Month: May 2024

  • Кабмин Азербайджана утвердил список удобрений и пестицидов, освобожденных от НДС

    Кабинет министров Азербайджана утвердил “Перечень минеральных удобрений и пестицидов, ввоз и реализация которых освобождаются от налога на добавленную стоимость”.

    Постановление об этом подписал премьер-министр Али Асадов.

    В список включены наименования 48 удобрений и 28 пестицидов.

  • Bəzi məhsulların idxalı və satışı ƏDV-dən azad edilib – QƏRAR

    Nazirlər Kabineti “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı”nı təsdiq edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, siyahıya 48 növ gübrə və 28 növ pestisid daxildir.

  • Elcan Rəsulov xəstəxanaya yerləşdirildi – FOTO

    Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib.

    Oxu.az xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində paylaşım edib.

    Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:

    “Dostlar, son iki gündə telefonlara cavab verə bilmirəm, üzrlü hesab edin. Sırf səhhətimlə əlaqədardır. Yaxın günlərdə hər şey normala dönəcək”.

  • Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

    Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var.

    “Report”un yerli bürosu xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun Hacıəlibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    “VAZ 2104” və “Chevrolet Cruze” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində Xaçmaz rayonu, Şıxlı kənd sakini 1989-cu il təvəllüdlü Hüseyinova Fidan Salman qızı, Mürşud-oba kənd sakini, 2008-ci il təvəllüdlü Hüseyinov Kənan Rəşad oğlu və Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Abbasov Vahid Şahbaz oğlu xəsarət alıblar.

    Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda evdə körpə meyiti aşkarlanıb

    Sumqayıtda evdə körpə meyiti aşkarlanıb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

    Meyit 2023- cü il təvəllüdlü M.Z-ya məxsusdur, üzərində zorakılıq əlamətləri yoxdur.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

  • DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah bəzi ərazilərdə qaz olmayacaq.

    Oxu.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat yayıb.

    Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, “Buzovna 101” QPM-dən qidalanan “Yuxarı Şağan” xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və üç tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14 may 2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Lütfi Zadə küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb – FAKTİKİ HAVA + YENİLƏNİB

    Mayın 13-ü saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Naxçıvan, Şahbuz, Culfa, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Naftalan, Ağcabədi, Ağdam, Balakən, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Astarada arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.

    Saat 17:00 radələrində İsmayıllı rayonunun şimal hissəsində 2 dəqiqə ərzində xırda ölçülü dolu yağıb.

    Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Daşkəsən, Beyləqanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib.

    Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.

    Göygöl, Balakən, Şəki, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 22 dərəcəyədək, Aran rayonlarında 16-20, dağlıq rayonlarda 8 dərəcəyədək isti olub.

  • Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

    Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 2 m² sahədə mətbəx mebeli yanıb. Mənzil yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI – VİDEO

    Müğənni Talıb Tale nişanlısı ilə ilk dəfə görüntülənib.

    İbrahim Tatlısesin konsertinə Bahar adlı xanımla gələn müğənni kameralardan qaça bilməyib.

    Toyu barədə suallara aydınlıq gətirən Talıb Tale bildirib ki, məclis media üçün qapalı olacaq.

    Qeyd edək ki, onların toyu 25 may tarixində şəhər restoranlarının birində baş tutacaq.

    Xatırladaq ki, 43 yaşlı müğənni bir müddət öncə evlənəcəyi qadının özündən 15 yaş kiçik olduğunu bildirib.

  • Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb

    Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikada çalışan dövlət qulluqçuları üçün təlimlərə başlanılıb.

    Dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təlimlər Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında keçirilir.

    Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşı Ülviyyə Bədəlova “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında çıxış edib, iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb.

    Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına uyğun olaraq keçirilir.

    Qeyd edək ki, təlimlər 13-17 may tarixlərini əhatə edən təlimlər Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında təşkil olunur.