Month: May 2024

  • Пеллегрини: Покушение на премьер-министра представляет беспрецедентную угрозу словацкой демократии

    Покушение на премьер-министра Роберто Фицо, одного из самых высокопоставленных представителей государства, представляет собой беспрецедентную угрозу словацкой демократии.

    Об этом заявил избранный президент Словакии Петер Пеллегрини на своей странице в соцсети.

    “Я в ужасе от того, к чему может привести ненависть к иным политическим взглядам. Нам не обязательно соглашаться во всем, но есть много способов выразить наше несогласие демократическим и законным путем”, – написал он.

    Также Пеллегрини добавил, что если люди выражают разные политические мнения с оружием на улицах, а не на избирательных участках, этим они угрожают всему, что было построено за последние 31 год словацкого суверенитета.

    “Я желаю премьер-министру скорейшего выздоровления. И мне очень хочется, чтобы такой бессмысленный и жестокий поступок стал предметом всеобщего осуждения”, – отметил он.

    Отметим, что Петер Пеллегрини является избранным с 7 апреля 2024 года президентом Словакии и официально вступит в должность 15 июня текущего года.

  • Pelleqrini: Baş nazirə sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükədir

    Dövlətin ən yüksək səviyyəli nümayəndələrindən biri olan Baş nazir Roberto Fikoya qarşı sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükə yaradır.

    Bu barədə Slovakiyanın seçilmiş Prezidenti Peter Pelleqrini sosial şəbəkədəki səhifəsində bildirib.

    “Fərqli siyasi baxışlara nifrətin nəyə gətirib çıxara biləcəyindən dəhşətə gəlirəm. Biz hər şeydə razılaşmaq məcburiyyətində deyilik, lakin fikir ayrılığımızı demokratik və hüquqi yolla ifadə etməyin bir çox yolu var”, – o yazıb.

    Pelleqrini onu da əlavə edib ki, insanlar müxtəlif siyasi fikirləri seçki məntəqələrində deyil, küçələrdə silahla ifadə etsələr, Slovakiyanın müstəqil olduğu son 31 ildə qurduğu bütün demokratik dəyərləri təhdid etmiş olacaqlar.

    “Baş nazirə tezliklə sağalmağı arzulayıram və həqiqətən də belə mənasız və qəddar hərəkətin ümumbəşəri qınaq obyektinə çevrilməsini istəyirəm”, – o deyib.

    Qeyd edək ki, Peter Pelleqrini 2024-cü il aprelin 7-dən Slovakiya Prezidenti seçilib və bu il iyunun 15-də rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

  • Tbilisidə etiraz aksiyasında polisə hücum edən şəxs həbs olunub

    Gürcüstanın paytaxtı Tbilisidə parlamentin yaxınlığında keçirilən etiraz aksiyasında polisə hücum edən şəxs həbs olunub.

    Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, mayın 13-də 1983-cü il təvəllüdlü G.O. parlamentin yaxınlığında keçirilən etiraz aksiyasında Daxili İşlər Nazirliyinin əməkdaşlarına fiziki təzyiq göstərib. Aksiya zamanı saxlanılan şəxs polis məmurlarını dirsək və yumruqla vurmaqla onları yaralayıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə istintaq aparılır.

  • “Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib

    “Bakı Metropoliteni” QSC sosial mediada yayılan videogörüntülərlə bağlı açıqlama yayıb.

    “Report” QSC-yə istinadən məlumat verir ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyalar və digər məsələlərlə bağlı sonuncu stansiyalarda, xüsusən müvafiq yoxlama şəraiti olan “Həzi Aslanov” stansiyasının dalan yolunda maşinist tərəfindən qatara vizual baxış keçirilir.

    Qeyd edilib ki, lakin sərnişinlərin bu qapıları qatar yollarda hərəkət edərkən açması hallarına rast gəlinir. Bununla bağlı hazırda müvafiq araşdırma aparılır.

    Sərnişinlərdən xahiş edilir ki, bu kimi hallarla rastlaşdıqda vaqondakı rabitə vasitəsilə maşinistə və yaxud stansiyalarda olan əməkdaşlara məlumat verilsin. Metropolitendən istifadə edərkən təhlükəsizlik tələblərinə, istifadə qaydalarına əməl olunması və ictimai asayişin pozulmaması naminə bu kimi halların qarşısının alınmasında məhz sərnişinlərdən daxil olan məlumatların xüsusi əhəmiyyəti var.

  • Küveytdə yeni hökumət and içib

    Küveytdə formalaşdırılan yeni hökumətin üzvləri and içib.

    Bu barədə Küveytin rəsmi KUNA agentliyi məlumat yayıb.

