Month: May 2024

  • Bakıda qadını avtobusda izləyib əxlaqsız hərəkətlər etdi – VİDEO

    Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində kişi qadını avtobusda izləyib və ona qarşı əxlaqsız hərəkətlər edib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1992-ci il təvəllüdlü Xəyal Ağayev saxlanılıb.

    Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkəni avtobusda görəndən sonra onu izləməyə başlayıb. Daha sonra heç kimin olmadığı ərazidə yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. X.Ağayevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

  • Azərbaycan Prezidenti Slovakiyanın baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb

    Slovakiyanın baş naziri Robert Fikoya edilən sui-qəsd cəhdindən dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram”.

    Median.Az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “X” səhifəsindəki paylaşımında yer alıb.

    Dövlət başçısı slovakiyalı nazirə tezliklə sağalmağı diləyib.

  • Президент Беларуси направился с государственным визитом в Азербайджан

    Президент Беларуси Александр Лукашенко направился с государственным визитом в Азербайджан. Об этом сообщили в пресс-службе белорусского лидера.

    Согласно информации, в Баку глава государства проведет официальные переговоры с Президентом Азербайджана Ильхамом Алиевым.

    Встреча двух лидеров пройдет в формате “один на один” и в расширенном составе с участием членов делегаций. Президенты рассмотрят актуальные вопросы двусторонних отношений с акцентом на расширении торгово-экономических связей в различных отраслях и развитии кооперационного взаимодействия в сферах промышленности и сельского хозяйства.

    Еще одной темой переговоров станет сотрудничество Беларуси и Азербайджана на международных площадках и в интеграционных объединениях. Главы государств обсудят ситуацию в регионе и в мире в целом. По итогам переговоров будет подписан пакет двусторонних документов.

    Ожидается, что в Баку Ильхам Алиев и Александр Лукашенко также посетят азербайджанскую международную сельскохозяйственную выставку Caspian Agro, где ознакомятся с экспозициями Беларуси и Азербайджана, реализацией совместных проектов в сфере АПК.

    Источник: belta.by

  • Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir

    Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlir.

    Bu barədə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.

    Prezidentlər müxtəlif sahələrdə, o cümlədən ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi vurğulanmaqla, ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.

    Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda və inteqrasiya birliklərində əməkdaşlıq olacaq. Dövlət başçıları regionda və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcəklər. Danışıqların yekunu olaraq ikitərəfli sənədlər paketi imzalanacaq.

    Bakıda Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycanın beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya baş çəkəcək, burada Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar.

    Mənbə: Belta

  • Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadıldı

    Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb.

    “Report”un əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində onlar barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.

    Qeyd edək ki, istintaqı Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.

    Hazırda DTX-nin İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

  • Direktor müavini mühafizəçini döyərək öldürübmüş – DETALLAR

    Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

    “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə mayın 9-da Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib.

    Həmin gün axşam saatlarında məktəbin mühafizəçisi 1964-cü il təvəllüdlü Natiq Mehdi ilə məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri), 1966-cı il təvəllüdlü Elsevər İslamov arasında mübahisə baş verib.

    Şəxsi münasibətlər zəminində baş vermiş mübahisə daha sonra münaqişəyə çevrilib. Direktor müavini saat 23 radələrində, yəni məktəbdə heç kimin olmadığı vaxt Natiq Mehdiyə əl və ayaqları ilə zərbələr endirib.

    Ağır xəsarətlər alan 60 yaşlı şəxsin huşsuz vəziyyətdə qaldığını və vəfat etdiyini görən Elsevər İslamov daha sonra onun meyitini avtomobilə yerləşdirib.

    İdmanla məşğul olan şübhəli şəxs N.Mehdinin nəşini Xəzər rayonu ərazisində boş sahəyə apararaq gecə saatlarında basdırıb.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

  • “COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək”

    “Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulmuş dünya dini liderlərinin zirvə görüşü, əminəm ki, qlobal iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini bir daha təsdiq edəcəkdir”.

    AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabonda təşkil etdiyi Qlobal Dialoq Forumunun iştirakçılarına məktubunda yer alıb.

