Month: May 2024

  • Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb

    Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunub.

    APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində vəsatətə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb.

    Təqdimatda Arkadi Qukasyanın irihəcmli cinayət işi üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi əsas gətirilərək barəsində seçilmiş qətimkan tədbirinin daha bir neçə ay uzadılması istənilib.

    Məhkəmə vəsatət və təqdimatı təmin edib. Qərara əsasən, A.Qukasyan barəsində həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.

    Bundan başqa, Bakıda həbsdə olan daha bir separatçının həbs müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.

    Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçıların “rəhbərləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

  • FIFA Türkiyə klubuna ağır cəza verdi

    FIFA Türkiyənin “Adana Demirspor” klubunu ağır cəzalandırıb.

    Məlumata görə, komanda keçmiş baş məşqçi Patrik Klyuyvertə olan borcunu ödəmədiyi üçün üç transfer müddətinə cəzalandırılıb.

    Türkiyə mediası “Adana Demirspor” klubunun niderlandlı çalışdırıcıya 142 min avro borclu olduğunu bildirib.

    Qeyd edək ki, Patrik Klyuyvert mövsümün əvvəllərində “Adana Demirspor” klubunu çalışdırsa da, qış transfer pəncərəsində komandadan ayrılmışdı.

    Mənbə: Sporx.com

  • Sabah yenə yağış yağacaq – PROQNOZ

    Mayın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.

    Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.

  • XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır

    Azərbaycan Malta ilə əməkdaşlığı genişləndirməyə hazırdır.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında deyib.

    C.Bayramov Maltanın ətraf mühitin mühafizəsi sahəsində təşəbbüslərini alqışlayıb.

    O qeyd edib ki, İan Borqla görüş zamanı COP29 çərçivəsində ölkələr arasında potensial əməkdaşlıq da müzakirə olunub.

  • Из украинской области эвакуировали более 7 000 человек

    Украинские власти эвакуировали из Харьковской области 7 023 человек.

    Об этом сообщил глава Харьковской областной военной администрации Олег Синегубов в своем Telegram-канале.

    Он уточнил, что это произошло из-за обострения ситуации на фронте.

    По его словам, местных жителей вывезли из Богодуховского, Харьковского и Чугуевского районов.

    Источник: УНН

  • Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir

    Ukraynada Xarkov vilayətinin şimalından 7 mindən çox insan təxliyə edilib.

    Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov məlumat verib.

    Məlumata görə, Rusiya tərəfindən davamlı atəşə tutulması və ərazidə irəliləmək cəhdləri səbəbindən bölgədə əhalinin təxliyəsi davam edir.

    “Düşmən Xarkov vilayətinin şimalında irəliləmək cəhdlərini dayandırmır. Yerli əhalinin təxliyəsi davam edir. Artıq Çuquyev, Xarkov və Boqoduxov rayonlarından 7 023 nəfər təxliyə edilib”, – deyə o, “Telegram” hesabında yazıb.

    Mənbə: UNN

  • Azərbaycan iqtisadiyyatı 4 % artıb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 % artıb.

    ÜDM istehsalının 40,3 %-i sənaye, 9,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 6 %-i tikinti, 3,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 20 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 %-ni təşkil edib.

    Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 748,1 manata bərabər olub.

  • Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb – VİDEO

    İrəvanda keçirilən etiraz aksiyaları zamanı polis ASALA terror təşkilatının üzvü Hambiq Sasunyanı saxlayıb.

    Median.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, A. Sasunyan naməlum istiqamətə aparılıb.

    Xatırladaq ki, Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkan 28 yanvar 1982-ci ildə bu şəhərdə erməni terrorçular Hambiq Sasunyan və Krikor Saliba tərəfindən qətlə yetirilib. Həbs edilən H.Sasunyan ömürlük həbsə məhkum edilib, 2021-ci ilin oktyabrında isə azadlığa buraxılaraq İrəvana qayıdıb.

  • Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı

    Hindistanın Mumbay şəhərində toz fırtınası zamanı yıxılan reklam lövhəsinin altına düşərək həyatını itirənlərin sayı 14-ə yüksəlib.

    Azxeber.com-un “India Today”ə istinadən verdiyi məlumatına görə, Mumbay şəhərinin Ghatkopar rayonunda ötən gün baş verən toz fırtınası səbəbindən yanacaqdoldurma məntəqəsinin üzərinə reklam lövhəsi düşüb.

    Hadisə nəticəsində bir çox avtomobil reklam lövhəsinin altında qalıb.

    Reklam lövhəsinin altında ölənlərin sayının 14-ə yüksəldiyini bildirən Mumbay polisi dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

  • Azərbaycan XİN İsraili təbrik etdi

    Azərbaycan Xarici işlər Nazirliyi İsraili Müstəqillik Günü münasibətilə təbrik eib.

    Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

    “Sizi təbrik edir və Müstəqillik Günündə xoş arzularımızı bildiririk. İsrail Milli Gününüz mübarək!”, – deyə paylaşımda qeyd edilib.