Month: May 2024

  • UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq

    Bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsində yeni qaydalar tətbiq olunacaq.

    Bu barədə UEFA Hakimlər Komissiyasının rəhbəri Roberto Rosetti açıqlama yayıb.

    Onun sözlərinə görə, tətbiq olunacaq qaydalara əsasən, matç zamanı yalnız komandanın kapitanı hakimlə ünsiyyət qura bilər. Əks halda hakimə başqa futbolçu yaxınlaşarsa, cəzalandırılacaq.

    “Müasir futbolda hakim olmaq çox çətindir. Görüşün baş hakimləri çətin və bəzən mübahisəli situasiyalarda böyük təzyiq altında olurlar və hər matçda 200-dən 250-dək qərar qəbul edirlər. Bu da təxminən hər 22 saniyədə bir qərar vermək deməkdir. Bəzən hakimləri də anlamaq lazımdır. Onların hər biri həm fanatlar, həm də ekspertlər tərəfindən müxtəlif rakurslardan yoxlanılır və yenidən qərarlarına baxılır. Biz güclü şəxsiyyətə malik hakimlərin meydanda qərarlar qəbul etmələrini istəyirik. Lakin eyni zamanda, onların daha açıq olmalarını və müəyyən qərarlara nəyin səbəb olduğunu izah etmələrini istəyirik. Onlar Video Köməkçi Hakimdən (VAR) çoxlu məlumat alırlar və yekunda qərar verməli olurlar. Bu qaydaların tətbiqedilmə səbəbi təhlükəsizlikdir. Hər hansı bir qərarda oyunçuların hakimin üstünə gəlməsi futbolun imicinə zərərlidir. Futbolçuların hakimə hörmət etməsi, məsafə saxlaması kapitanın məsuliyyəti olacaq. Kapitanın roluna məhəl qoymayan, hakimə hörmətsizlik və ya fikir ayrılığı əlaməti göstərən hər bir oyunçuya xəbərdarlıq ediləcək. Əgər kapitan qapıçıdırsa, meydançanın əks tərəfində insident baş verərsə, bu rolu yerinə yetirə biləcək kənar oyunçu təyin etmək lazım gələcək. Hakimlər bütün tərəflər arasında sağlam atmosfer yaratmaq üçün kapitanlarla müzakirələrdə açıq olmağa təşviq ediləcəklər. Bu, onlara oyunçularda inam yaratmağa və müasir hakimlərdən tələb olunan liderlik tipini nümayiş etdirməyə imkan verəcək. UEFA-nın hakim-mütəxəssislər komandası və mümkün olduqda oyunun hakimi 24 komandanın hər biri ilə görüşərək, bunu daha ətraflı müzakirə edəcək və bu məlumatı oyunçularla bölüşəcək. Hakimlərlə komanda kapitanları arasında konstruktiv dialoqa şərait yarada bilsək, hamı bundan faydalanacaq”, – deyə o bildirib.
    //oxu.az

  • Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

    Bu ilin ilk rübü ərzində Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

    Qeyd edilib ki, yanvar-aprel aylarında ümumilikdə 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

    Onlardan 58,5 min nəfəri münasib işlərlə təmin edilib, 1,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

    Eyni zamanda agentlik 5,6 min işsiz şəxsi peşə hazırlığı kurslarına cəlb edib, 75 min şəxsə isə peşəyönümlü xidmətlər göstərilib.

  • Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”

    “Kibertalamaya məruzqalma riskləri artır, hər kəs diqqətli olmalıdır”.

    Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

    O, vətəndaşları sosial şəbəkələrdəki dələduzlardan ehtiyatlı olmağa çağırıb:

    “Vətəndaşlar, dayanın! Kibertalamaya məruzqalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiberüsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb.

    Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın.

    Kibercinayətkarlıq – talamalar – tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə ötən gün – mayın 13-də baş verən hadisələrə baxaq: ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9 000, 8 485, 370, 425, 1 482, 350, 165, 1 420, 165, 140, 3 000, 150, 350, 600, 3 100, 360, 2 700, 50, 25, 700, 2 181 manat, 471 və 1 850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.

    Faktların təhlili göstərir ki, vətəndaşlar “Instagram”, “Telegram”, “Facebook”, “TikTok”da səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”.

    “Məlumatlı ol, aldanmayasan!” – deyə polis polkovnik-leytenantı qeyd edib.

  • Госдеп: Поддерживаем достижение в скором времени мирной договоренности между Азербайджаном и Арменией

    В США приветствовали предложение Казахстана провести встречу азербайджанской и армянской сторон.

    Об этом говорится в ответе пресс-службы Государственного департамента США на запрос АЗЕРТАДЖ по поводу состоявшейся 10-11 мая в Алматы встречи министров иностранных дел Азербайджана и Армении.

    Было отмечено, что Алматы – важное и символичное место.

    “Как мы уже отмечали ранее, нас воодушевляет прогресс, достигнутый на сегодняшний день между Арменией и Азербайджаном, в том числе в сфере двусторонних отношений. Мы поддерживаем достижение в скором времени мирной договоренности между двумя странами на благо более широкого региона”, – подчеркивается в заявлении пресс-службы Госдепартамента.

  • Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir

    “ABŞ Qazaxıstanın Azərbaycan və Ermənistan tərəfləri arasında görüş keçirmək təklifini alqışlayıb”.

    Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin AZƏRTAC-ın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirilmiş görüşü ilə bağlı sorğusuna cavabında deyilir.

    Qeyd olunub ki, Almatı mühüm və rəmzi məkandır.

    “Əvvəl də qeyd etdiyimiz kimi, Ermənistan və Azərbaycan arasında bu günə qədər, o cümlədən ikitərəfli münasibətlər sahəsində əldə olunan irəliləyiş bizi ruhlandırır. Biz daha geniş regionun xeyrinə iki ölkə arasında tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyirik”, – deyə Dövlət Departamentinin Mətbuat Xidməti bəyanatında vurğulanır.

    Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Mirzoyan arasında birbaşa danışıqlar baş tutub. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.

  • Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi – RƏSMİ AÇIQLAMA (VİDEO)

    Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında gərginlik yaşanıb.

    Baku.ws-in məlumatına görə, buna səbəb sərnişin avtobuslarında əlil arabaları üçün qoyulmuş pandusların sürücü tərəfindən açılmaması olub.

    Sərnişinlər fiziki məhdudiyyətli şəxs üçün sürücü tərəfindən pandusun açılmasını tələb ediblər. Sürücü pandusu açmaq istəmədikdə isə gərginlik daha da alovlanıb. Baş verənlər başqa bir sərnişin tərəfindən anbaan lentə alınıb. Mübahisələrin ardınca sürücü pandusu açıb.

    Hadisə ilə bağlı sərnişin avtobusunun aid olduğu “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, sosial şəbəkələrdəki görüntülərlə tanışdırlar. Bununla bağlı olaraq sürücü barəsində tədbir görüləcək:
    “Bəzi hallarda pandusların açılması ilə bağlı problemlər olur, onunla bağlı da texniki yoxlama aparılır”.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Minimum əməkhaqqı nə qədər arta bilər? – AÇIQLAMA

    “Son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılıb”.

    Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib.

    O vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir.

    “Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artım faizi.

    2023-cü ildə inflyasiya səviyyəsi 8,8, orta aylıq əməkhaqqındakı artım faizi 11,3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan, kumulyativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023-cü və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əməkhaqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki rəqəmli artımdan gedir.

    Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əməkhaqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”, – deyə deputat qeyd edib.

  • Oğuzda 14 kəndin internet təminatı kəsildi – SƏBƏB

    Oğuzda irigövdəli ağacın aşması nəticəsində rayonun 14 kəndini internetlə təmin edən xətlər sıradan çıxıb.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib.

    Qeyd olunur ki, yol kənarındakı irigövdəli ağac güclü yağış və külək nəticəsində aşaraq kəndləri mərkəzlə birləşdirən internet xəttini qırıb. Nəticədə Oğuz rayonunun Bayan, Qarabaldır, Kərimli, Yaqublu, Yenikənd, Zərrab, Top, Padar, Sincan, Xaçmaz, Filfilli, Çaldaş, Böyük Söyüdlü və Qarabulaq kəndlərinə internetin verilişi kəsilib.

    Hazırda aşan ağacın ərazidən götürülməsi və internet xətlərinin bərpası istiqamətində işlər aparılır.

  • Президент принял зампреда Всекитайского комитета Народного политического консультативного совета Китая – ФОТО

    14 мая Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию, возглавляемую заместителем председателя Всекитайского комитета Народного политического консультативного совета Китайской Народной Республики, председателем Китайского комитета Шанхайской организации сотрудничества по добрососедству, дружбе и сотрудничеству Шэнь Юэюэ.

    Об этом сообщает АЗЕРТАДЖ.



  • İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.