Month: May 2024

  • Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib

    Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və ictimai toplantıları qadağan edib.

    “Report” “Benar News”a istinadən xəbər verir ki, etirazlara Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər edilməsi təklifi səbəb olub. Bu addım adanın 270 min əhalisinin təxminən 40 %-ni təşkil edən kanakların müstəqillik axtarışında geriləmə kimi qiymətləndirilir.

    Təklif olunan dəyişikliklər gərginliyi artırıb, yollarda blokadalara, yanğınlara və təhlükəsizlik qüvvələri ilə toqquşmalara gətirib çıxarıb, nəticədə 36 nəfər həbs edilib və bir neçə polis yaralanıb.

    Fransanın Yeni Kaledoniya üzərində strateji nəzarəti Sakit Okeanda Çinin təsirinə qarşı yönəlib. Mövcud böhran Fransada seçki siyahılarının “dondurulması” ilə bağlı parlament müzakirələri fonunda baş verir və qarşıdan gələn dekabr seçkilərinə təsir edə bilər.


    Ali Komissarlıq komendant saatının axşam saatlarından səhərə qədər davam edəcəyini açıqlayıb. Bundan əlavə, asayişin qorunması üçünspirtli içkilərin satışı və silah gəzdirilməsi qadağandır.

    Qeyd edək ki, bu, aprel ayında Senat tərəfindən təsdiqləndikdən sonra Fransa parlamentinin aşağı palatasının konstitusiya dəyişikliyinə səsverməyə hazırlaşdığı bir vaxta təsadüf edir. Müstəqillik tərəfdarlarının üstünlük təşkil etdiyi Yeni Kaledoniya Konqresi də Fransanı düzəlişi geri götürməyə çağıran bir qətnamə qəbul edib.


    Fransanın daxili işlər naziri Gerald Darmanin ölkəsinin qanunverici orqanına bildirib ki, 1998-ci ildə Fransa ilə Yeni Kaledoniyanın müstəqillik hərəkatı arasında imzalanmış Numea sazişinə əsasən adada təxminən 42 min nəfər, yəni seçicilərin hər beşindən biri səsvermə hüququndan məhrum edilib.

    “Demokratiya səs vermək deməkdir”, – nazir deyib.

    Yeni Kaledoniyanın müstəqilliyi uğrunda çıxış edən indiki hökuməti seçici siyahısı genişləndirilərsə, dekabrda keçiriləcək seçkilərdə iqtidardan məhrum ola bilər.

    Beynəlxalq ictimaiyyət münaqişənin Sakit Okeanda regional dinamikaya və qüvvələr balansına təsir edəcəyini diqqətlə izləyir, hazırda isə vəziyyət gərgin olaraq qalır.

  • Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub

    Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub.

    Median.Az xəbər verir ki, Bakıdakı stansiyadan saat 18:50-də çıxmalı olan sərnişin qatarı 30 dəqiqə gecikib.

    Sərnişinlər iddia edirlər ki, paralel olaraq Bakı-Pirşağı-Sumqayıt sərnişin qatarı da qrafik üzrə hərəkət etməyib və gecikmə olub.

    Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün sərnişin qatarlarının hərəkət qrafikində hər hansı gecikmə halı qeydə alınmayıb:

    “İstisna hal olaraq saat 18:50-də Bakı-Xırdalan-Sumqayıt xətti üzrə hərəkət etməli olan qatara texniki baxış keçirildiyinə görə, qatar saat 19:03-də sözügedən istiqamət üzrə yola düşüb”.//oxu.az

  • Арестован второй фигурант дела в отношении главного кадровика Минобороны РФ

    Арестован второй фигурант дела начальника Управления кадров Минобороны РФ Юрия Кузнецова – Лева Мартиросян.

    Согласно информации, Басманный суд Москвы отправил его под стражу до 12 июля. Мартиросян обвиняется в даче взятки в особо крупном размере.  

    В сообщении пресс-службы суда говорится, что Кузнецов был знаком с Мартиросяном по военной службе. В этой связи у Кузнецова “возник преступный умысел, направленный на получение взятки лично, в виде иного имущества в особо крупном размере” в обмен на “покровительство по службе в интересах взяткодателя”.

    Об аресте Юрия Кузнецова ранее сообщил Следственный комитет России. Как уточнили в СК, обвинение касается периода 2021-2023 годов, когда военный возглавлял 8-е управление Генштаба ВС РФ (оно занимается вопросами службы защиты государственной тайны в рамках Минобороны).

    По месту жительства и регистрации генерала прошли обыски – у него изъяли более 100 млн рублей (около 1,8 млн манатов – ред.), золотые монеты, коллекционные часы и предметы роскоши.

    Источник: meduza.io

  • Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı

    Rusiya Federasiyası Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun işində iştirak edən ikinci şəxs – Leva Martirosyan həbs edilib.

    Basmannı məhkəməsi onu iyulun 12-dək həbsdə saxlamaq barədə qərar verib. Martirosyan xüsusilə külli miqdarda rüşvət verməkdə ittiham olunur.

    Məhkəmənin mətbuat xidməti açıqlamasında bildirib ki, Kuznetsov Martirosyanı hərbi xidmət vasitəsilə tanıyıb.

    Bununla əlaqədar olaraq, Kuznetsovun Martirosyana himayədarlıq etmək müqabilində xüsusilə külli miqdarda digər əmlak formasında rüşvət alması iddia edilir.

    Mənbə: meduza.io

  • Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır

    Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır

    Azərbaycanda ilk dəfə olaraq peşə təhsil sistemində İsveçrə ilə ikili diplom proqramından istifadəyə başlanılır. Belə ki, bu yenilik İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində tətbiq ediləcək.

    İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti “SMBS – Swiss Montreux Business School” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

    Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “SMBS – Swiss Montreux Business School”un qəbul üzrə direktoru Andrew Tasun imzalayıblar.

    Memorandumda Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti “SMBS – Swiss Montreux Business School” arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələr üçün müvafiq sahələr üzrə Avropa təhsilini distant qaydada əldə etmək imkanının yaradılması, tələbə mübadiləsinin aparılması, tədris materiallarının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Bu əməkdaşlıq çərçivəsində İT-informasiya texnologiyaları, strateji menecment, logistika və digər sahələr üzrə tələbələrin İsveçrənin təhsilini alması və ikili diplom proqramından faydalanması nəzərdə tutulur. Proqramdan Peşə Təhsil Mərkəzinə 9 illik təhsil bazasından qəbul olan tələbələr faydalana bilərlər.

    Qeyd: “SMBS – Swiss Montreux Business School” tərəfindən təqdim edilən diplom Avropa Birliyi və Şimali Amerikanın bütün ölkələrində tanınır.

  • Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI

    Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib.

    “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb.

    Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb.

    Qeyd edək ki, V.Hüseynov bu vəzifədə 2017-ci ildən çalışırdı.

  • В Лянкяране тело пропавшей женщины найдено закопанным во дворе

    В Лянкяране обнаружено тело женщины, считавшейся пропавшей без вести.

    Как сообщает южное бюро Report, правоохранители проводят следственные мероприятия в доме, где было обнаружено тело.

    По предварительной информации, тело найдено закопанным во дворе.

    По факту ведется расследование.

  • Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub – YENİLƏNİB

    Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub.

    “Report”un cənub bürosunun məlumatına görə, o, Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, martın 2 də itkin düşüb. K.Ağayeva Cəlilabadda kollecdə oxuyub. Lənkərana işləmək üçün gəlib, lakin martdan onunla əlaqə kəsilib. Yaxınları onun itkin düşməsi barədə polisə məlumat verib.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

    ***

    Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb.

    “Report”un Cənub bürosunun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin aşkarlandığı evdə istintaq əməliyyatı aparır.

    İlkin məlumata görə, meyit həyətdə basdırılmış vəziyyətdə aşkar edilib.

    Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırmalara başlanıb.

  • Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib – FOTO

    Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəman Ramiz Qəmbərovun adı verilib.

    “Qafqazinfo”nun məlumatına görə, uzun müddətdən sonra Şuşaya qayıdan ilk sakinlərin yaşadığı evlər məhz bu küçədə yerləşir.

    Qeyd edək ki, Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. R.Qəmbərov 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradıb və bu batalyonun başçısı olub. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub.

    29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılıb və bu döyüşdə cəsur komandir ağır yaralanıb. Bir gün sonra isə şəhidlik zirvəsinə ucalıb.

    Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Şuşada dəfn edilib.

  • Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu

    Xəbər verildiyi kimi, ötən gün Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölən sürücü Zaur Heydərov və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov dost olublar. Kəlbəcər rayon sakini S.Həsənov Vətən müharibəsi qazisidir.

    Qəzada Ramil Əliyev adlı şəxs də xəsarət alıb.

    Vəfat edən qazi ilə dostunun fotosunu təqdim edirik: