Month: May 2024

  • İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

    Prezident.az xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli Forum iştirakçıları!

    Sizi Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumunun öz işinə başlaması münasibətilə salamlamaqdan məmnunluq duyuram.

    Qloballaşan və sürətlə transformasiya olunan müasir dünyada son dərəcə mürəkkəb ictimai-siyasi proseslər baş verir, etnik-dini zəmində münaqişələr və qütbləşmələr, irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizliyi və bəşəriyyətin əmin-amanlığını təhdid edən belə hallara qarşı mübarizədə dünya dinlərinin sülh və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa, dünyəvi və dini ittifaqların birgə səylərinə ciddi ehtiyac vardır.

    Müxtəlif din və inanc mənsublarını, dini liderləri, vətəndaş cəmiyyəti nümayəndələrini və siyasətçiləri bir araya gətirən, insanlar arasında ədaləti, sülhü, sosial-mənəvi vəhdəti təşviq edən KAICIID tərəfindən böhranlı vəziyyətlərdə sülh quruculuğu, inklüziv cəmiyyət və ətraf mühitlə bağlı aktual problemlərin müzakirəyə çıxarılmasını təqdirəlayiq hesab edirəm.

    Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir.

    Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulmuş dünya dini liderlərinin zirvə görüşü, əminəm ki, qlobal iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini bir daha təsdiq edəcəkdir.

    Hazırda planetimizin müxtəlif bölgələrində, fərqli coğrafiyalarda baş verən geostrateji ziddiyyətlər beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni yanaşmalar tələb edir. Müasir çağırışlar dinin cəmiyyət həyatında və beynəlxalq münasibətlərdə rolunun düzgün müəyyənləşdirilməsi, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməsi və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsi zərurətini qarşıya qoyur.

    Bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərin vaxtında qarşısının alınması üçün hər kəs öz məsuliyyətini dərk etməli, dövlət rəhbərlərinin və dini liderlərin bütün səy və imkanları narahat dünyamızın firavan, sabit və dayanıqlı gələcəyi naminə səfərbər olunmalıdır.

    İnanıram ki, KAICIID-in yüksəksəviyyəli Qlobal Forumu konstruktiv müzakirələr ruhunda keçəcək, beynəlxalq sülhə və təhlükəsizliyə, müxtəlif tərəflər arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa əhəmiyyətli töhfə verəcəkdir.

    Sizə ən xoş arzularımı yetirir, Forumun işinə uğurlar diləyirəm”.

  • В Азербайджане создается новый центр для контроля за качеством – УКАЗ

    В Азербайджане создается Центр аккредитации медицинских учреждений и контроля качества.

    Cоответствующий указ подписал Президент Ильхам Алиев, сообщает President.az.

    Согласно документу, при Министерстве здравоохранения будет создано юридическое лицо публичного права “Центр аккредитации медицинских учреждений и контроля качества”.

  • Azərbaycanda yeni mərkəz yaradılır – FƏRMAN

    Prezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Fərmanla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxs yaradılır.

    Müəyyən edilir ki, Mərkəz “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

  • “Mançester Yunayted”də “yarpaq tökümü”

    “Mançester Yunayted” ingiltərəli yarımmüdafiəçi Aron Van-Bissaka ilə yolları ayırmaq qərarına gəlib.

    Məlumata görə, “qırmızı şeytanlar”ın mövsümün sonunda üç futbolçu ilə yolları ayıracağı dəqiqləşib.

    Bunlar “Aron Van-Bissaka, Rafael Varan və Antoni Marsialdır. “Mançester Yunayted”in rəsmiləri klubdan ayrılan futbolçularla bağlı rəsmi açıqlama veriblər.

    Qeyd edək ki, “Mançester Yunayted” klubu mövsümün sonunda Erik ten Haqla da yolları ayırmaq istəyir.

    Mənbə: Marca.com

  • İsmayıllıda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub

    İsmayıllıda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub.

    İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtoxuliqanlıq edən sürücü N.Yusibov saxlanılıb.

    O, idarə etdiyi “Lada” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

    Məhkəmənin qərarı ilə N.Yusibovun sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla barəsində intizam tədbiri görülüb.

  • Sürücülərin DİQQƏTİNƏ: Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq

    Sabah saat 9:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə məlumatda deyilir.

    Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

  • В Саатлинском районе обнаружено огнестрельное оружие

    В результате совместных оперативно-разыскных мероприятий, проведенных сотрудниками оперативного аппарата Пенитенциарной службы Министерства юстиции и МВД Азербайджана, на территории кладбища села Гара Нуру Саатлинского района были обнаружены и изъяты винтовка ТОЗ-8М и пневматический пистолет Макарова, принадлежавшие Джавиду Алиеву.

    Об этом сообщили в Пенитенциарной службе.

    По данному факту ведется расследование.

  • İki qurumdan BİRGƏ ƏMƏLİYYAT: Silah aşkarlandı

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cavid Əlihüseyn oğlu Əliyevə məxsus bir ədəd “TOZ-8M” markalı yivli tüfəng və bir ədəd “Makarov” markalı pnevmatik tapança Saatlı rayonu, Qaranuru kənd qəbiristanlığı ərazisində aşkar edilərək götürülüb.

    Bu barədə Penitensiar Xidmətdən bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Обнародована дата переселения жителей в поселок Туршсу Шушинского района

    Представители СМИ посетили поселок Туршсу Шушинского района, фундамент которого был заложен Президентом Ильхамом Алиевым несколько дней назад.

    Как сообщает АПА, представителям СМИ была предоставлена информация о поселке.

    Руководитель проекта Эльнур Абдуллаев сообщил, что на начальном этапе в поселок будут переселены 50 семей, или 202 человека.

    “Поселок Туршсу, входящий в состав административной территории Шушинского района, расположен на высоте 1 938 м над уровнем моря, на 16-м километре дороги Шуша – Лачын. На территории поселка предусмотрено строительство 353 домов. На первом этапе планируется переселить в поселок 50 семей. Строительство домов для 50 семей завершится в конце октября. В начале ноября предусмотрено переселение этих 50 семей”, – сказал он.

  • Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI

    Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa rayonunun Turşsu qəsəbəsində olublar.

    APA-nın Qarabağ bürosu xəbər verir ki, qəsəbə barədə media nümayəndələrinə məlumat verilib.

    Layihə rəhbəri Elnur Abdullayev bildirib ki, ilkin mərhələdə qəsəbəyə 50 ailə və ya 202 nəfər köçürüləcək.

    “Şuşa rayon inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi dəniz səviyyəsindən 1938 metr yüksəklikdə, Şuşa-Laçın yolunun 16-cı kilometrliyində yerləşir. Qəsəbə ərazisində 353 ev tikintisi nəzərdə tutulub. İlkin olaraq 50 ailənin köçürülməsi planlaşdırılır. Oktyabr ayının sonunda 50 ailə üçün nəzərdə tutulan evin tikintisi başa çatacaq. Noyabr ayının əvvəllərində isə 50 ailə olmaqla 202 nəfərdən ibarət sakinlərin köçü planlaşdırılıb. Ailə saylarına, tərkiblərinə uyğun olaraq otaqların bölgü məsələləri həllin tapmışdır. İlkin mərhələdə kənd ərazisində, 3 ədəd 2 otaqlı, 29 ədəd 3 otaqlı, 12 ədəd 4 otaqlı, 6 ədəd 5 otaqlı evlərin tikintisi nəzərdə tutulub”, – o deyib.