Month: May 2024

  • Азербайджан примет I Континентальный чемпионат среди шеф-поваров

    В Азербайджане пройдет Первый Континентальный чемпионат среди шеф-поваров.

    Как сообщает report, об этом председатель Ассоциации кулинаров Азербайджана Фархад Ашурбейли сказал на пресс-конференции.

    По его словам, первенство будет организовано в рамках выставки InterFood Azerbaijan 2024, которая пройдет с 15 по 17 мая в Бакинском Экспо-центре (Baku Expo Center).

    В чемпионате примут участие повара из Азербайджана, Кыргызстана, Узбекистана, Пакистана, России, Сербии и Турции.

  • Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək

    Azərbaycan beynəlxalq aşpazların yarışdığı I Qitə Çempionatına ev sahibliyi edəcək.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Kulinariya Mütəxəssisləri Assosasiyasının sədri Fərhad Aşurbəyli bu gün keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanı kulinariyanın peşəkar məkanına çevirməkdir:

    “Qitə çempionatı “İnterFood Azerbaijan 2024” sərgisi çərçivəsində təşkil olunacaq. Çempionatda Qırğızıstan, Şimali Kipr, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Türkiyə aşpazları yarışacaqlar. Bununla bərabər, sərgidə yerli aşpazlardan ibarət komandalar da yarışacaqlar. Azərbaycanlı gənc aşpazlardan ibarət komandalardan uğur qazanan şəxs beynəlxalq yarışa göndəriləcək”.

    Qeyd edək ki, qida və kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi “İnterFood Azerbaijan 2024” sərgisi mayın 15-16-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək.

  • Гурбан Гурбанов: У наших команд есть проблемы с финансированием

    У команд, выступающих в лиге, есть проблемы с финансированием.

    Как сообщает oxu.az, об этом после заседания Исполнительного комитета Ассоциации футбольных федераций Азербайджана (АФФА) заявил главный тренер “Карабаха” Гурбан Гурбанов.

    “Были обсуждены важные темы. В итоге было принято решение не увеличивать число клубов. Это связано с проблемой финансирования команд, выступающих в нижней лиге. Уже подтверждено, что “Габала” покинет высшую лигу. А команда, ставшая чемпионом в Первой лиге, перейдет в Премьер-лигу”, – добавил специалист.

  • Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”

    “Liqada çıxış edən komandalarımızın maliyyə probləmləri var”.

    Oxu.az xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

    “Önəmli mövzular müzakirə olundu. Yekun qərar isə komanda sayının artırılmaması oldu. Səbəb isə aşağı liqadakı komandaların maliyyə məsələləridir. “Qəbələ” klubunun liqanı tərk edəcəyi dəqiqləşdi. Hətta deyərdimki hazırda. Premyer Liqada çıxış edəcək komanda isə 1-ci liqada çempion olan komanda olacaq”, – deyə Qurban Qurbanov qeyd edib.

  • Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub – VİDEO

    Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.

    11 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlının nənəsi bildirib ki, qonşuları son anda uşağı itdən xilas ediblər:

    “İt əlindən hərəkət etməyə yer tapmırıq. Üç it uşağı elə günə qoyub ki, görsəniz, ağlayarsınız. Başını, qolunu, qolunun altı tərəfini yeyib, bədənində elə yer yoxdur ki, it dişləməsin”.

    Kliniki Tibbi Mərkəzdən bildirilib ki, uşağın müalicələri stasionar şəraitdə davam etdirilir, ona zəruri tibbi xidmətlər göstərilib. Xəstəyə quduzluq əleyhinə peyvənd vurulub, vəziyyəti stabildir.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb

    13 may 2024-cü il tarixində yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib.

    Bu barədə “Report”a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

    Püskürmə yerli vaxtla saat 02:13-də başlayıb və 9 dəqiqə davam edib.

    Vulkan pükürməsindən əvvəl alov sütünu müşahidə olunub. Püskürmə Respublika Seysmoloji Xidmət Mərkəzinin səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb.

    Palçıq vulkanlarının monitorinqini aparan seysmik stansiyaların məlumatları əsasında, Güzdək Bozdağı palçıq vulkanının ocağının dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə – 8.67*106 Coul təyin edilib.

    Xatırladaq ki, Güzdək Bozdağı palçıq vulkanı Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Bu vulkanın son püskürməsi 13 fevral 2009-cü ildə baş vermişdi.

  • Antalyada meşə yanğını başladı

    Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda meşəlik ərazidə yanğın başlayıb.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, yanğınsöndürmə briqadası əraziyə cəlb olunub. Yanğının nəzarət altına alınması istiqamətində tədbir görülür.

    Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.

  • Аллахшукюр Пашазаде принял участие в совещании мировых исламских ученых

    Председатель Управления мусульман Кавказа, шейхулислам Аллахшукюр Пашазаде принял участие в совещании мировых исламских ученых по приглашению главы Управления по делам религии Турции Али Эрбаша.

    Об этом сообщает Report со ссылкой на Управление мусульман Кавказа.

    В своем выступлении Пашазаде, затронув растущие в мире проявления ксенофобии, расизма, подчеркнул тревожный уровень иностранного вмешательства в религиозно-духовную среду.

  • Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib

    Mayın 13-də Türkiyənin İstanbul şəhərində Dünya İslam Alimlərinin Məşvərət Toplantısı öz işinə başlayıb.

    Median.Az xəbər verir ki, Türkiyənin Diyanət İşləri Başkanı Ali Erbaşın dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həmin tədbirdə iştirak edib.

    Dünya İslam Alimlərinin Məşvərət Toplantısında Dünya Müsəlman Alimləri Birliyinin rəhbəri Ali Muhiddin Əl-Qaradaği, Əlcəzairin Din İşləri naziri Yusif Belmandi, Malaziyanın Dini İşlər naziri Dato Naim, İraqın Fiqh Alimləri Birliyinin sədri Əhməd Həsən Taha, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Nauruzbay Taqanulı, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Bosniya və Hersoqovinanın İslam Birliyinin rəhbəri Hüseyn Kovazoviç, Bolqarıstanın Baş Müftisi Mustafa Hacı və digər nüfuzlu dini liderlər, tanınmış İslam alimləri iştirak ediblər.

    Dünyanın müxtəlif ölkələrindən gələn toplantı iştirakçılarını salamlayan Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı Ali Erbaş çıxışında bildirib ki, müharibələr, terror hərəkətləri, yoxsulluq bəşəriyyəti ciddi təhdid etməkdədir. İslamın nüfuzlu alimləri tez-tez müxtəlif qurum və təşkilatların toplantılarında bir araya gələrək müzakirələr aparır, çıxış yolları arayırlar. Ali Erbaş Türk Dövlətləri Dini Liderlərinin fəaliyyətini xüsusi qeyd edib, yeni yaranan Dünya İslam Alimləri Məşvərət Toplantısının da ciddi əhəmiyyətli bir platforma olacağına inamını ifadə edib.

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə tədbirdə çıxış edərək fikirlərini bölüşüb. Bildirib ki, böhranlar və fəlakətlərlə səciyyələnən müasir dövrdə mənəvi birliyin önəmi danılmazdır.

    Şeyxülislam A.Paşazadə çıxışında dünyada artan ksenofobiya, irqçilik təzahürlərinə toxunaraq, dini-mənəvi mühitimizə xarici müdaxilələrin, yad və zərərli təbliğatların, bu ölkələrdə ayrı-seçkiliyə və ya vətəndaş qarşıdurmalarına səbəb ola biləcək hər hansı ideoloji təxribatların, nifrət çağırışlarının narahatedici səviyyədə olduğunu vurğulayıb.//report.az

  • “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI

    Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib.

    Axar.az xəbər verir ki, şirkət qiymətləri 2,5 dəfə artırıb.

    Dünənə kimi 79,99 türk lirəsi (4,23 AZN) hesablanan çatdırılma xidməti, bu gündən 199,99 türk lirəsi kimi (10,63 AZN) hesablanacaq.