Month: May 2024

  • Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI – RƏSMİ

    Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumatlar yayılıb.

    Belə ki, aprelin 30-da Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan vətəndaş həmin ərazidəki marketdən çörək alıb.

    O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntısı olduğunu müəyyən edib.

    Şəxsin bildirdiyinə görə, çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub.

    Araşdırmanın nəticəsini öyrənmək üçün Bizim.media Binə çörək zavodu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə yaradıb.

    Binə çörək zavodunun hüquqşünası Rəhim Axundov israrla belə halın mümkün olmadığını deyib:

    “Bizdə qapalı elektron ələklər var, un ələnir və borular vasitəsilə yoğrulma prosesinə göndərilir. O ələkdə gərək deşik olsun ki, unun içərisindən yad cisim keçə bilsin. Ələyin içərisində elə bir deşik yoxdur. Hətta dəyirmandan gələn kisənin içərisində nəsə varsa, o, orada ilişib qalmalıdır. Əgər bir işçi öyrədilibsə, kimdənsə pul alıbsa, unun içərisinə nəsə atırsa, o yenə də ələkdə ilişib qalacaq, boruya keçməyəcək. Bu, o zaman baş verə bilər ki, ələkdə deşik olsun, kimsə ələkdə süni şəkildə deşik açsın, cırsın və s. Əgər ələk sağlamdırsa, bu necə baş verir?!”

    Zavodun hüquqşünasının sözlərinə görə, faktın həqiqiliyini sübut etmək üçün ən azı üç şahid lazımdır:

    “Əgər iddia edirlərsə, çörəyi sübut üçün qurudub saxlaya bilərlər. Vətəndaşı dəvət etmişik, o, çörəyi gətirməli, bizə təhvil verməli idi. Buna görə protokol tərtib olunmalı, məsələ aktlaşdırılmalı idi. Mən də sabah çörək alıb, özüm onun içərisinə hansısa formada nəsə qoya bilərəm. Bunun üçün minimum üç nəfər şahid ifadəsi olmalıdır. Məsələnin aktlaşdırılması, araşdırılması üzərində işləyirik”.

    AQTA-dan cavab olaraq bildirilib ki, sözügedən zavodda yoxlama aparılıb və bir sıra nöqsanlar aşkarlanıb:

    “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən “Binə Çörək Zavodu” MMC-yə məxsus çörək emalı müəssisəsində agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib.

    Yoxlama zamanı xəmir yoğurma sahəsində çirkab suyun toplandığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, divar və tavanında bəzi hissələrin tamlığının pozulduğu, emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilib”.

  • Президент Ильхам Алиев принял делегацию действующего председателя ОБСЕ – ФОТО

    14 мая Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию, возглавляемую действующим председателем Организации по безопасности и сотрудничеству в Европе (ОБСЕ), министром иностранных, европейских дел и торговли Мальтийской Республики Яном Боргом.

    Об этом сообщает АЗЕРТАДЖ.



  • Prezident ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, İan Borq Azərbaycan Prezidenti ilə bu il Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşü və müzakirələri məmnunluqla xatırlayaraq səfərinin regional xarakter daşıdığını deyib.

    O, Maltanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh müqaviləsi üzrə danışıqlar prosesini dəstəklədiyini diqqətə çatdırıb.

    Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Dövlətimizin başçısı bildirib ki, hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir.

    Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

    Görüşdə ATƏT çərçivəsində nəqliyyat bağlantıları məsələlərinə dair fikir mübadiləsi aparılıb.

    İan Borq ölkəsinin kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər konsepsiyasını yaxından dəstəklədiyini və bu ölkələrin Avropa İttifaqı ilə əlaqələrinin inkişafına daim dəstək verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın COP29-a sədrlik etdiyini nəzərə alaraq bu mövzuda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirib.

    Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin COP29-a sədrliyi çərçivəsində kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər mövzusu Azərbaycanın prioritetlərdən biri olacaq. Bu xüsusda Azərbaycan Prezidenti Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendin ölkəmizə səfərini qeyd edərək, bu təşkilat çərçivəsində olan kiçik ada dövlətləri və bu kateqoriyadan olan digər ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi, onların üzləşdiyi ekzistensial problemlərlə bağlı məsələnin COP çərçivəsində qaldırılması və müxtəlif tədbirlərin keçirilməsinə toxunub. Bu xüsusda Azərbaycanın da Malta ilə əməkdaşlıqda maraqlı olduğu ifadə edilib.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.



  • Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı – VİDEO

    Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

    Ötən gün Göyçay rayonunda çaydan sel keçib.

    Nəticədə çay yatağını zibil və məişət tullantıları tutub.

    Həmin görüntüləri təqdim edirik:

  • Изменен порядок выдачи направлений на медико-социальную экспертизу с целью получения инвалидности

    В Азербайджане изменился порядок выдачи направлений на медико-социальную экспертизу с целью установления инвалидности.

    Премьер-министр Али Асадов подписал соответствующее постановление.

    Согласно внесенному новому пункту, комиссия отказывает в выдаче направления, если отсутствуют основные условия, указанные в пункте 1.5 настоящего порядка, а также если лицо отказывается от прохождения необходимых диагностических обследований в случаях, предусмотренных пунктом 2.2.

    Другой поправкой комиссия принимает решение о выдаче направления или об отказе в нем сразу после окончания расследования в соответствии с пунктом 2.2 настоящего порядка. Решение оформляется протоколом, который подписывается председателем и членами комиссии и заверяется печатью.

  • Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK

    Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.

    Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

    Dəyişikliklə sənədə yeni bənd əlavə olunub. Yeni bəndə əsasən, bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

  • Расширен список граждан, имеющих право получать образовательные кредиты

    В Азербайджане получатели трудовой пенсии и социальных пособий по случаю потери главы семьи также имеют право на получение образовательных студенческие кредитов за счет средств Фонда образовательных студенческих кредитов.

    Премьер-министр Али Асадов подписал соответствующее постановление о внесении изменений в “Порядок предоставления образовательных студенческих кредитов за счет средств Фонда образовательных студенческих кредитов”, утвержденный постановлением Кабинета министров №226 от 24 июля 2021 года.

  • Təhsil kreditləri alanların siyahısı genişləndirildi – YENİLİK

    Ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditləri ala biləcəklər.

    Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

    Dəyişikliyə əsasən, hər iki valideynini itirən şəxslərlə yanaşı, digər qanuni nümayəndələrini itirənlər də təhsil tələbə kreditindən yararlana biləcəklər.

    Təhsil kreditinin qaytarılması zamanı bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş güzəştlərin tətbiq edilməsi elektron sistem vasitəsilə aşağıdakı qaydada həyata keçirilir: 7.5-1.1. borcalanın normativ təhsil müddətində bütün tədris semestrləri (yarımillər) üzrə elektron sistemə daxil etdiyi ÜOMG-si (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı) barədə məlumatlarını təhsil müəssisəsinin məsul şəxsi gücləndirilmiş elektron imza ilə təsdiqləyir.

    Fond elektron sistem vasitəsilə əldə etdiyi məlumatları nəzərdən keçirərək üç iş günü müddətində bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş güzəştin tətbiq edilməsinə dair qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün elektron sistemə ötürülür və tələbənin “Şəxsi kabinet”ində yerləşdirilir.

    Müvəkkil bank bu Qaydanın 7.5-1.2-ci yarımbəndində qeyd olunan məlumatları elektron sistem vasitəsilə əldə etdikdən sonra 3 (üç) iş günü müddətində borcalan ilə bağlanılmış kredit müqaviləsində müvafiq dəyişikliklər edilir və bu dəyişikliklər elektron sistemə ötürülür.

  • Расширен состав Центральной призывной комиссии

    Расширен состав Центральной комиссии по призыву граждан Азербайджана на срочную действительную военную службу.

    В связи с этим премьер-министр Али Асадов подписал соответствующее постановление.

    Согласно документу, в число членов комиссии добавлены: заместитель министра иностранных дел, замминистра труда и социальной защиты населения, заместитель министра цифрового развития и транспорта, замначальника Службы государственной безопасности.

  • Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR

    Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.

    Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

    Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:

    – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;

    – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

    – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini.