Month: May 2024

  • Ведется работа по введению безвизового режима для прибывающих в Азербайджан граждан Малайзии

    Ведется работа по введению безвизового режима для прибывающих в Азербайджан граждан Малайзии.

    Об этом в интервью Report заявил посол Малайзии в Азербайджане Ахмад Камризамиль Бин Мохд Рза.

    “Рассматриваем возможность завершения работы над двусторонним соглашением о встречном предоставлении безвизового въезда для граждан Малайзии, въезжающих в Азербайджан. Этот меморандум откроет путь для прямых рейсов и увеличит поток туристов между двумя странами”, – заявил посол.

    Посол также поделился статистикой о туристах, прибывающих из Малайзии в Азербайджан.

    “Согласно, статистическим данным число туристов, прибывающих из Малайзии в Азербайджан, увеличилось примерно на 50% – с 522 в 2021 году (январь-декабрь) до 1 060 за аналогичный период 2022 года. С января по июль 2023 года число туристов из Малайзии, прибывших в Азербайджан, уже удвоилось и составило 1 054 человека”, – сказал он.

    Отметим, что в настоящее время для граждан Азербайджана, посещающих Малайзию, действует 30-дневный безвизовый режим.

  • Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər

    “Azərbaycan və Malayziya arasında qarşılıqlı vizasız rejimin tətbiqi üzərində çalışılır”.

    Bunu “Report”a müsahibəsində Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Mohd Riza deyib.

    O qeyd edib ki, Azərbaycana daxil olan malayziyalılar üçün də qarşılıqlı vizasız rejimin tənzimlənməsinə yönələn ikitərəfli sazişi yekunlaşdırmağa çalışırlar:

    “Anlaşma Memorandumu imzalandıqdan sonra bu, iki ölkə arasında birbaşa uçuşların yolunu açacaq və turistlərin gəlişini artıracaq”, – diplomat qeyd edib.

    Səfir Malayziyadan Azərbaycana səfər edən turistlərlə bağlı statistik məlumatları da bölüşüb:

    “2021-ci ildə (yanvar-dekabr) Malayziyadan Azərbaycana gələn turistlərin sayı 522 nəfər təşkil etdiyi halda, 2022-ci ilin eyni dövründə bu göstərici 1060-a qədər yüksəlib və bu, 50 faizlik artım deməkdir. 2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycana 1 054 malayziyalı turist gəlib”.

    Qeyd edək ki, hazırda Malayziyaya səfər edən Azərbaycan vətəndaşları üçün 30 günlük vizasız rejim mövcuddur.

    Xatırladaq ki, Azərbaycan vətəndaşları Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Albaniyaya vizasız gedə bilərlər.

  • Главы МИД Азербайджана и Беларуси обсудили вопросы укрепления сотрудничества – ФОТО

    Состоялась встреча министров иностранных дел Азербайджана и Беларуси Джейхуна Байрамова и Сергея Алейника в расширенном составе.

    Как сообщает пресс-служба МИД Азербайджана, в ходе встречи обсуждены перспективы стратегического партнерства двух стран в сферах экономики, транспорта, промышленности, сельского хозяйства и др.

    Кроме того, состоялся обмен мнениями об инициативах по укреплению повестки дня двустороннего и многостороннего сотрудничества, постконфликтной ситуации в регионе, а также о проведении климатической конференции COP29.




  • Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ceyhun Bayramov və Sergey Aleynik arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

    Görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, Belarus Prezidentinin ölkəmizə planlaşdırılan dövlət səfərinə hazırlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

    Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, ticarət, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat, turizm, əczaçılıq, yüksək texnologiyalar, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin formalaşmasını məmnunluqla qeyd ediblər. Xüsusilə, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində yaxın günlərdə növbəti iclasının keçiriləcəyi iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.

    İki ölkənin liderləri arasında intensiv təmasların mövcud siyasi dialoqun inkişafında müstəsna rolundan bəhs edən Ceyhun Bayramov Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin, habelə səfər çərçivəsində müxtəlif sahələr üzrə sənədlərin imzalanacağının əhəmiyyət kəsb etdiyini bildirib.

    Mövcud strateji tərəfdaşlıq xarakterli ikitərəfli münasibətlərin regional və beynəlxalq çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT və MDB çərçivəsində uğurla davam etdirildiyi bildirilib.

    Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu istiqamətdə əməkdaşlıq imkanları barədə ətraflı məlumatlandırılıb.

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz, bu çərçivədə aparılan danışıqlar prosesi və görülən təşkilati tədbirlərdən bəhs edən Ceyhun Bayramov sədrliyimiz müddətində tərəfdaşlarımızın dəstək və aktiv iştirakçılığına əhəmiyyət verdiyimizi diqqətə çatdırıb.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




  • İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

    Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

    “Qaynarinfo”nun məlumatına görə, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Zaur Mirzəyevin şikayətini geri götürdüyü elan edilib.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib. Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın apellyasiya şikayəti verib.

    Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.

    Zaur Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.

    İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

  • 10 il həbs cəzası alan general hökmdən narazıdır

    Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin 10 il həbs cəzası verilmiş sabiq rəisi general-mayor Tofiq Həsənov barəsindəki hökmdən narazıdır.

    “Qafqazinfo”nun məlumatına görə, general artıq hökmdən apellyasiya şikayəti verib.

    T.Həsənov şikayət ərizəsində ağır cinayətdə təqsirli bilindiyi hökmün ləğv edilməsini xahiş edir.

    Şikayətə Naxçıvan Apellyasiya Məhkəməsində baxılacaq.

    Qeyd edək ki, Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb.

    Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Həsənov mənimsəmədə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun general rütbəsindən, medal və təltiflərdən məhrum edilməsi ilə bağlı müvafiq orqana təqdimat göndərilməsi haqda qərar qəbul edilib.

  • Rusiyalı generaldan sülhməramlıların Azərbaycandan çıxarılmasına dair AÇIQLAMA

    “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Moskva və Bakı sülhməramlı fəaliyyətin hədəfə çatdığı üçün Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesinə başlanmasına dair birgə qərar qəbul ediblər”.

    “Report”un xəbərinə görə, bunu Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbirdə deyib.

    Onun sözlərinə görə, Rusiya sülhməramlıları qarşıya qoyulmuş vəzifələri yerinə yetiriblər:

    “Sülhün bərqərar olunması prosesində istehkamçılarımız tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib”.

  • Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı – VİDEO

    Bakı kəndlərindən birində heyvana əziyyət verən sürücü görüntülənib.

    Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə mayın 14-də axşam saatlarında qeydə alınıb. Belə ki, 90-NT-636 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü atı iplə maşının arxasına bağlayaraq yol boyu aparıb. Onun nə üçün bunu etdiyi bəlli deyil.

    Qeyd edək ki, video sosial şəbəkədə birmənalı qarşılanmayıb. Əməli törədən sürücü qınaq obyektinə çevrilib.

    Xatırladaq ki, sürücü atın nəqliyyat vasitəsi ilə aparılması şərtini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 290.1.2-ci (ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulması) maddəsinə əsasən, 200 manat məbləğində cərimə oluna bilər.

  • Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

    Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarından çıxarılması İrəvan tərəfinin xahişi ilə müzakirə olunub.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

    O, mayın 8-də Rusiya və Ermənistan başçıları arasında keçirilən görüşlə bağlı çoxlu sayda spekulyasiya olduğunu deyib.

    “Rusiya tərəfinin guya öz sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasını təklif etməsi ilə bağlı fərziyyələr doğru deyil. Digər mənbələr iddia edirdi ki, sərhədçilərin geri çəkilməsi Bakı və İrəvan arasında üçüncü dövlətlərin nümayəndələrinin birgə sərhəddə yerləşdirilməməsinə dair razılaşmalar çərçivəsində həyata keçirilir. Bütün bunlar spekulyasiyadır. Reallıq nədir? Reallıq budur ki, Rusiya və Ermənistan liderləri arasında danışıqlar zamanı İrəvan tərəfinin xahişi ilə Ermənistanın Azərbaycanla həmsərhəd olan bir sıra rayonlarından Rusiya sərhədçilərinin əvvəllər verilmiş bir sıra tapşırıqların icrası ilə əlaqədar çıxarılması müzakirə edilib”, – deyə Zaxarova bildirib.

  • Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi

    Bakıda viza düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq əməllərində təqsirləndirilən “Avion Travel” MMC-nin direktoru Lalə Rəcəbova həbs edilib.

    “Qafqazinfo”nun məlumatına görə, L.Rəcəbova öz qulluq mövqeyindən sui-istifadə etməklə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ofisində Almaniya, Norveç və Niderlanda səfirliklərdən biri vasitəsilə viza düzəltmək adı ilə vətəndaşlara yalan vədlər verməklə müxtəlif məbləğlərdə pullarını talayaraq dələduzluq edib.

    Yasamal Rayon Polis İdarəsində aparılan istintaq hərəkətləri ilə onun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət işinin ilkin araşdırması zamanı 148 şəxs zərərçəkmiş kimi tanınıb, onlara dəyən ziyan 368 675 manat olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən əlavə olaraq, istintaqla daha 56 şəxsin zərəçəkmiş qismində tanınması ilə bağlı proses aparılır. Müəyyən edilib ki, respublika üzrə ümumilikdə “Avion Travel”dən şikayətçi 202 nəfərdir və dəyən ümumi maddi ziyanın 498 175 manatdır.

    Məlumata görə, onun əməllərindən zərərçəkənlərin çox olması istisna edilmir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polisə müraciət edə bilərlər. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.