Month: May 2024

  • В Сабаильском районе официанты получили ножевые ранения

    На площади Фонтанов на улице Низами в Сабаильском районе Баку произошла поножовщина.

    Как передает АПА, Огтай Гурбанлы (2003 г.р.) и Тургут Джюмиев (2002 г.р.) получили ножевые ранения во время драки.

    Инцидент произошел, когда они выходили из ресторана и направлялись домой. Оба были госпитализированы в Клинический медицинский центр.

    Состояние пострадавших оценивается как тяжелое.

    Согласно информации, молодые люди работают официантами в ресторане.

    По данному факту проводится расследование.

  • Paytaxtın Fəvvarələr meydanında ofisiantlar bıçaqlanıblar

    Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb.

    Belə ki, 2003-cü il təvəllüdlü Oktay Şahin oğlu Qurbanlı və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Turqut Tofiq oğlu Cümiyev dava zamanı bıçaqlanıb.

    Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir.

    Yaralılar restoranda ofisiant işləyirlər.

    Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

  • В Баку 29-летний мотоциклист пострадал в ДТП

    В Насиминском районе Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, мотоцикл, которым управлял Вахид Садыгов (1995 г.р.), столкнулся с автомобилем Toyota Prius.

    Пострадавший мотоциклист был госпитализирован.

    Обстоятельства инцидента выясняются.

  • Bakıda xəsarətlə nəticələnən qəza olub

    Bakının Nəsimi rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, 1995-ci il təvəllüdlü Vahid Zahid oğlu Sadıqovun idarə etdiyi motosiklet “Toyota Prius” markalı avtomobillə toqquşub.

    Xəsarət alan V.Sadıqov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Gizli danışıqlar üçün süni intellekt əsaslı yeni texnologiya hazırlandı

    Yaponiya gizli danışıqlar üçün sinxron tərcümə sistemi yaradıb. Bundan əsasən böyük məxfilik şəraitində beynəlxalq danışıqların aparılması üçün istifadə edilməsi nəzərdə tutulub.

    İxtira ölkənin Dövlət Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun alimləri tərəfindən edilib.

    Yenilik əsl sinxron tərcüməçilərin bacarıqlarını mənimsəmiş süni intellektin istifadəsinə əsaslanır.

    Digər ölkələrdə süni intellektə əsaslanan sinxron tərcümə sistemləri yaradılır, ancaq Yaponiya danışıqların məxfiliyini qorumaq üçün öz texnologiyasını inkişaf etdirməyə qərar verib.

    Sistemin 2030-cu ilə qədər tam tətbiq ediləcəyi gözlənilir, ilkin mərhələdə o, yapon, ingilis, Çin, Koreya və fransız dilləri ilə işləyə biləcək. Hazırda onun müxtəlif terminologiya ilə doldurulması prosesi gedir.

    Gələcəkdə onun imkanlarının planetin 15 əsas dilinə qədər genişləndirilməsi gözlənilir.

    Mənbə: TASS

  • “Real Madrid” azarkeşlərə sürpriz hazırlayıb

    “Real Madrid” klubu “Borussiya Dortmund”la final görüşü üçün İngiltərəyə gedə bilməyən azarkeşlərinə sürpriz hazırlayıb.

    Məlumata görə, “Uembli” stadionunda keçiriləcək final görüşünə gedə bilməyən azarkeşlər “Santiaqo Bernabeu” stadionunda böyük ekranlarda matçı izləyə biləcəklər.

    Komanda bundan əlavə, “Santiaqo Bernabeu”ya gələn azarkeşlərin Londondakı finalın açılış mərasiminin həyəcanını hiss etmələri üçün Teylor Svifti dəvət edib.

    Qeyd edək ki, “Real Madrid” “Borussiya Dortmund” final görüşü iyunun 1-də İngiltərədə “Uembli” stadionunda keçiriləcək.

    Mənbə : Marca.com

  • 30 il sonra alınan İNTİQAM: “Azərsu” əməkdaşı QƏTLƏ YETİRİLİB

    Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Bayram Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, o, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. Azad Məcidovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə 47 yaşlı B.Abbasov 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hadisə ötən ilin dekabrında Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. B.Abbasov münaqişə zəminində böyük qardaşı Vasif Abbasovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

    Müttəhimin və şahidlərin sözlərinə görə, hadisə baş verən gün Vasif qardaşını yaşadıqları evdən çıxararaq həmin evi öz mülkiyyətinə keçirmək istəyib. Bildirilib ki, əvvəllər də əmlak üstündə iki qardaş arasında ciddi mübahisələr olub. Sonuncu dəfə qeydə alınan mübahisə Bayramın böyük qardaşını öldürməsi ilə nəticələnib.

    Evin kiçik qardaşının ifadəsindən məlum olub ki, öldürülən V.Abbasov 30 il əvvəl qardaşını – təqsirləndirilən şəxsi bıçaqladığı üçün həbs olunubmuş. Buna görə, onlar arasında müxtəlif mövzularda daim ədavət yaşanıb.

    Qeyd edək ki, V.Abbasov “Azərsu” sukanal idarəsində çilingər vəzifəsində işləyib.

  • На одном из бакинских кладбищ будут установлены камеры наблюдения – ВИДЕО

    В настоящее время на кладбище в поселке Бакиханов Сабунчинского района столицы ведутся работы по благоустройству.

    Отмечается, что на этой территории будет установлено 16 камер видеонаблюдения.

    А перед входом на кладбище будет установлена табличка с указанием часов посещения и другой необходимой информации.

    Работы планируется завершить к концу текущего месяца.

    Подробнее – в сюжете ATV Xəbər:

  • “Bakıxanov” qəbiristanlığına kameralar quraşdırılacaq – VİDEO

    “Bakıxanov” qəbiristanlığı yenilənir.

    Belə ki, əraziyə 16 kamera quraşdırılacaq.

    Giriş hissədə isə qəbiristanlığın iş qrafiki barədə lövhə yerləşdiriləcək.

    İşlərin bu ayın sonuna kimi yekunlaşacağı planlaşdırılır.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Новые уловки банков: клиентам принудительно выдается кредитная карта – ВИДЕО

    Одной из проблем, с которой сталкиваются граждане при получении потребительского кредита в банке, является принудительная выдача кредитной карты.

    Когда клиент отказывается брать эту карту с определенной суммой, ему говорят, что вернуть ее можно только через месяц.

    По словам экспертов по банковским вопросам, для привлечения граждан сотрудники банков дают им неверную информацию, отмечая, что при использовании этой карты проценты не начисляются.

    Что же делать гражданам, столкнувшимся с такой ситуацией?

    Подробнее – в сюжете Baku TV: