərəfini qoruyacaq.

    Qeyd edək ki, D.Blind 2023-cü ildə “Jirona”ya keçib. O, cari mövsüm meydana çıxdığı 35 oyunda 3 qol vurub.