    Bildirilib ki, baş nazir Əhməd Abdullah əl-Əhməd əs-Sabah və 13 nazir Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın hüzurunda and içib.

    Küveyt əmiri hökumətdən strateji inkişaf layihələrinin icrasını sürətləndirməyi, prioritetlərin təqvimə görə müəyyənləşdirilməsini, qardaş ölkələrlə diplomatik əlaqələrin gücləndirilməsini və əməkdaşlıq sahələrinin artırılmasını tələb edib.

    Qeyd edək ki, Küveytdə yeni hökumət mayın 12-də qurulub.

  • Lənkəranda poçt şöbəsindən oğurluq edilib

    Lənkəran şəhərində oğurluq hadisəsi qeydə alınıb.

    Hadisə Lənkəran şəhərindəki poçt şöbəsində baş verib.

    Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gecə saatlarında naməlum şəxsin pəncərə şüşəsini qıraraq içəridən üç ədəd bağlamanı oğurlaması barədə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq edən şəxsin kimliyi müəyyən edilib. Oğurluğun yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildiyi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Назван объем грузов, перевезенных через Азербайджан в этом году

    В январе-марте текущего года объем перевезенных грузов по транспортным коридорам, проходящим через территорию Азербайджана, составил 7 млн 980,6 тыс. тонн, а грузооборот – 3 млрд 233,8 млн т-км, что на на 5,3% и 9% больше по сравнению с аналогичным периодом прошлого года соответственно.

    Об этом Report сообщили в Госкомстате.

    Объем перевозимых грузов по транспортному коридору Восток-Запад составляет 3 млн 763,3 тыс. тонн, в том числе по транспортному коридору Европа-Кавказ-Азия – 1 млн 966,9 тыс. тонн, по транспортному коридору Север-Юг – 2 млн 432,1 тыс. тонн, по транспортному коридору Север-Запад – 1 млн 698,9 тыс. тонн, по транспортному коридору Юг-Запад – 86,3 тыс. тонн.

    Железнодорожным транспортом было перевезено 3 млн 607,4 тыс. тонн (45,2%) грузов, автомобильным транспортом – 2 млн 527,5 тыс. тонн (31,7%), морским транспортом – 1 млн 845,7 тыс. тонн (23,1%).

    Транзитные грузы составили 60,2% грузов (4 млн 808 тыс. тонн), перевозимых по транспортным коридорам.

  • Bu il Azərbaycan ərazisindən daşınan yüklərin həcmi açıqlanıb

    Bu ilin yanvar-mart aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 7 milyon 980,6 min ton, yük dövriyyəsi isə 3 milyard 233,8 milyon ton-km olub.

    Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Bildirilib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 % və 9 % artım müşahidə olunub.

    Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3 milyon 763,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 1 milyon 966,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 2 milyon 432,1 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 1 milyon 698,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 86,3 min ton təşkil edib.

    Yüklərin 3 milyon 607,4 min tonu və ya 45,2 %-i dəmir yolu nəqliyyatı, 2 milyon 527,5 min tonu və ya 31,7 %-i avtomobil nəqliyyatı, 1 milyon 845,7 min tonu və ya 23,1 %-i dəniz nəqliyyatı ilə daşınıb.

    Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 60,2 %-ini və ya 4 milyon 808 min tonunu tranzit yüklər təşkil edib.

  • МОК: Бюджет Олимпиады в Париже исчерпан

    Организаторы XXXIII Летних Олимпийских игр в Париже сообщили об исчерпанности бюджета соревнований и рассчитывают на небольшую прибыль.

    Как сообщает Median.Az со ссылкой на ESPN, расходы на организацию и проведение игр составят около €9 млрд.

    “Мы сохранили некоторый резерв на случай непредвиденных обстоятельств, и, надеюсь, мы не будем использовать все резервы на случай непредвиденных обстоятельств, так что в конце это будет небольшой плюс, но он будет незначительным”, — заявил директор оргкомитета Игр Этьен Тобуа.

    Олимпийские игры состоятся с 26 июля по 11 августа 2024 года. Паралимпийские игры в столице Франции пройдут с 28 августа по 8 сентября.

  • Fransada keçiriləcək olimpiadanın büdcəsi tükənir

    Fransanın paytaxtı Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının büdcəsi tükənir.

    Median.Az ESPN-ə istinadən xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin direktoru Etyen Tobua açıqlamasında bildirib.

    Yarışın təşkili və keçirilməsi xərcləri təxminən 9 milyard avro olacaq.

    “Biz bəzi fövqəladə ehtiyatlar saxlamışıq və ümid edirik ki, bunların hamısından istifadə etməyəcəyik”, – deyə Etyen Tobua vurğulayıb.

    Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək. Paralimpiada isə avqustun 28-dən sentybarın 8-dək baş tutacaq.
    //report