    “Hazırda planetimizin müxtəlif bölgələrində, fərqli coğrafiyalarda baş verən geostrateji ziddiyyətlər beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni yanaşmalar tələb edir. Müasir çağırışlar dinin cəmiyyət həyatında və beynəlxalq münasibətlərdə rolunun düzgün müəyyənləşdirilməsi, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməsi və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsi zərurətini qarşıya qoyur”, – deyə məktubda vurğulanıb.

  • Paşinyan Azərbaycanla sülh prosesi haqqında: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”

    “Ermənistanın strategiyası region qonşuları ilə iqtisadi inteqrasiyanı dərinləşdirməyə yönəlib”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Yenidənqurma və İnkişaf Bankının İrəvanda keçirilən illik iclasında deyib.

    “Kosmosa uçuşlar da qeyri-real görünürdü, lakin insanlar yeni şeylər öyrənməyə hazır olduqları üçün buna nail oldular. İndi kosmosa uçuşlar heç kəsi təəccübləndirmir”, – deyə o Azərbaycanla sülh prosesi haqqında danışarkən bildirib.

    Paşinyanın diqqəti müxtəlif ölkələrin ərazilərindən keçəcək, həm bu dövlətlərin özləri, həm də regiondan kənar ölkələr üçün əhəmiyyət kəsb edən transregional kommunikasiyaların yaradılmasına yönəldib.

    Mənbə: Sputnik

  • Direktor müavini mühafizəçini döyərək öldürübmüş – DETALLAR

    Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

    “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə mayın 9-da Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib.

    Həmin gün axşam saatlarında məktəbin mühafizəçisi 1964-cü il təvəllüdlü Natiq Mehdi ilə məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri), 1966-cı il təvəllüdlü Elsevər İslamov arasında mübahisə baş verib.

    Şəxsi münasibətlər zəminində baş vermiş mübahisə daha sonra münaqişəyə çevrilib. Direktor müavini saat 23 radələrində, yəni məktəbdə heç kimin olmadığı vaxt Natiq Mehdiyə əl və ayaqları ilə zərbələr endirib. Ağır xəsarətlər alan 60 yaşlı şəxsin huşsuz vəziyyətdə qaldığını və vəfat etdiyini görən Elsevər İslamov daha sonra onun meyitini avtomobilə yerləşdirib. İdmanla məşğul olan şübhəli şəxs N.Mehdinin nəşini Xəzər rayonu ərazisində boş sahəyə apararaq gecə saatlarında basdırıb.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

  • Bakının bəzi ərazilərində zibil qutuları yolda hərəkətə mane olur – VİDEO

    Xətai rayonunun Məhəmməd Hadi və Nizami rayonunun Məmmədəli Şərifli küçələrində tullantı konteynerləri avtobus zolağında yerləşdirildiyi üçün sakinlərə çətinlik yaradır.

    Onların sözlərinə görə, tullantını konteynerlərə atan zaman bir neçə dəfə avtomobil vurması təhlükəsi ilə qarşılaşıblar.

    Məsələ ilə bağlı, nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev vurğulayıb ki, tullantı konteynerlərinin yolun hərəkət hissəsinə və səkilərə quraşdırılması qəzaların baş verməsinə səbəb ola bilər.

    “İnzibati xətalar məcəlləsinin 352-ci maddəsinə əsasən, yolun hərəkət hissəsinə mane törədən fiziki şəxs 30-50, vəzifəli şəxs 150-200, hüquqi şəxslər isə 1500-2000 manata qədər cərimə oluna bilərlər”, – deyə Yasin Mustafayev qeyd edib.

    Bakı şəhər mənzil kommunal təsərrüfat departamenti isə tullantı konteynerlərinin həmin ərazilərə illər əvvəl quraşdırıldığını, avtobus zolaqlarının və iaşə obyektlərinin isə bu ərazilərdə sonradan inşa edildiyini bildirib.

    Bu səbəbdən də tullantı konteynerlərinin yerinin dəyişdirilməsinin mümkün olmadığını vurğulayıb.

    Ətraflı Xəzər TV-nin videomaterialında: