Month: May 2024

  • Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”

    “Kipr probleminin adadakı faktlar əsasında ədalətli və qalıcı həllinin tapılması vacibdir”.

    Median.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstan Baş naziri Kiriakos Miçotakislə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı deyib.

    “Belə bir addım regionumuzun sabitliyini və sülhünü gücləndirəcək”, – Ərdoğan bildirib.

    O qeyd edib ki, bu gün Kiriakos Miçotakislə keçirdiyi görüş zamanı bu məsələni ətraflı müzakirə edib.

    K.Mitsotakis isə öz növbəsində söyləyib ki, ikitərəfli anlaşma mühiti daha müsbət istiqamətdə inkişaf edir: “Biz göstərdik ki, müsbət dialoqu davam etdirmək əzmindəyik”.

    Mənbə: TRT haber

  • Госдума утвердила новый состав правительства России

    Государственная Дума одобрила предложенных кандидатов на должности вице-премьеров России. Существенных перестановок не произошло: многие сохранили за собой обязанности.

    Михаил Мишустин остается премьер-министром России. Следом одобрили и сохранили должности за рядом госслужащих. Среди них следующие лица:

    – социальный блок и Федеральное агентство по делам национальностей – Татьяна Голикова;

    – энергетика и экономический блок – Александр Новак;

    – международные вопросы – Алексей Оверчук;

    – экология, АПК и сельское хозяйство – Дмитрий Патрушев;

    – развитие транспорта и логистики – Виталий Савельев;

    – полпредство в ДВФО – Юрий Трутнев;

    – строительство, градостроительная деятельность и ЖКХ – Марат Хуснуллин.

    Дмитрий Чернышенко займется кураторством работы ряда ведомств. Среди них Минспорта, Минобрнауки, Минпросвещения, Росмолодежь и Минэкономразвития (туризм), работа СМИ и издательской деятельности.

    Также был утвержден вице-премьер – руководитель аппарата Кабмина: им стал Дмитрий Григоренко. Первым вице-премьером стал Денис Мантуров.

    Источник: regions.ru

  • Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi

    Dövlət Duması Rusiya baş nazirinin müavinləri vəzifəsinə təklif olunan namizədləri təsdiqləyib.

    Məlumata görə, heyətdə əhəmiyyətli dəyişikliklər olmayıb.

    Mixail Mişustin Rusiyanın baş naziri olaraq qalıb. Bir sıra dövlət qulluqçuları da tutduqları vəzifələrdə saxlanılıb.

    Onların arasında aşağıdakı şəxslər var:

    – Tatyana Qolikova (sosial blok və Etnik Məsələlər üzrə Federal Agentlik);

    – Aleksandr Novak (enerji və iqtisadi blok);

    – Aleksey Overçuk (beynəlxalq məsələlər);

    – Dmitri Patruşev (ekologiya, aqrar-sənaye kompleksi və kənd təsərrüfatı);

    – Vitali Savelyev (nəqliyyat və logistikanın inkişafı);

    – Yuri Trutnev (Uzaq Şərq Federal Dairəsində səlahiyyətli nümayəndə);

    – Marat Xüsnullin (tikinti, şəhərsalma və mənzil-kommunal təsərrüfatı).

    Dmitri Çernışenko bir sıra departamentlərin işinə nəzarət edəcək. Onların arasında İdman Nazirliyi, Təhsil və Elm Nazirliyi, Təhsil Nazirliyi, “Rosmolodyoj” və İqtisadi İnkişaf Nazirliyi (turizm), media işi və nəşriyyat fəaliyyəti var.

    Dmitri Qriqorenko baş nazirin müavini – Nazirlər Kabineti aparatının rəhbəri, Denis Manturov isə baş nazirin birinci müavini oldu.

    Mənbə: regions.ru

  • Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi

    Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə çəkişməsi davam edir.

    “Qaynarinfo”nun məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi Abel Məhərrəmovu ona məxsus torpaq sahəsinin ələ keçirməkdə ittiham edən ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun apellyasiya şikayətinə baxılıb.

    Prosesdə sənədlər araşdırılıb, eyni zamanda qərara alınıb ki, növbəti iclasa Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi də dəvət edilsin.

    Nazim Əmirov Abel Məhərrəmovla yanaşı onun xanımı Rəhimə Mahmudovanı da məhkəməyə verib. Buna səbəb torpaq sahəsinin Rəhimə Mahmudovanın adına rəsmiləşdirilməsidir.

    Qalmaqala gəlincə, Nazim Əmirov 2011-ci ildə Xızının Altıağac qəsəbəsində iki hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir.

    Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.

    Bundan sonra polkovnik-leytenant məhkəməyə müraciət edib. İşə Xızı Rayon Məhkəməsində baxılıb. Lakin məhkəmə iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib.

    Məlumatlarda o da qeyd edilib ki, polkovnik-leytenant hüquqi müstəvidə mübarizəsinin davam etdirməkdə israrlıdır.

  • Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”

    “Azərbaycan kinosu hələ istiqamətini axtarmağa çalışır. Addımlayırıq, amma sürətlə yox. Düzdür, son vaxtlar beynəlxalq arenaya çıxır, mükafat da qazanırıq. İşləyən gənclər çoxdur. İndi dövlət sifarişi və kommersiya məqsədli filmlər rəqabətə girib. Çox istərdim ki, dövlət sifarişi ilə çəkilənlər baxımlı və uğurlu olsun. Sərf olunan məbləğ geri qayıtsın. Onda kinematoqrafçıların da film çəkməyə marağı olar. Peşə sahibləri işlə təmin olunarlar”.

    Bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib.

    Aktrisa son günlər film sahəsində baş verənlərdən danışıb.

    O bildirib ki, rejissorları xaricə təcrübə yığmağa göndərmək lazımdır:

    “Biz qonşu dövlətlərin, dünya kinosunun nümunələrində hansı proseslərdən keçdiyini öyrənməliyik. Onda həvəslənərik. Kino festivalları çoxaldılmalıdır, biz getməliyik. Təkcə İncənət Universitetində tədrislə bunlar bəs etmir. Kinematoqrafçılarımızı xaricə təhsil almağa göndərməliyik. Türkiyədə rejissorlar xaricdə təhsil alıb, gəlib film sahəsini inkişaf etdiriblər. Biz kino sahəsindəki texnika cəhətdən geri qalmışıq”.

    H.Ömərova aktyorların qazancdan şikayətlənməsi məsələsinə toxunub:

    “Sovet aktrisasıyam, biz dözürük. Mənə təklif gələndə ilk obrazla maraqlanıram. Ssenarini oxumalıyam, maraqlıdırsa, razılaşacağam. Nəsə var ki, hamı şikayətlənir. İndiki zamanda aktyorlar üçün çox çətindir. Etiraf edim ki, dörd-beş yerdə işləyirəm. Deyirlər, niyə özünü yorursan? Cavab verirəm ki, əgər mən bir yerdə yaxşı maaş alsaydım, niyə başqa yerə qaçım? Səhər dublyaja, günorta çəkilişə, axşam teatra gedim. Heç kim özünü fiziki cəhətdən yormaq istəməz. Etiraf edirəm ki, qonorar azdır. Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdilər”.

  • Авария в Загатале: есть погибшие и пострадавшие – ФОТО

    В Загатальском районе произошло тяжелое дорожно-транспортное происшествие.

    Как сообщает Oxu.Az, авария зарегистрирована на участке автомобильной дороги Евлах – Загатала – Грузия, проходящем через территорию Юхары Тала.

    Согласно информации, в результате столкновения двух автомобилей погибли два человека, также есть пострадавшие.

  • Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu – YENİLƏNİB + FOTO/VİDEO

    Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində VAZ-21013 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.

    Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

    ***

    Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var.

    Yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral avtomobil yolunun rayonun Yuxarı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “VAZ 21013” markalı minik avtomobili Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcında dayanan “Chevrolet Niva” markalı minik avtomobilinə dəyib. Daha sonra hər iki avtomobil zərbənin gücündən ərazidə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidə kompleksinin dəmirdən hazırlanmış giriş qapılarına çırpılıb.

    “VAZ 21013” markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, Samir Fəxrəddin oğlu Həsənov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

    Avtomobildə olan digər iki nəfər, Zaqatala rayon sakinləri 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdiriliblər. Yaralılardan Z.Heydərovun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане подготовят стратегию развития электромобильности

    В Азербайджане на основе анализа как минимум трех сценариев (субсидируемые государством операции, государственно-частное партнерство и частные инвестиции) будут подготовлены предложения для выбора стратегии развития использования технологии электромобильности.

    Это отражено в Дорожной карте на 2024 год по стимулированию обращения экологически чистых и безопасных транспортных средств и совершенствованию инфраструктуры.

    Предложения планируется подготовить к августу этого года.
    //report

  • Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq

    Azərbaycanda elektromobillik texnologiyasının ölkə üzrə genişləndirilməsi ilə əlaqədar ən azı 3 ssenari (dövlət tərəfindən subsidiya hesabına, dövlət-özəl tərəfdaşlığı və özəl investisiya ilə idarə olunan əməliyyatlar) təhlili əsasında inkişaf strategiyasının seçilməsinə dair təkliflər hazırlanacaq.

    Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

    Qeyd edilib ki, təkliflərin bu ilin avqust ayınadək hazırlanması nəzərdə tutulub.

    Həmçinin sentyabrın 1-dək seçilmiş strategiyaya uyğun texniki, bazar və tənzimləyici risklərin azaldılmasına dair təkliflər hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir.

    Oktyabrın 1-dək isə elektromobillik strategiyasının və onun tövsiyə olunan icra mexanizmlərinin iqtisadi faydaları (enerjidən istifadənin azaldılması və ətraf mühitə faydalar daxil olmaqla) qiymətləndirilməli və nəticələri Komissiyaya təqdim olunmalıdır.

    Bildirilib ki, bütün bu işlər Energetika Nazirliyi (Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi), İqtisadiyyat Nazirliyi (Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi (Azərbaycan Texniki Universiteti), Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC, altqrupda təmsil olunan digər aidiyyəti qurumlar tərəfindən icra edilməlidir.

  • Daşkəsəndə ev yanıb

    Daşkəsən şəhərində yanğın olub.

    Ümumi sahəsi 220 m² olan birmərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    //apa