Month: May 2024

  • Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib

    Əfqanıstanın Baqlan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri keçib.

    Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının Əfqanıstan üzrə ofisi “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

    Bildirilib ki, təbii fəlakət nəticəsində mindən çox ev dağılıb.

  • Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

    Rusiyanın Komi Respublikasının Peçora şəhərində beşmərtəbəli bina qismən çöküb.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional bölməsi məlumat yayıb.

    Məlumata görə, binanın bir blokunun bir neçə mərtəbəsi uçub. İtkilər barədə məlumat verilmir.

    Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər göndərilib.

  • Аллахшукюр Пашазаде примет участие на встрече мировых исламских ученых в Турции

    Председатель Управления мусульман Кавказа (УМК) Аллахшукюр Пашазаде отправится в Турцию для участия в Консультативной встрече мировых исламских ученых, которая пройдет 13 мая в турецком Стамбуле.

    Об этом сообщили в УМК.

    Визит состоится по приглашению главы Управления по делам религии Турции Али Эрбаша, ожидается выступление А.Пашазаде на мероприятии.

    Участников встречи примет президент Турции Реджеп Тайип Эрдоган во дворце Долмабахче в Стамбуле.

  • Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Türkiyəyə səfər edəcək.

    Bu barədə QMİ-dən məlumat verilib.

    Bildirilib ki, Türkiyə Diyanət İşləri Başkanı dr. Ali Erbaşın dəvəti ilə şeyxülislam mayın 13-də İstanbulda Dünya İslam alimlərinin yeni təsis olunan Məşvərət toplantısında iştirak və çıxış edəcək.

    Həmçinin QMİ sədri səfər çərçivəsində İstanbulda Dolmabaxça sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantı iştirakçılarını qəbul mərasimində iştirak edəcək.

  • Ученые выяснили, что пыльца растений может менять погоду

    Американские ученые из Лаборатории глобальных систем Национального управления океанических и атмосферных исследований (NOAA GSL) выяснили, что пыльца растений в период цветения не только служит причиной аллергии, но и влияет на погоду.

    Доклад опубликован на официальном сайте учреждения.

    Выводы специалистов основаны на модели прогнозирования погоды и химии атмосферы RAP-Chem. Система учитывает метеорологические показатели и анализирует качество воздуха, используя данные об атмосферных концентрациях пыли, сажи, озона, пыльцы и других частиц.

    Как показало исследование, осадки оказывают двойственное действие на уровень пыльцы. В то время как дожди очищают от нее воздух, высокая влажность и даже молнии способны рассеивать растительные частицы и разбивать их на более мелкие фрагменты.

    Пыльцевые зерна, как и другие взвешенные вещества в воздухе, могут рассеивать солнечный свет, служить семенами для формирования облаков и влиять на температуру, видимость и количество осадков.

    По словам ученых, эта информация позволит создавать более точные прогнозы погоды в период цветения растений.

  • Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir

    Milli okean və atmosfer administrasiyasının qlobal sistemlər laboratoriyasından olan amerikalı alimlər müəyyən ediblər ki, çiçəklərin tozlanma dövründə bitki tozcuqları təkcə allergiyaya səbəb olmur, həm də hava şəraitinə təsir edir.

    Bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.

    Ekspertlərin qənaətləri RAP-Chem hava və atmosfer kimyasının proqnozlaşdırılması modelinə əsaslanır.

    Sistem meteoroloji göstəriciləri nəzərə alır və atmosferdəki toz, his, ozon, çiçək tozu və digər hissəciklərin konsentrasiyası haqqında məlumatlardan istifadə edərək havanın keyfiyyətini təhlil edir.

    Tədqiqatda yağıntıların çiçək tozlarının səviyyələrinə ikili təsir göstərdiyi məlum olub.

    Yağış onu havadan təmizləsə də, yüksək rütubət və hətta şimşək çaxması bitki hissəciklərini dağıda və onları daha kiçik parçalara ayıra bilər.

    Çiçək tozu, havadakı digər asılı maddələr kimi, Günəş işığını səpə bilər, buludların əmələ gəlməsi üçün toxum rolunu oynaya bilər və temperatura, görmə qabiliyyətinə və yağıntılara təsir göstərə bilər.

    Alimlərin fikrincə, bu məlumat bitkilərin çiçəkləmə dövründə daha dəqiq hava proqnozu yaratmağa imkan verəcək.

  • KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir

    ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə hərbi yardım göndərməkdə davam edir.

    Bu barədə “NBC” televiziyası Amerika rəsmilərinə istinadən məlumat yayıb.

    Onlar bildiriblər ki, son günlər İsrailə həm hücum, həm də müdafiə silahları, o cümlədən atıcı silahlar göndərilib.

    Qeyd olunub ki, Baydenin ABŞ-ın Rəfah şəhərində böyük hərbi əməliyyat baş verəcəyi təqdirdə İsrailə silah tədarükünü dayandıracağı ilə bağlı açıqlamaları, iki yaxın müttəfiq arasında yaranan fikir ayrılığı Amerika liderinin daxili tənqidlərini artırıb.

    Bu sözlər həm də onun yüksək vəzifəli məmurları arasında “qəzəb və daxili çəkişmələrə” səbəb olub.

    ABŞ Müdafiə Nazirliyi daha əvvəl “CNN” televiziya şirkətinə bildirib ki, ABŞ hakimiyyəti keçən həftə Qəzzanın Rəfah şəhərində hərbi əməliyyat zamanı istifadə oluna biləcəyi ilə bağlı İsrailə 3,5 aviasiya bombasının tədarükünü dayandırıb.

  • “Xarıbülbül” festivalından maraqlı anlar – Video

    Xəbər verdiyimiz kimi, bu gün Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

    Fesfivalın yaddaqalan anlarını təqdim edirik:

  • “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi

    Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

    İkinci oyun gününün ilk oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib.

    Qarşılaşma Tovuz təmsilçisinin qələbəsiylə yekunlaşıb.

    Günün digər oyunu “Zirə” ilə “Qarabağ” arasında keçiriləcək.

    Daha öncə “Neftçi” “Kəpəz”ə 5:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” matçları ilə yekun vurulacaq.

    Premyer Liqa
    34-cü tur
    11 may

    “Araz-Naxçıvan” – “Turan Tovuz” 0:1
    Qol: Alexandro Serrano, 63.
    Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov.
    Mərdəkan. “Dalğa Arena”, 17:00.

    //qafqazinfo

  • Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq

    “Mənə bəzən sual verirlər ki, düzgün yerləşdirilməyən binalar söküləcəkmi? Əlbəttə, onların sökülməsi böyük problemdir, çünki onlar mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət toxunulmazdır. Amma atalar məsəlində deyildiyi kimi, “zərərin yarısından da qayıtmaq xeyirdir”.

    Bu fikirləri Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə AZƏRTAC-a müsahibəsində qeyd edib.

    O bildirib ki, Bakının mərkəzi hissəsi yeni tikililərlə, müasir binalarla həddindən artıq yüklənib:

    “Mən demirəm ki, mərkəzi hissədə yeni, müasir binalar olmasın. Hər dövr Bakının simasında öz izini qoymalıdır və keçmiş irs gələcək nəsillərə ötürülməlidir. Amma Bakının mərkəzi xüsusi bir ərazidir. Burada yanaşmalar da xüsusi olmalıdır. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimləri ilə görüşəndə müxtəlif istiqamətlərdə söhbətlər aparıldı. Mən Memarlar İttifaqının sədri olaraq çıxışımda dedim ki, Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşməlidir. Bu tarixi sərhədlər daxilində bütün fəaliyyət növləri mütləq məhdudlaşdırılmalı, xüsusi şərtlər olmalıdır. Bakının yeni Baş planında bu ərazilərin sərhədləri artıq təsdiqlənib və bu ərazidə reqlamentlər qoyulub. Həm hündürlük, həm sıxlıq. Bu məsələlərə artıq başqa cür baxılacaq. Mənə bəzən sual verirlər ki, düzgün yerləşdirilməyən binalar söküləcəkmi? Əlbəttə, onların sökülməsi böyük problemdir, çünki onlar mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət toxunulmazdır. Amma atalar məsəlində deyildiyi kimi, “zərərin yarısından da qayıtmaq xeyirdir”. Gəlin bundan sonra yaşadığımız mühiti və onun qorunub saxlanılmasını düşünək. Bizim təklifimiz yeni Baş planın hazırlanmasında ən əsas tələblərindən biri idi. Bu məsələ reallaşdı və artıq reqlamentlər qoyulub ki, şəhərin mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq. Eyni zamanda, şəhərdə sıxlığın da qarşısı alınacaq”.

    “Memarlıq və inşaat daim dünyada baş verən yenilikləri tez qəbul edən sahələrdən biridir. Məsələn, yeni tikinti texnologiyaları mövcuddur. Betonların möhkəmləndirilməsində, armaturun hazırlanmasında, eyni zamanda, binaların avadanlığında, insanların rahat yaşaması üçün də yeni texnologiyalardan istifadə edilir. Əvvəllər memarlar öz layihələrində binalarda ayrıca havalandırma sistemini düşünmürdülər. Bu gün xüsusi rabitə xətləri, internet var. Odur ki, müasirlik bizim memarlıq fəaliyyətində əsas yerlərdən birini tutur. Bildiyimiz kimi, ölkəmizdə yerli şirkətlərlə yanaşı, xarici tikinti şirkətləri də, o cümlədən Avstriya, İngiltərə, Almaniya, həmçinin Türkiyə şirkətləri iştirak edirlər. Onların müasir, qabaqcıl təcrübəsindən istifadə olunur. Bizim memarların da yeniliklərindən bəhrələnmək üçün gözəl imkanlarımız var. Memarlar İttifaqı Beynəlxalq Memarlar İttifaqı ilə birgə iki ildən bir beynəlxalq memarlıq müsabiqəsi keçirir. Ötən il keçirilən müsabiqədə 40-dan çox ölkədən 300-ə yaxın layihə təqdim olunub. Azərbaycan memarları da bu yeniliklərlə yaxından tanış olaraq istifadə edirlər”, – deyə E.Qasımzadə qeyd edib.